Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > “Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR


Mühacir yazıçımız Məhəmməd Əsəd Bəyin taleyi haqqında onun məktublarından məlumatlıyıq. Həmin məktubların bir-neçəsi ilə oxucularımızı tanış etmişik. İndi isə Məhəmməd Əsəd Bəyin biqrafiyası haqqında... Burada onun harada doğulduğu, uşaqlığı, yeniyetməliyi və üzləşdikləri çətinliklərilə bağlı ətraflı məlumat ala bilirik. Enter.News N.Atəşin üzə çıxardığı həmin sənədlərdən birini – Məhəmməd Əsəd Bəyin dayəsi olan və mühacirətdə də daim onun yanında olan ana əvəzi alman əsilli Alise Şultenin yazdığı bioqrafiyanı təqdim edir:

"Əsəd Bəy 1905-ci il oktyabrın 20-də Azərbaycanın paytaxtı Bakı şəhərində, zəngin bir neft sahibkarı ailəsində anadan olub.

Ailənin yeganə övladı, çox ağıllı və dərrakəli uşaq olan Əsəd Bəy uşaqlarla oynamağı çox sevərmiş. Amma təəssüf ki, bütün bunlar ona həkimlər tərəfindən qadağan olunmuşdu. Ona ürək çatışmazlığı diaqnozu qoyulmuşdu (lakin sonralar bu diaqnozun doğru olmadığı sübut edildi). Zavallı uşağa bütün bu yasaqlara riayət etmək, əmrləri yerinə yetirmək çox çətin başa gəlir, o, yoldaşları ilə birlikdə oynamaqdan məhrum edilirdi.

Onun ən sevimli gəzinti yerləri şəhərin şərq üslublu məhəlləsi, məscidlər (İçərişəhər), minarələr, dar dalanlar, alçaq evlər idi. O, uşaqlıqdan tarixə meyl edər, tarixi hadisələri dinləməyi çox sevərdi. Ən gözəl və ən qiymətli şey onun üçün kitablar idi.

1911-ci ildə bədbəxt bir hadisə nəticəsində Əsəd Bəyin anası vəfat edir. Bundan sonra milliyyətcə alman olan xanım Alise Şulte tərbiyəçi və ana əvəzi qismində onların ailəsinə təşrif buyurur. O, son nəfəsinə qədər Əsəd Bəyin yanında qalır, ona qanı, canı, bütün varlığı ilə bağlanır, bütün həyatını onunla birlikdə keçirir.

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR

Məhəmməd Əsəd Bəy gənclik illərində

Əsəd Bəy ilk məktəb təhsilini evdə alır. 7 yaşında ikən Bakı gimnaziyasına daxıl olur, amma çox təəssüf ki, gimnaziyanı bitirə bilmir, Çünki Bakıda vaxtaşırı iğtişaşlar, anarxiya, qeyri-sabitlik hökm sürürdü. Əsəd Bəy ermənilər, müsəlmanlar, gürcülər və azərbaycanlılar arasında baş verən toqquşmaları cox ürək ağrısı ilə qarşılayırdı. Elə bu səbəbdən də Əsəd Bəy yaxınları ilə şəhəri tərk etməyə məcbur oldu. Onlar əvvəlcə Ənzəliyə, sonra Krasnovodska - hər ikisi Xəzər dənizinin sahilində yerləşir, ardınca Türküstana, Huvaya, Buxaraya, Səmərqəndə üz tuturlar. Bu arada Bakıda ictimai-siyasi proseslər bir az sakitləşir və Əsəd Bəy vətəninə dönür. Amma bu xoşbəxtlik uzun sürmür. Alman-türk dəstələri Bakıya daxil olur və Azərbaycanla sülh bağlamaq haqqında razılıq əldə edirlər. Həmin dövrdə ingilislər də Bakıda idilər. Alman-türk dəstələri Bakıya daxil olarkən ingilislər gəmi ilə şəhəri tərk edirlər.

Bir az keçdikdən sonra, şəhərdə “qırmızı”ların təhlükəsi hiss olunmağa başlayır. Onlar evləri, villaları soyub talayır, ölkəni əməlli-başlı xaosa sürükləməyə çalışırdılar...

Əsəd Bəygil yarım saat ərzində yaxınları ilə birlikdə yaşadıqları sarayı tərk etməli idilər. Özü də evdən və atasının bürosundan heç bir şey götürməmək şərtilə. Həmin anda Əsəd Bəyin içində bolşeviklərə qarşı böyük nifrət və savaş hissi baş qaldırıb və bütün ömrü boyu öz yazılarında bolşeviklərə qarşı mübarizə aparıb.

