Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "Məmurlar, nazirlər və digər vəzifəli şəxslər..."
"Məmurlar, nazirlər və digər vəzifəli şəxslər..." |
"Prezident İlham Əliyev məmurları daim xalqa nümunə olmağa çağırıb və hökumətin son iclasında bu məsələyə bir daha diqqət yetirdi. Hesab edirəm ki, cənab prezident tamamilə haqlıdır. Siyasi elita ölkədə bütün məsələlərdə digərlərinə yaxşı nümunə olmalıdır. Bu mənada dövlət başçısının bu çağırışını dəstəkləyirəm".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib. Onun sözlərinə görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından əvvəl də dəfələrlə məmurların və onların ailə üzvlərinin davranışı ilə bağlı məsələlərə toxunub: "Məsələn, dövlət başçısı avtoxuliqanlıq edənlər haqqında da təxminən belə bir fikir bildirmiş və xəbərdarlıq etmişdi ki, bəzi məmurların övladları da belə hərəkət edirlər və mən onların sığındıqları adamları işdən azad edə bilərəm. Cənab prezident bütün məsələlərdə həmişə bildirib ki, dövlət məmuru qulluqçudur və millətin qulluğunda durmalıdır". Millət vəkili hesab edir ki, belə məsələlərin tənzimlənməsi üçün əlavə qanunlar qəbul edilməsinə ehtiyac yoxdur: "Məncə, mövcud qanunvericilik bazası belə məsələləri tam tənzimləməyə imkan verir. Ona görə də əlavə qanun qəbul edilməsinə ehtiyac yoxdur. Məsələn, Milli Məclis tərəfindən "Etik davranış qaydaları haqqında" Qanun qəbul edilib. Burada əsasən cəmiyyət ictimai qınağı nəzərə almalıdır. Elə şey var ki, sırf tərbiyə məsələsidir və onları heç adama deməzlər. Axı onlar uşaq deyillər. Məmurlar, nazirlər və digər vəzifəli şəxslər olsun, onlar seçilmiş insanlardırlar. Elə şeylər var ki, onlara deməyə ehtiyac yoxdur. İndi görün vəziyyət nə həddə çatıb ki, prezident məcbur olub bu cür məsələlərə də toxunur". İlkin İzzət/Milli.Az Geri dön |