Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tarixin ən qəribə suallarına verilmiş ən yaxşı cavablar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Tarixin ən qəribə suallarına verilmiş ən yaxşı cavablar

Tarixin ən qəribə suallarına verilmiş ən yaxşı cavablar


Dünyanın ən məşhur elm adamları, siyasətçiləri və yazıçılarının onlara verilən kinayəli suallara sarkazm dolu cavablarını təqdim edirik.
1. Nəcib Fazil Qısakürək
Türk şair və yazarı Nəcib Fazil yeni saqqal saxladığı dövrlərdə bir nəfər ona yaxınlaşır və şairi iynələmək məqsədilə “bu saqqal nədir belə, rəsmən meymuna dönmüsən” deyir.
Şair isə cavabında üzünü divara çevirərək deyir:
“Lap yaxşı, bir az da divara dönüm”.
2. Martin Lüter Kinq
Bildiyiniz kimi, qədim zamanlarda din xadimləri soyğunçuların öndə gedənləri olub. Məsələn, xalqa pul qarşılığında cənnəti satın alma kimi vədlər veriblər.
Bir gün protestant məzhəbinin qurucusu Martin Lüter bu din adamlarını ziyarət edir və “mən cənnətin açarlarını satın almaq istəyirəm” deyir.
Din adamları bu tələbi öz aralarında müzakirə etməyə başlayır və Martinin dəli olduğuna qərar verərək ona bir açar verib başlarından etmək istəyirlər. Lüter isə açarları aldıqdan dərhal sonra şəhərə çıxır, küçələrdə qaça-qaça qışqırmağa başlayır:
“Ey insanlar, cəhənnəmin açarları məndədir. Qapısını kilitləmişəm. Artıq heç kim oraya girə bilməyəcək. Artıq kilsədən cənnət qəbzləri almağınıza ehtiyac yoxdur”.
3. Mustafa Kamal Atatürk
Türkiyə müharibədə qalib gəldikdən sonra ölkələrarası konfransda çıxış edən Yuqoslaviya kralı Atatürkə xitabən deyir:
“Əfəndim, zəfərinizdən öncə bizə ingilislər, fransızlar, yunanlar sizə qarşı savaşmağımız üçün yalvardılar. Amma biz bunu rədd etdik. (Yəni savaşa girsəydik, işiniz çox çətin olacaqdı).
Atatürk isə yerindən qalxıb kralın yanına gedir və gözlərinin içinə baxaraq “veriləcək sədəqəniz var imiş, keçmiş olsun” deyir.
4. Uinston Çörçill
Bir gün Çörçill evə sərxoş halda gəlir. Xidmətçisi onu qapıda qarşılayaraq “aman tanrım, siz çox pis sərxoşsunuz” deyir.
Çörçill isə xidmətçiyə sakitcə cavab verir:
“Sən də çox çirkinsən. Ancaq mən səhərə qədər sərxoşluqdan ayılmış olacağam”.
5. Napoleon Bonapart
Napaleonun müharibə zamanı əsir aldığı generallardan biri kralı alçaltmaq məqsədilə onun üstünə qışqırır:
“Siz pul üçün savaşırsınız, biz şərəfimiz üçün!”
Napoleon isə generala cavabında “doğrudur, kimdə nə yoxdursa, onun uğruna savaşar” deyir.
6. Mehmet Akif Ərsoy
Toplantıların birində cahil gənclərdən biri Mehmeti alçaltmaq istəyir:
“Bağışlayın, siz deyəsən baytar idiniz, elədir?”
Mehmet Akif isə halını qətiyyən pozmadan cavab verir”
“Elədir. Haranız ağrıyır?”
7. Morqan Friman
Aktyordan müsahibə alan bir jurnalist sual verir:
“Əsarətin bədəli” filmində bir zənci məhkum rolunu canlandırdınız…”
Friman müxbirin sözünü kəsərək:
“Mən bir zənci məhkumu canlandırmadım. Mən bir zənciyəm və bir məhkumun obrazını canlandırdım!”
8. Diogen
Dünyanın nemətlərinə əhəmiyyət verməyən, yaşamı və fəlsəfəsi ilə tanınan məşhur filosof Diogen bir gün çox dar bir yoldan keçərkən bir adamla qarşılaşır. Bu yoldan ikisindən biri kənara çəkilmədiyi müddətcə keçmək mümkün deyildir. Var- dövləti ilə öyünən zəngin adam deyir:
“Mən bir sərsərinin önündən kənara çəkilmərəm!”
Filosof isə zəngin adama yol verərək “mən çəkilərəm” deyir.
Zümrüd

Geri dön