Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlqar Altay: “Şairlərimizin Təbrizdə həbs edilməsi Azərbaycanda həbs olunan iranyönlü insanların həbsinə cavab ola bilər”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > İlqar Altay: “Şairlərimizin Təbrizdə həbs edilməsi Azərbaycanda həbs olunan iranyönlü insanların həbsinə cavab ola bilər”- Müsahibə

İlqar Altay: “Şairlərimizin Təbrizdə həbs edilməsi Azərbaycanda həbs olunan iranyönlü insanların həbsinə cavab ola bilər”- Müsahibə


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas- tədqiqatçı-analitik İlqar Altayın “Qafqazinfo”ya verdiyi müsahibəsini olduğu kimi təqdim edir.



- Son günlər dünyada Fransada prezident, Ermənistanda isə parlament seçkiləri, Putinin andiçmə mərasimi və digər hadisələr baş verib. Bəs sizcə, son günlərin ən aktual (günsəl) hadisəsi nədir?

-Son zamanlar dünyanın ən aktual hadisəsi Fransada prezident seçkilərinin olduğunu deyirlər. Mənim üçün ondan da vacib Putinin Moskvada 3-cü dəfə prezident seçilməsi və andiçmə mərasiminin keçirilməsidir. Ümumiyyətlə, Putinin yenidən prezident seçilməsini dünya inkişafının istiqamətini müəyyən edə biləcək əsas hadisələrdən birisi hesab etmək olar.

-Putinin 3-cü dəfə prezident seçilməsindən sonra dünyada nə dəyişəcək?

-Putin dünyada ikinci qütb ölkələrinin lideridir. Onun hakimiyyətə gəlməsi və aparacağı istiqamət dünyada baş verə biləcək qlobal (kürəsəl) siyasi hadisələrin gedişinə böyük təsir edə bilər. Bu da çox maraqlı dövrə təsadüf edir. Putinin birinci və ikinci prezidentlik dövründə dünyada elə bir dönüş nöqtələri, siyasi gedişlər və dəyişikliklər olmamışdı. Ancaq onun prezident olmadığı son dövrdə dünyada böyük dəyişikliklər oldu. Bunlar ərəb baharından başladı. Bu dəyişikliklər, hətta Rusiyanın parlament seçkilərində də özünü göstərdi. Hesab edirəm ki, Rusiya yeni bir Rusiyadır, təbii ki, Putin də yeni Putin olmalıdır.



- Ermənistanda parlament, Fransada prezident seçkiləri və Putinin andiçmə mərasimi. Bu 3 mühüm hadisə bir-birini izləyərk baş verdi. Sizcə, bu təsadüfdür?

-Bu 3 hadisənin bir-birinə bağlanmasını təmin edən Fransanın və Rusiyanın eyni dərəcədə Ermənistanla bağlılığı və tərəfkeşliyidir. Onlar Ermənistanı hər zaman özlərinə doğma bilərək dəstəkləyiblər. Əlbəttə, bu proseslər (sürəc) üçün də bir vaxta düşdü. Rusiya birmənalı olaraq Ermənistanı dəstəkləyir və bu Rusiya siyasətinin ana xəttini təşkil edir. Amma Fransada Fransua Hollandın hakimiyyətə gəlməsində bunu arxayın demək olmaz. Yəni, hələki bunu demək olmaz. Biz bilirik ki, Sarkozi hakimiyyəti dövründə Ermənistana güclü dəstək verdi, yeni liderin isə nə dərəcədə bunu davam edəcəyi isə bir qədər sonranın mövzusudur və sual altındadır.



-Bəs gözləntiləriniz nədir?

-Rusiya siyasətində Ermənistana qarşı elə bir dəyişiklik olacağını hiss etmirəm. Nəzərə alsaq ki, Ermənistanda parlament seçkiləri böyük təlatümlər içərisindədir və proseslər gərgin keçir, bu da erməni dövlətinin özünün böhranlı durumunda olduğunu və siyasi, ictimai, eləcə də iqtisadi cəhətdən çətin bir dövrü yaşadığını göstərir. Ermənistanın bütün həyatı və gələcəyi o kənar dövlətlərin ona göstərəcəyi dəstəkdən asılıdır. Təbii ki, Rusiya bu dəstəyi əsirgəməyəcək.

