Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır”

Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır”


“Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”.

Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.

“Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda saxlanılmasa, daha yaxşı olar” – deyə. G. Babayeva vurğulayıb

Geri dön