Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq təşkilatlara müraciət edib
Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq təşkilatlara müraciət edib |
İyulun 5-də Dünya Azərbaycanlıları Assambleyası (DAA) Azərbaycan Respublikasının işğal olunan ərazilərində girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı beynəlxalq təşkilatlara, insan hüquqlarını müdafiə edən qurumlara “İnsan haqları ilə bağlı həyəcan təbili” adlı müraciət ünvanlayıb.
DAA-nın mətbuat xidmətindən bildiriblər ki, müraciət BMT İnsan Haqları Komitəsi, ATƏT Parlament Assambleyasının, Avropa Şurasının İnsan Haqları komitələri, Avropa insan haqları komissarı, Avropa Parlamenti, Avropa Ombudsmanı, Beynəlxalq Qızıl Xaç Komitəsi başda olmaqla 20-yə yaxın quruma göndərilib. Müraciətdə deyilir ki, bir müddət öncə Azərbaycanın işğal olunan ərazilərində - beynəlxalq birliyin Azərbaycan əraziləri kimi tanıdığı bölgədə 3 azərbaycanlı dinc sakin girov götürülüb. Girovlardan biri sonradan öldürülsə də, digər iki nəfər ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin tanınmamış respublikanın məhkəmə orqanlarında çəkilən videolarından, fotolarından hər iki şəxsin üzlərində mənəvi və fiziki işgəncələrin izləri açıq görünür. Girovların ailələrinə verdikləri məlumatlara görə yazılan məktublarda hər iki əsirin səhhətində ciddi, həyati problemlər mövcuddur. Müraciətdə məsələnin ciddiliyi nəzərə alınaraq beynəlxalq humanitar hüququn müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının müddəalarının tətbiq edilməsində yardımçı olmaq tələb olunub. Həmçinin Ermənistan hakimiyyətinin əsirlərin durumunun ağır olması ilə bağlı müraciətlərə qeyri-ciddi yanaşması nəticəsində hər iki girovun səhhətindəki problemlərin ağırlaşdığı diqqətə çatdırılıb. Beynəlxalq təşkilatlardan təcili tədbirlər görərək hər iki girovun durumlarının yaxşılaşdırılması, eyni zamanda, onların öz ailələrinə geri verilməsi üçün təcili tədbirlərin görülməsi tələb edilib. Geri dön |