Ürək ağrısı ilə Vətənini tərk etmək məcburiyyətində qalan Əsəd Bəy Helenendorf alman koloniyasına (indiki Xanlar) gəlir. Həmin koloniya Azərbaycanın Gəncə şəhəri yaxınlığında yerləşirdi.

Bir neçə aydan sonra atası da bu koloniyaya gəlir və onlar Gürcüstanın paytaxtı Tiflisə gedirlər. Tiflis hələ bolşeviklərin əlinə keçməmişdi. Əynində gimnaziya paltarı olduğu üçün sərhəddə Əsəd Bəyi kommunistlərin casusu zənn edərək tuturlar. Amma atasının geniş əlaqələri sayəsində o, azad edilir. O zaman Əsəd Bəyin cəmi 15 yaşı vardı. Onların Gürcüstanda da qalmaları mümkün olmur. Artıq bolşeviklər Gürcüstanın sərhəd qapılarını kəsmişdilər. O, atası ilə Qara dəniz sahilində yerləşən Batumiyə keçir. Bir neçə həftədən sonra bolşeviklər Batumini də ələ keçirirlər və Əsəd Bəy atası ilə bərabər İstanbula gəlirlər. Burada onlar özlərini bütün təhlükələrdən uzaq hiss edirlər. O, burada bir müsəlman olaraq məscidləri ziyarət edir, şəhərin bütün görməli yerlərini gəzir və atası ilə bərabər Sultan sarayına da baş çəkir. Sonra onlar Parisə gəlir və orada çoxlu tanışlarla görüşdükdən sonra Fransa paytaxtını tərk edərək Romaya gedirlər. Lakin onlar Romada da çox qala bilmirlər, çünki 1920-ci ildə atası neft ticarəti ilə əlaqədar Berlinə çağırılır. Beləliklə, Əsəd Bəy Berlində ikinci vətən tapır. Burada o, hələ şəhərdə fəaliyyətini dayandırmamış rus gimnaziyasına gedir və məktəbi əla qiymətlərlə başa vurur. Sonra o, Berlin Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur, eyni zamanda, tibb elmi ilə də maraqlanır. Bir neçə semestr tibbi təhsil aldıqdan sonra tibbi bilik almaq fikrindən daşınır, çünki bunun üçün icazə ala bilmir.

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR

Məhəmməd Əsəd Bəy azərbaycanlı-qafqazlı geyimində

Hələ uşaqlıqda Əsəd Bəydə yazıb-yaratmağa böyük maraq vardı. 19 yaşında ikən o, Almaniyanın dövri mətbuatında bir neçə məqalə ilə çıxış etməyə başlayır. 24 yaşında Əsəd Bəy “Şərqdə neft və qan” adlı ilk əsərini yazır. Əsər yalnız Almaniyada deyil, bir çox ölkələrdə böyük uğur qazanır.

Bununla Əsəd Bəyin böyük karyerası başlayır. Onun əsəri 20 dilə tərcümə olunur. Əsəd Bəy həmçinin fars dilində də şeirlər yazır. Onun şeirləri İstanbulda çap edilir. Onu da qeyd edək ki, Əsəd Bəy 15-dən atıq xarici dil bilirdi. Əsəd Bəyin düşüncə tərzi monarxistliyə yaxın idi. Buna görə də ona böyük kral Kiril tərəfindən üzərində rus rəngləri olan bir medal və tac verilmişdi.

1931-ci ildə Əsəd Bəyin “Stalin” kitabı nəşr edilir. Sonra “Qafqazın 12 sirri”, “1932-ci ildə Qafqaz” (Qafqaz dağları, xalqları və tarixi haqqında), “Dünyaya qarşı andiçmə”, “Rza Şah”, “Axan qızıl”, “Məhəmməd”, 1933-cü ildə “Ağ Rusiya”, sonra isə “Bolşevizmin sonu”, 1935-ci ildə isə “II Nikolay”, “Sonuncu çarın şöhrəti və məğlubiyyəti”, 1936-cı ildə “Allah böyükdür” əsərləri ictimaiyyətin mühakiməsinə verilir. Bunun ardınca isə özünə Qurban Səid təxəllüsü götürən Əsəd Bəy “Əli və Nino” və “Altunsaç” romanlarını yazır.

1932-ci ildə Əsəd Bəy ailə qurur və 1933-cü ildə xanımı ilə ilk dəfə Amerikaya səfər edir. Daha sonra o, iki dəfə Birləşmiş Ştatlara səyahət edir. Əsəd Bəy orada bolşeviklərə qarşı yazılar yazır.