-Kənar dövlətlər dediyiniz eyni qütbdə olan Fransa, Rusiya, Ermənistan digər qütbdə isə Azərbaycan. Bu qütbdə baş verən hadisələrin digər qütbdə yerləşən Azərbaycana təsiri necə olacaq?

- Hazırda proseslərin gedişi göstərir ki, onların Azərbaycana ümumi münasibəti bəzilərinin dediyi kimi pis deyil. Azərbaycan dövlətinin varlığı, davamlılığı, inkişafında maraqlı olan dövlətlər var. Burada erməni məsələsi xüsusi yer alır və bizim əsas problemimiz odur ki, Azərbaycanın varlığını istəyən dövlətlər arasında bu məsələdə Ermənistana üstünlük verənlər var. Baxmayaraq ki, Azərbaycanın inkişafını istəyirlər, dostluq münasibətləri var, amma bununla belə Ermənistana böyük tərəfkeşlik eləyirlər. Bu da onların siyasi əsaslı kurslarınnı nəticəsidir.



Digər tərəfdən Azərbaycanda gedən demokratik proseslərin zəif inkişafı, əlbəttə, qərbdə olan ictimai fikirlərə təsir edir və qərbin bu istiqamətdə son dövrlər Azərbaycana qarşı tələbləri də artıb. Qonşu ölkələrdə və ümumiyyətlə regionda (bölgə) baş verən proseslərdəki dönüş bizim həyatımızda da dönüşə səbəb olmalıdır. Biz kənarda qala bilmərik. Biz həmçinin daxili siyasətimizi də bizə aidiyyatı olan ölkələrin münasibətindən qururuq. Hesab edirəm ki, indi bu saat müəyyən siyasi və digər islahatların keçirilməsi üçün şərait yaranıb və bu şəraitdən istifadə etmək lazımdır.



- Sizcə, “Eurovision”a sayılı günlər qalan bir ərəfədə bu islahatların baş tutmasına nə dərəcədə şərait var? “Eurovison” ərəfəsində Azərbaycanın vəziyyətini necə qiymətləndirirsiniz?

- “Eurovision”un Azərbaycanda keçirilməsi ölkəmizin tanınması və ümumi inkişafı üçün böyük hadisədir. Bu ümumAzərbaycan məsələsidir. Bu heç də Azərbaycan siyasi hakimiyyətinə edilən güzəşt deyil, və ya onun xatirinə edilməyib. Bu sadəcə olaraq qərbin və bütün dünya ölkələrinin Azərbaycan xalqının və dövlətinin varlığına olan hörmətidir ki, Azərbaycanda böyük bir mədəni tədbirə xüsusi diqqət yetirilibdir. Azərbaycan da bu diqqət və imkandan istifadə etmək zorundadır. Təbii ki, biz Bakıda görülən əlaqədar hazırlıqları izləyir və buradakı inkişafı da görürük. “Eurovision” tədbirlərinə görə, Bakıda çox böyük işlər görülür.



“Eurovision” özü demokratik və mədəni mühit deməkdir. Yəni belə tədbirin keçirilməsi üçün sadaladığım mühit tələb olunur. Nə qədər böyük işlər görsək, nə qədər qonaqların qəbulu, tədbirin keçirilməsinə diqqətlə yanaşsaq, bunun yaxşı mənada baş tutmasına çalışsaq da biz vicdan məhbuslarını həbsxanada saxlayaraq bundan nailiyyət əldə edə bilmərik. Ona görə də əfv imkanından istifadə etmək lazim idi və bu olmayıbsa amnistiya (əfv-i ümumi) tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan hakimiyyəti və müxalifəti arasında elə bax bu məqamda dialoq baş tuta bilər və indi heç də gec deyil. Dialoq ictimai siyasi mühitdəki gərginliyin xeyli dərəcədə azaldılmasına səbəb olar. Bu da Azərbaycan üçün “Eurovision” kimi möhtəşəm beynəlxalq tədbir ərəfəsində məqbul hadisə sayılardı.



