Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Rus komandandan şok etiraf! - Rusiyadan köçürülən ermənilər Türk qətliamı törətməyə hazırlanırlar
Rus komandandan şok etiraf! - Rusiyadan köçürülən ermənilər Türk qətliamı törətməyə hazırlanırlar |
Arxivlərdə erməni yalanlarını ortaya çıxarmaq üçün xeyli sənədlər mövcuddur. Özü də bu sənədləri imzalayan şəxslərin əksəriyyəti qeyri-türklərdir. Belə sənədlər içərisində türkiyəli araşdırmaçı Mehmet Perincəyin Rusiya dövlət arxivlərindən üzə çıxardığı materiallar maraq doğurur.
Beləliklə, 31 Mart - Azərbaycanlıların soyqırımı günü Rus orduları Qafqaz cəbhəsi komandanı Prjevalskinin 1917-ci ilin 10 mayında Tiflisdəki əsgəri valiyə yazdığı teleqrafı təqdim edirik: “Rusiyadan köçürülən ermənilər Türk qətliamı törətməyə hazırlanırlar” “Aprel ayının ortasında türklərin Aşqala bölgəsində toplandığına dair məlumat aldıq. Urati, Cın, Merdiven kəndlərini axtardıqda bu deyilənlərin doğru olmadığı məlum oldu. Sadəcə doqquz əsgər saxlanıldı. Eyni zamanda kəşfiyyatçılar qrupunun komandirinin məlumatına görə, Aşqalada dəmiryol birliyində könüllü çalışan türklər qrupun komandirinə yaxın zamanda işlərini buraxmaq məcburiyyətində qaldıqlarını söyləyiblər. Çünki Rusiyadan köçürülən ermənilər yaxın zamanda Türk qətliamı törətməyə hazırlaşırlar. Ermənilər tərəfindən törədiləcək belə bir hərəkətin gerçəkləşməsini önləmək üçün gərəkli əmrlərin verilməsini ərz edirəm. Rus orduları Qafqaz cəbhəsi komandanı Prjevalski 10 may 1917-ci il” Təqdim edib: Rəşad Sahil Geri dön |