Bundan başqa, o, dostu Virecki ilə birlikdə “II Vilhelm” bioqrafiyasını qələmə alır və bu əsər dostu Vireckinin adı ilə yalnız Amerikada nəşr edilir.

Əsəd Bəy tez-tez səyahətə çıxırdı. Ömrünün cox qısa olmasına baxmayaraq, Əsəd Bəy İsveç, Norveç, Çin və Yaponiyanı çıxmaq şərtilə, demək olar, bütün ölkələri gəzib.

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR

Məhəmməd Əsəd Bəy yaşlı vaxtı

Berlində Əsəd Bəy tez-tez çoxlu antikommunist seminarlar, mühazirələr keçirirmiş. O, burada tez-tez müsəlmanlarla - türklər, farslar və azərbaycanlılarla görüşürdü. Onu hər yerdə sevirdilər. Həmçinin məşhur insanlar və rəsmi şəxslər tərəfindən vaxtaşırı böyük məclislərə, ziyafətlərə dəvət olunurda O, beləcə məşhurlaşır, qayğı ilə əhatə olunur. Lakin həyat yoldaşı ilə cəmi 3 il yarım yaşayır. İdeal ailə başçısı olan Əsəd Bəy üçün xanımı çox müqəddəs idi. O, heç cür təsəvvür edə bilmirdi ki, sevdiyi, əzizlədiyi və qayğısını çəkdiyi qadın bir vaxt onu tərk edə büər. Lakin fələk məhz belə sayırmış...

Bir gün həyat yoldaşı özündən xeyli yaşlı olan evli bir kişiyə qoşularaq Əsəd Bəyi həmişəlik tərk edir. Bu onun üçün çox qəfil və amansız bir zərbə olur. Dayəsi A. Şulte düz 3 dəfə onun intihar etməsinin qarşısını alır. O, bütün yazıb-yaratmaq həvəsini itirir. Berlin yaxınlığındakı bir sanatoriyada bir neçə ay uzunmüddətli müalicə alır. Lakin uzun müddət özünə gələ bilmir. Hər gün həkimlər ona baş çəkir, psixoanalitiklər onu müalicə edirlər, lakin müalicə nəticəsiz qalır. Nəhayət, dərdini dağıtmaq üçün səyahətə çıxan Əsəd Bəyin səhhəti tədricən normallaşır. O, yenidən işləməyə başlayır. Səyahətlər zamanı çoxlu materiallar əldə edir. Bir neçə aydan sonra isə Tripoliyə gedir, orada Balbo ilə tanış olur. Onu tez-tez ziyarət edir. Balbo şəxsi təyyarəsini onun üçün ayırır və Əsəd Bəy Liviya səhralarını gəzir. O, məscidləri, vahələri gəzir, cəhənnəm insanları adlanan varlıqlarla tanış olur, çoxlu maraqlı hadisələrlə rastlaşır. Sonra o, əvvəllər yaşadığı Vyanaya qayıdır.

1938-ci ildə Əsəd Bəy bir italyan naşirdən iş təklifi alır və İtaliyaya köçür. Romanı, Venesiyanı, Milanı, Florensiyanı gəzir.

Hələ Vyanada ikən ayaqlarının ağrısından şikayət edən Əsəd Bəy İtaliyada həkimə gedir və bunun “Raymodische” xəstəliyi olub-olmadığını soruşur. Lakin heç bir həkim onda bu xəstəliyin simptomlarını tapa bilmir. Sonra bir həkim onda bu xəstəliyin simptomlarını tapır. Digəri isə ona İtaliyanın cənubuna getməyi məsləhət bilir. Bu məsləhətlə o, Positanoya gəlir və burada adi bir kənd həkimi onda “Raymodische” xəstəliyini üzə çıxarır. Əsəd Bəy dəhşətli ağrılardan çox əziyyət çəkirdi. Gündən-günə ağrıları şiddətlənirdi. Ağrılara tab gətirmək üçün hər gün ona 30-dan artıq iynə vurulur və müxtəlif dərmanlar qəbul edirdi. Əsəd Bəy iki il gecə-gündüz yataqdan və kreslodan qalxıb gəzə bilmədi. Ona baş çəkən həkimlərin bəziləri Əsəd Bəyin 10-15 gündən sonra öləcəyini də söyləyir, bəziləri isə əməliyyat edilməsini məsləhət görürdülər. Əsəd Bəy əməliyyata icazə vermirdi, çünki əməliyyatdan sağ çıxacağına inanmırdı. O zaman hələ onda sağalmaq ümidi və mübarizə əzmi var idi. Bu amansız xəstəliyə qalib gələ biləcəyinə inanırdı. Doğrudan da xəstəlik onu bütünlüklə bürümədi. O, öz-özünə sağaldı və əvvəlki normal həyatına qayıdaraq, gəzə bildi. Bu zaman 1940-cı il idi. Amma qısa bir müddətdən sonra onun bütün bədənini açıq yaralar bürüdü və bədəni qızdırmadan yanmağa başladı. 3 dəfə ağır əməliyyat keçirdi. Hələ sağalmamış onu digər xəstəliklər yaxaladı və hərarəti heç düşmədi. Bütün bunlar onun orqanizmini o qədər zəiflətmişdi ki, artıq ağrılara dözməyə gücü qalmamışdı. İşləyə bilməməsi isə onu daha çox ağrıdırdı. Amma o, yazmaq istəyirdi, zəiflik isə onu getdikcə daha çox əldən salırdı. Əsəd Bəy tez-tez dayəsinə deyirdi: “Bilirsənmi, mən bütün həyatımı yazmaq istəyirəm. Əslində bütün fəsillər artıq beynimdə hazırdır, yalnız yazmaq lazımdır. Amma mən artıq yaza bilmirəm”.

