Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda son iki həftədə siyasi,ictimai və iqtisadi durum
İranda son iki həftədə siyasi,ictimai və iqtisadi durum |
İranda son iki həftədə siyasi,ictimai və iqtisadi durum
Son iki həftə iran yənədə xoşagəlməz mənzərələrlə yada qaldı beləki may ayının əvələrində Marağa şəhərində Azad yazarlar və şairlər ocağı (AYŞO)nun rəhbəri Bəharam Sürgünnün dəvətilə şeir festivalına qatılan iki nəfərər Quzey Azərbaycanlı tələbə Fərid və Şəhryar festivaldan sonra Bakıya qayıdan zaman Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılıb.Bügünə qədər onların hansı səbəbdən həbs olunduqları və harada saxlandıqları haqda iran rəsmiləri heçbir məlumat verməyiblər.Bünunla yanaşı Təbrizin “imam” cüməsi Şəbüstəri cümə namzında hə rzaman oluğu kimi öz çıxışında Azərbaycan Respublikasını tənqid atəşinə tutaraq Bakıda “Q” partın keçiriləcəyini bildirmiş və əhalini Azərbaycanın Təbrizdəki konsuluğunun qarşısında etiraz aksiyasına dəvət etmişdir eyni zamanda Xamneyinin Təbriz universitetindəki keçmiş nümayəndəsi Müctəba Nəzəridə universittdə eyni mövqeydən çıxış edərək anti Azərbaycan təbliğatı aparmışdır.İran rejiminə bağlı olan arannews.ir saytının yaydığı xəbərdə deyilir ki,Azərbaycanın Təbrizdəki konsulu Əlizadə “imam”cümənin çətinliklədə olsa qəbuluna düşmüş və yalvarmışdır ki may ayının 8-ə konsuluğun qarşısında aksiya keçirilməsin lakin “imamcümə” Konsuldan təlb etmişdiki Azərbaycan höküməti rəsmi olaraq bəyan etməlidir ki Bakıda “Q” parat və evrovisiyon mahnı müsabiqəsi keçirilməyəcək ək təqdirdə Təbriz əhalisi birinci konsuluğu qarşısında obiri həftə isə Təbrizin mərkəzində Azərbaycan höküməti əleyhinə kütləvi aksiya keçirəcək. Azərbaycan rsmiləri dəfələrlə bəyan etsələrdəki Bakıda bel əbir parat keçirilməyəcək “imam” cümə və onun ətrafında toplaşan anti Azərbaycan təfəkürlü adamlar May ayının 8-nə qədər bütün güclərini səfərbər edərək təhdid və təzyiqlərlə 1000 nəfərə yaxın Bəsici və Təbriz universitetlərində təhsil alan Fars və kürdlərdən ibarət bir qurupu Şuşanın işğalı günü konsuluğun qarşısına toplayaraq Fars dilində Anti Azərbaycan şüarları səsləndirdilər.Amma 4 milyona yaxın əhlisi olan Təbriz və ətraf rayonların bu aksiyaya münasibəti birmənalı olmadı akasiydan dəhal sonra milli hərəkat fəalları iran rejiminin anati Azərbaycan aksiyasına qarşı ardıcıl olaraq bəyanatlar yayıldı və molla rejiminin Azərbaycanın sürəttlə inkişafından həyəcanlandığını bildirərək rejimə birdaha bildirdilər ki Güney Azərbaycan Türkləri Müstəqil Azərbaycan Respublikasını hərzaman olduğu kimi dəstəkləyəcək və iran rejiminin erməni pərst mövqeyni unutmayacaq və yaxın günlərdə 1000 nəfərlə yox 100 minlərlə milli hərkat fəalı milətinə və müstəqil dövlətinə dəstək aksiyaları keçirəcək. Bu arada xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İranda səfərdə olub və iranlı həmkarı Salehi ilə, o cümlədən prezident Əhmədinejatla görüşüb. Yayılan rəsmi məlumatlarda iddia olunur ki, Salehi erməni həmkarıyla Dağlıq Qarabağ münaqişəsinin həlli yollarında yaranmış mövcud durumu müzakirə edib, həmsədrlərin davranışlarını ciddi tənqid edərək vasitəçilik missiyasının formatının dəyişdirilməsinin vacibliyini vurğulayıb. İranlı nazir təmsil etdiyi dövlətin bu münaqişənin həllində öz dəstəyini