Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu


Türkiyənin paytaxtı Anakarada Uluslararası Güney Azərbaycan türklərinin birinci forumu keçirilib.

300-ə yaxın iştirakçının qatıldığı forumda 50 təşkilatın nümayəndəsi iştirak edib. Forum öncəsi İranın gərginliyi o həddə çatıb ki, artıq dövlət tərəfindən rəsmi Türkiyəyə nota verilib. AKP hakimiyyəti İran qarşısında aciz qalaraq forumun təxirə salınması üçün təzyiqlərə başlşayıb. Buna baxmayaraq, keçiriləcək məkan dəyişməklə forum baş tutub. Belə ki, tədbir, nəzərdə tutuldğu kimi, "Sürməli" oteldə deyil, "Doğal Residans"da keçirilib. Öncədən deyildiyi kimi iki gün deyil, bir gün qapalı şəkildə keçirilən forumun nəticəsində Uluslararası Güney Azərbaycan trklərinin konseyi yaradılıb.
Forumda MDHP sədri, Millət vəkili Fərəc Quliyev, xalq artisti Flora Kərimova, Azərbaycanın quzeyli-güneyli bir sıra partiya rəhbərləri, ümumilikdə 50-yə yaxın qurumun rəhbərliyi və başqa tanınmış şəxslər iştirak ediblər. Eyni zamanda MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli, rəhbərlikdən Hüseyin Günəşli və Mehmet Akçay da olub. MDHP sədri Fərəc Quliyev rəhbəri olduğu partiyanın təkliflərini paket şəklində təqdim edib və bütün təkliflər yüksək dəyərləndirilərək forumun gündəliyinə salınıb. Forumda xarici fondlardan maliyyələşən və əcnəbi qüvvələrin maraqlarının ifadəçisi olan bir neçə şəxsin çıxışı milliyyətçi qüvvələrin sərt təpkisi ilə qarşılanıb.
MDHP Gənclər Təşkilatının başqanı Seymur Həsənli bildirib ki : “Quzey Azərbaycanda sorosdan maliyyə alıb milli maraqları ayaq altına atanların Ankarada Güney Azərbaycançı kimi görünməsi milli davaya heç bir fayda verməyəcək. Unutmayaq ki, Güney Azərbaycana gedən yol Avropa qrantlarından deyil, Türk milliyyətçiliyindən keçir. Bu forumda Amerikanın İranla münasibətlərinə görə Bütöv Azərbaycançı kimi görünməyə çalışanların, milli mücadiləyə illərdir ömrünü vermiş insanla bir yerdə durması doğru deyil. Güney Azərbaycan türkləri Bozqurd işarəsi tutaraq, bu davanı aparırlar, Amerikanın, Avropanın liberalizm işarəsini deyil. Kimin kim olduğu safından bəllidir zatən”.

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Müdaxilələrə baxmayaraq, Ankarada Güney Azərbaycan forumu baş tutdu

Geri dön