O,15 səhifə yazır, daha yaza bilmirdi. Tez-tez ümidsizcəsinə düşünürdü ki, belə əzablarla yaşamaqdansa ölüm daha yaxşıdır. O, həmişə özünə ağrısız, əzabsız bir ölüm arzulayırdı.

Ölümündən bir ay öncə o, İtaliyanın Təbliğat Nazirliyindən orada işləmək təklifi alır. Təklif edilən şərtlər çox sərfəli idi. Əsəd Bəy məktubu oxuyarkən gözlərinə inanmadı. Bu, ona nağıl kimi gəldi və bəlkə də yaxşı bir vəzifədə işləyə biləcəkdi...

Onda öz Vətəninə xidmət etmək istəyi vardı. Onu bir arzu - Bakıya qayıtmaq arzusu heç vaxt tərk etmədi. O, bunun ardınca yol parası aldı. (Ona Romaya getmək üçün 500 lirə yol pulu göndərmişdilər -N.A). Lakin arzusunu gerçəkləşdirə bilmədi.

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR

Məhəmməd Əsəd Bəyin Almaniyada yaşadığı evə vurulmuş barelyef

Dəhşətli ürək ağrıları Əsəd Bəyi qəfil yaxalayanda onun görmə qabiliyyəti də zəifləyir və qıcolmalar başlayırdı, ölümündən bir gün qabaq həkim artıq bütün ümidini itiribmiş. O, əlini yorğanın üstünə döyəcləyərək hıçqıra-hıçqıra həkimə deyirmiş: “Mən Romaya getməliyəm!”

4 ildə onu kimsəsiz, köməksiz qoymamış dayəsi həmin müdhiş axşam onun qulluğunda durdu və ona iynə vurdu.

Əsəd Bəy gözlərini yumur, bütün gecəni yatır, ertəsi gün günortadan sonraya qədər də. Saat 15.30-da son dəfə nəfəs alır. Əsəd Bəyin arzusu yerinə yetir. Ona ağrısız-acısız ölüm nəsib olur.

Onun alman dayəsinə şəhərdən çıxmaq qadağan edilir. Bu illər ərzində dayəsi yalnız ilyarlım Əsəd Bəydən ayrı qalmışdı: 1922-ci ilə qədər. Sonra o, Qırmızı Ayparanın xəttilə Almaniyaya gəlmişdi".

ƏSƏD BƏYİN BİOQRAFİYASINA ƏLAVƏ

"Əsəd Bəy 1932-ci ildə rəsmi olaraq Berlində bir yəhudi tacirin Erika Lovendahl adlı qızı ilə evlənib. Elə həmin gün onlar şəxsi avtomobilləri ilə bütün Avropaya toy səyahətinə çıxıblar. Əsəd Bəy onun bütün arzularını yerinə yetirir. Onlar teatra, konsertə gedir, qonaqlar qəbul edir və özləri də çoxlu dəvətlər alırdılar. O, çox vaxt evə gec qayıtmalarından razı qalmırdı. Evdə qalıb əsərləri üzərində işləmək onun üçün daha məqbul idi. Lakin xanımını çox sevdiyi üçün onun arzularını yerinə yetirirdi.

1933-cü ildə o, nəşriyyatın dəvəti ilə Vyanaya mühazirə oxumağa gedir. Geri qayıtdıqdan sonra yenə işləməyə başlayır.