- Siz də qeyd etdiniz, hamı da deyir ki, “Eurovision” mədəni tədbirdir, amma niyəsə həmişə siyasiləşir.

- Burada Azərbaycanı istəyən və istəməyənlər qüvvələr var. Biz müyyən etməliyik ki, bizi istəyən və istəməyən kimdir? “Eurovision” müsabiqəsi özü bir fürsətdir və bundan istifadə edib demokratiyanın inkişafında mühüm addımlar atmaq olar. Bu Avropa mədəniyyətindən gələn bir tədbirdir, Əfqanıstan, İrana məxsus deyil ki? Bu Avropadan gəlirsə, demokratik ab-hava ilə gəlməlidir. Düzdür biz “Eurovision”u qərəzli şəkildə siyasiləşdirən xarici qüvvələrə qarşı olmalıyıq. Bu məqamda, ölkəmizi aşağılamaq istəyən qüvvələrə qarşı Azərbaycan hakimiyyəti, cəmiyyəti, hətta müxalifəti də eyni olmalıdır. Ancaq eyni zamanda “Eurovision”u siyasiləşdirməmək adı ilə biz demokratik fürsəti də itirməməliyik. Çünki belə fürsətləri itirdikcə, nə vaxt demokratikləşəcəyik? Bu mürəkkəb bir məqamdır və bunun içərisindən gərək düzgün nəticə çıxaraq.



- Müxalifətin “Eurovision” öncəsi aktivliyi, iki dəfə 20-ci sahədəki mitinqi barədə fikirləriniz maraqlı olar. Ümumiyyətlə Azərbaycan müxalifətini yuxarıda sadaladığınız hansı kateqoriyaya (dəstə, qrup) aid edirsiz?

- Müxalifət hakimiyyətin opponentidir (hərifidir). Müxalifət bizdə bir qədər impulsiv (əngizə verən) xarakterlidir (mahiyyətli) və özünəməxsus fəaliyyətindədir. Bir müddət sakitçiliyə gedir, bir müddətdən sonra isə dinamikası güclənir. Bu tədbirlər də əsasən xaricdən olan impulslarla üst-üstə düşür nədənsə. Əslində Azərbaycan hakimiyyəti də indiyəcən müxalifətə imkanları üçün fürsət verməyib, bu gün də müxalifət “Eurovision” tədbirindən istifadə edərək öz fürstindən istifadə edir. Müstəqil və neytral insanlar bu fürsətçiliyə yol verməməlidirlər. Heç olmasa bu bir ayda ümumAzərbaycan mənafeyinin müdafiə etməlidirlər. Gərək tədbiri yola verək.



Digər tərəfdən hesab edirəm ki, hakimiyyətin bu saat qərblə başı çox qarışıqdır. Qərbdən də “Eurovision” ərəfəsində son dövrlər Azərbaycan hakimiyyətinə ittihamlar güclənir. Mən Almaniya səfirliyinin, Almaniya hökümətinin bu qədər aktiv olmasını anlamıram. Sizə bir şey danışım 2002-cü ildə Nardaran sakinləri ilə DİN (daxili işlər nazirliyi) qüvvələri arasında baş verən qarşıdurma zamanı biz Nardaran əhalisini müdafiə edirdik. O zaman bizi Norveç, ABŞ (Amerika Birləşmiş Ştatları), İngiltərə səfirliyi tam təqdir edib dəstək verirdi, amma Almaniya səfirliyi heç bizi qəbul etmədi də. Onlar bu məsələyə səfirlik olaraq qarışmadı və dedilər ki, ölkənin daxili işidir. O zaman Almaniya səfirliyi siyasi proseslərə müdaxiləni onların səlahiyyəti olmadığını bildirmişdi. Bu gün isə hər şey dəyişib. Almaniya isə daha aktivləşib.

