Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Hərb, Özəl xəbər, Fərəc Quliyev > "Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"

"Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq üçün lazım olan zəmin yaradılıb"


"Hökumətin son iclasında prezident İlham Əliyevin Ermənistana təzyiqlərin artdığını bildirməsi o deməkdir ki, Azərbaycan diplomatiyası artıq uğurlu nəticələr əldə edir. BMT-nin münaqişənin həlli ilə bağlı məlum 4 qətnaməsindən sonra bu sahədə diplomatik uğurlarımız da çox böyükdür. hesab edirəm ki, artıq gələcəkdə işğalçıya qarşı hərbi əməliyyatlar aparmaq üçün lazım olan həm hüquqi, həm də diplomatik zəmin tam yaradılmış vəziyyətdədir. Fikrimcə, prezidentin son işarələri və çağırışları ona yönəlib ki, əgər Ermənistan ordusu qısa zaman ərzində Azərbaycan ərazilərini tərk etməzsə, nə Ermənistan, nə də onların ağaları düşünməsinlər ki, biz bu cür status-kvonun davam etməsinə dözəcəyik. Biz artıq qəti tədbirlər görəcəyik!"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, dövlət başçısı bir çox məqamlarda bəzi həqiqətləri bütün nazirlərdən və digər yüksək vəzifəli məmurlardan xeyli irəli gedərək çox açıq şəkildə deyir: "Məsələn, dövlət başçısı bəzi ölkələrin müstəmləkə siyasətini qəbul etməsini, bəzi ölkələrin basqı göstərməsini, hansı tərəflərdən təzyiqlərin olmasını ifadə edir. Bəlkə də protokol qaydalarına görə, bunları dilə gətirmək bir qədər riskli olmasına baxmayaraq, prezident bu məsələlərdə çox cəsarətlə tövr qoyur və o, dəfələrlə milli iradəni açıq şəkildə ifadə edib. Prezident həmişə deyib ki, vaxtilə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb, amma bundan sonra ikinci erməni dövləti yaradılmasından söhbət gedə bilməz".
F.Quliyev qeyd edib ki, əgər Ermənistanın işğalçı ordusu Azərbaycan torpaqlarını tərk edərsə, Azərbaycan bütün beynəlxalq konvensiyalara əməl edərək, oradakı erməni əsilli vətəndaşlarımız üçün bütün şərait yaradacaq: "Biz onların hüquqlarını qorumağa və təmin etməyə daim hazırıq. Çünki bu gün Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları əslində orada əsir və girov vəziyyətindədirlər. Onlar öz iradələrini ifadə edə bilmirlər. Hər halda biz belə düşünürük. Onlar bizim vətəndaşlarımızdırlar. Amma bu məsələlər sülh, dinc yolu ilə həll olunmazsa, hərbi yola əl atacağımız da prezident tərəfindən birmənalı şəkildə ifadə olunub".

İlkin İzzət/Milli.Az

Geri dön