Ondan sonra onlar Vyanaya köçürlər.

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin dəhşətli taleyi + DOSYE - FOTOLAR

Məhəmməd Əsəd Bəyin Pozitano qəbiristanlığındakı məzarı

1934-cü ildə işləri ilə əlaqədar yenidən Berlinə qayıtmalı olan Əsəd Bəy burada büyük əlaqələri olan naşirlərdən Ettholen və Hans Heinz Erveisla yaxın ünsiyyətdə olur. Onlar Əsəd Bəyə Berlində qalıb Almaniya dövləti üçün işləməyi təklif edirlər. Həmin vaxt Əsəd Bəyin “GPU” əsəri Almaniyada, xüsusilə Berlində geniş yayılmışdı. Əsəd Bəy təklifə böyük məmnuniyyətlə razı idi, amma onun həyat yoldaşı heç bir vəchlə Berlinə qayıtmaq istəmirdi. Yaxşı bir ailə başçısı olan Əsəd Bəy həyat yoldaşının arzusu ilə hesablaşır.

Onun heç zaman ağlına belə gəlməzdi ki, həyat yoldaşı ona xəyanət edə bilər. Dayəsi tez-tez ona deyərdi: “Oğlum, sən yaradıcılıqla məşğul olarkən Füllop Müllerin sənin arvadınla təklikdə qalması mənim heç xoşuma gəlmir”. Əsəd Bəy cavab verərdi: ”Ah, o, evli, özü də çox yaşlı kişidir”. Atası da ona dəfələrlə bu barədə xəbərdarlıq etmişdi. Və nəhayət gözlənilən bədbəxtlik baş verdi.

Əsəd Bəy Pima Andreyaya məktublarında öz keçmiş “amerikalı” xanımı haqqında yazanda, bildirirdi ki, Erika bunu Amerikanı sevdiyi, həmişəlik orada yaşamaq istədiyi üçün bəlkə də ürək ağrısı ilə etmişdi. Əsəd Bəy isə Amerikanı sevmirdi.

Əsəd Bəyin atası Abraham Nussimbaum Tiflisdən olan gürcüstanlı idi. (Alise burada Nussimbaumun Əsəd Bəyin atalığı olması sirrini bilərəkdən açmır -N.A.) Heç bir məzhəbə bağlı deyildi. O, Vyanada yaşayırdı və təxminən 3 il öncə Alman Polşasına göndərilmişdi. Onun indi yaşayıb-yaşamaması məlum deyil, amma mən buna inanmıram, çünki ona ünvanlanmış məktublar oxunmamış geri qayıdır. Əsəd Bəy məzhəbcə müsəlman olsa da o, atasını hər şeydən çox sevirdi, Əsəd Bəy həddi-büluğa çatdıqdan sonra 13 avqust 1922-ci ildə onun İslam dinini qəbul etdiyi rəsmləşdirilsə də, əvvəldən müsəlman idi. Bundan sonra o, rəsmən Lee Əsəd Bəy Nussimbaum adlansa da, əslində onu yalnız Əsəd Bəy adı ilə tanıyırdılar,

Alise Şulte; “Mən Gürcüstanın Tiflis şəhərində ərdə idim, 1911-ci ilin yanvarında ərim vəfat etdikdən sonra Bakıya bacılarımın yanına gəldim. Həmin ilin fevral ayında Əsəd Bəyin anası dünyasını dəyişdi, Atası Əsəd Bəyin tərbiyəsi ilə məşğul olmaq və anasının yoxluğunu hiss etdirməmək məqsədilə evə bir dayə dəvət etmək istədi. Mən isə müstəqil olmağa öyrəşdiyim, kimsədən asılı olmaq istəmədiyim üçün bu təklifi qəbul etdim və bu addımı atmağıma heç zaman peşiman olmadım. Qısa bir zamanda körpə mənim ürəyimdə özünə əbədi yer elədi. Beləcə mən qısa ömrünün sonuna qədər onun yanında qaldım. Onun məktublarında siz tez-tez “Əli” adına rast gələcəksiniz. O, məni həm Əli, həm də Aliçka deyə çağırırdı. Hər ikisi mənim adımın qısaldılmış formasıdır. O ki, qaldı nəşriyyatlara, mən yalnız Vyanada olan Tereza Kirşner (əvvəllər Rasser adlanırdı) nəşriyyatı ilə əlaqə saxlayıram - Vyanada 1-ci Kremergasse 9, Vyana 1 ünvanında yerləşir”.

Geri dön