- Sizcə, dəyişən nə olub və ya niyə Almaniya səfirliyi belə aktivdir?

- Əslində dəyişən heç nə yoxdur. 2002-ci ildə də Heydər Əliyev hakimiyyəti idi, indi də onun siyasi kursunun davamçılarıdır. Yenə həmin Azərbaycandır, yenə həmin müxalifətdir və yenə də həmin ictimai siyasi mühitdir. Almaniyanın birdın-birə son sıradan ön sıraya keçməsi Azərbaycanı ittiham etməsi bir qədər müəyyən suallar doğurur. Olsun ki, bu Almaniyanın son illər iqtisadi cəhətdən qüdrətlənməsinin, Avropa birliyində aparıcı rolunun artmasının və demokratik yolda ön sıraya keçməsinin nəticəsidir. Mən Almaniyanın Azərbaycanda demokratik ab-hava yolunda apardığı siyasətə ləkə vurmaq istəmirəm, sadəcə fərqi göstərmək istəyirəm. Bir daha deyirəm ki, Azərbaycanda həqiqətən demokratik ab-havanın olmasını istəyən xarici qüvvələrlə, Azərbaycan hakimiyyəti ilə problemi olan xarici qüvvələrin qərəzli münasibətini Azərbaycan cəmiyyəti ayırmağı bacarmalıdır.



- Azərbaycanın cənub qonşusu İran bu aralar yaman sakit görünür, yoxsa sadəcə ölkəmizdə baş verənləri müşahidə edir?

- İranın sakit durması üzdə gedən prosesdir. Əslində heç sakit də deyil. Əvvəlki kimi olmasa da, elə bu məqamdan istifadə edərək Azərbayana qarşı ittihamlarını, təhdidləri səsləndirir. İran Azərbaycanın dövlət kimi varlığında, davamlı inkişafında maraqlı deyil və fürsət düşən kimi arxadan zərbə vurmağa və aşağılamağa hazırdır.



- Bəs iki azərbaycanlı şairin İranda həbs olunması İrandan Azərbaycana olan mesajdırmı?

- İrana Azərbaycandan çoxları gedir. Siyasi xadimlər, yazıçılar, adi vətəndaşlar. Bu yeni bir hadisə deyil ki, vizasız məkandır. Mən özüm də dəfələrlə İrana getmişəm. Düzü orda hələlik gərgin qarşıdurmaya rast gəlməmişəm. Azərbaycanın indiki çətin dövründə iki şairimizə olan münasibəti ancaq İran zərbəsi adlandırmaq olar. Digər tərəfdən bu Azərbaycanda həbs olunan iranyönlü insanların həbsinə cavab ola bilər. Nə olmasından asılı olmayaraq bu İrandan Azərbaycana növbəti zərbədir.



- Hətta deyilənə görə İranda radikal qüvvələrin “ Eurovision” tədbirinə qasrşı aksiyası da gözlənilir.

- Məndəki son məlumata görə “Eurovision” la bağlı artıq dünən Təbrizdə Azərbaycan konsulluğunun qarşısında antiazərbaycan mitinqi keçirilib. Oradakı soydaşlarımızla qarşıdurma yaranıb hətta xəsarət alanlar var. Bu da təbii ki, İranın hakimiyyətyönlü qüvvələrinin Bakıdakı mədəni beynəlxalq tədbirə qarşı siyasi məqsədli pozuculuq aksiyasıdır. Bununla da, Bakıda keçirilən “Eurovision” tədbirini beynəlxalq səviyyədə gözdənsalma kampaniyasına ilk start İran tərəfdən gəldi. Hətta ermənilərdən də qabaq. Mən açığı, öz müşahidə və hesablamalarıma görə bunu bu ərəfədə gözləyirdim. Belə aksiyalar müxtəlif ölkələrdə olacaq, buna hazır olmaq lazımdır. Bunu təşkil edən antiazərbarcan birliyidir, başında və mərkəzində ermənilər dayanır və bu kampaniyanın startı sadəcə İrana həvalə olunub. Günel

Geri dön