Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sizi dərman atmaqdan xilas edəcək meyvə - Şəfa mənbəyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Sizi dərman atmaqdan xilas edəcək meyvə - Şəfa mənbəyi

Sizi dərman atmaqdan xilas edəcək meyvə - Şəfa mənbəyi


Yaz aylarında yeni, qış aylarında isə qurudulmuş şəkildə bazara təqdim edilən moruq insan sağlamlığı baxımından olduqca faydalı bir meyvədir.

Moruqda həmçinin insan sağlamlığı üçün faydalı olan A, PP, E, B qrupu vitaminləri, kalium, kalsium, fosfor, mis, maqnezium, dəmir, selen kimi minerallar, efir yağları və s. var.

Moruq müxtəlif turşularla (salisil, alma, limon turşusu) zəngindir.

Onun tərkibində antosian maddəsi var ki, bu maddə damar və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır. Moruq həmçinin soyuqdəymə xəstəlikləri zamanı müalicəvi təsirə malikdir. Belə ki, o, hərarəti salır, xəstəliyin simptomlarını azaldır, tərlədir, immuniteti möhkəmləndirir. Məhz bu səbəbdən moruğu "təbii aspirin" adlandırmaq olar.

Geri dön