də təklif edib, rəsmi Tehranın yeni vasitəçilik təşəbbüslərinin sülhə töhfə verə biləcəyini bəyan edib. Xatırladaq ki, İran 1992 – ci ildə də anoloji təçəbbüslə çıxış edərək o vaxtkı Azərbaycan rəhbərliyinin obrazlı ifadə etsək, “saqqızını oğurlaya bilmişdi”. Nəticədə Milli Məclisin o vaxtkı sədri, Azərbaycan prezidenti səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov mayın 8–də Tehranda Ermənistan prezidenti ilə münaqişənin sülh yoluyla tənzimlənməsi üçün memorandum imzaladığı gün Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən xaincəsinə işğal edilmişdi. Görəsən üstündən düz 20 il keçdikdən sonra rəsmi Tehranın yeni vasitəçilik təşəbbüslərinə bel bağlamağa dəyərmi, bu səylərin sülhə töhfə vermək şansı nə qədərdir? Xatırladım ki,o vaxtlardan fərqli olaraq bu gün İran – Azərbaycan münasibətlərində aşkar gərginlik müşahidə edilir, belə bir emossional atmosferin davam etdiyi dönəmdə vasitəçilik səylərinin fayda verəcəyinə ümid demək olar ki, yoxdur. Ona görə də Salehinin məlum bəyanatına adi bir diplomatik jestdən başqa ad vermək düşgün olmaz. “İranla Ermənistan arasındakı dostluq münasibəti bölgə və dünya ölkələri üçün nümunədir”. İRİB-in verdiyi məlumata görə, bunu Ermənistanda diplomatik missiyası başa çatan İran səfiri Seyid Əli Saqaian bu ölkənin mədəniyyət naziri ilə görüşündə deyib. O bildirib ki, iki ölkə arasında ideal münasibətlər var: “İran-Ermənistan münasibəti sivilizasiyaların və dinlərin dialoqu çərçivəsində bütün ölkələr üçün nümunədir”. İran və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib Misirin Şərm əş-Şeyx şəhərində keçirilən Neytrallar Hərəkatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün bu ölkədə səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb.“Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regionda baş verən proseslər və digər məsələlər əsas müzakirə mövzusu olub. Ə. Salehi Əfqanıstanın xarici işlər nazir Zalmay Rəsul və Finlandiya xarici işlər nazirinin müşaviri ilə də görüşüb. Qeyd edək ki, bu toplantıda Neytrallar Hərəkatında sədrliyi üç illiyinə İran təhvil alacaq. Hazırda 120 üzvü olan Neytrallar Hərəkatı dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri sayılır. İranda iqtisadi böhran dahada dərinəşə bilər.Cənubi Karea maliyə naziri Əbuzəbiyə səfər edib o bildirib ki Birləşmiş Ərəb Əmirlikləri və Səudi Ərəbistan rəsmiləri söz verib ki cənubi Karea İrandan neft məhsularının almasını dayandırsa onlar Koreaya nəqədər neft lazimolsa təmin etməyə hazırdırlar.xatırladaq ki Cənubi Kore İrandan aldığı neftin həcmini 20% qədər azalıb bunula yanaşı Hindustan,Çin,Türkiyə,Yaponya İrandan alınan neftin həcmini azaldıblar,Cənubi Afrika ölkəsi isə İrandan neft məhullarının alışını təmamilə dayandırıb.Biritaniyanın fayneşıl tayms qazeti yazır ki,İrana və Çin rəsmiləri yeni razılıq əldə ediblər.Razılaşmaya əsasən İran Çinə satığı neftin pulunu Çin puluna çevirərək qaşılığında çindən lazim olan ərzaq və başqa məhullar alacaq.Nəticədə iranda daxili istehsallar iflic vəziyyətə düşəcək və işsizlik kütləvi hala alacaq.Son məlumata əsasən İran parlamenti yanacaq qimətlərini yenidən bahalşdırıb.Benzinin bir litiri 2000 tümən (1.20q) salyarka, qaz və elekterik qimətləri 50% qaldırılıb. MDHP Güney Azərbaycan Departamenti Geri dön |