Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dəniz quldurları Azərbaycan nefti ilə yüklənmiş gəmini ələ keçiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Dəniz quldurları Azərbaycan nefti ilə yüklənmiş gəmini ələ keçiriblər

Dəniz quldurları Azərbaycan nefti ilə yüklənmiş gəmini ələ keçiriblər


Ərəbistan dənizinin sularında dəniz quldurları İndoneziyaya 945 min barel (135 min ton) Azərbaycan xam nefti aparan «Smyrni» gəmisini ələ keçiriblər.
Bu barədə «Jakarta Post» qəzeti xəbər verir.
Yunan şirkətinə məxsus olan «Smyrni» gəmisi Liberiya bayrağı altında Türkiyədən çıxaraq Somali suları istiqamətində hərəkət edirdi. Gəmi ilə əlaqə mayın 10-da kəsilib və indiyə qədər quldurlar heç bir tələb səsləndirməyiblər. Gəmidə olan neftin bazar qiyməti 130 mln. dollardan artıqdır. Neft İndoneziyanın «Pertamina» dövlət neft-qaz şirkəti tərəfindən Şərqi Kalimantanda yerləşən neft emalı zavodları üçün alınıb. Şirkətin vitse-prezidentinin sözlərinə görə, şirkət hər hansı itkilərə məruz qalmayıb, çünki gəmi şirkətə məxsus deyil, neftin dəyəri isə onun çatdırılmasından sonra ödənilməlidir.
Bununla yanaşı qeyd edilir ki, Azərbaycan son illərdə İndoneziyaya ən iri neft ixracatçısı olub. Belə ki, 2011-ci ildə İndoneziya Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) 1,76 mlrd. dollar dəyərində xam neft alıb.
Dövlət Neft Şirkətindən «APA-ECONOMICS»ə bildirilib ki, neft Ceyhan limanında (Aralıq dənizi, Türkiyə) alıcıya satılıb və beləliklə Azərbaycan tərəfi öz öhdəliklərini tam yerinə yetirib. Hazırda ARDNŞ-in mütəxəssisləri vəziyyətin gələcək inkişafını izləyirlər.

Geri dön