Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nadir şahın Qəndəharın fəthindən sonra Azərbaycanın bütün vilayətlərinə göndərilməsi üçün qardaşına yazdığı məktub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Nadir şahın Qəndəharın fəthindən sonra Azərbaycanın bütün vilayətlərinə göndərilməsi üçün qardaşına yazdığı məktub

Nadir şahın Qəndəharın fəthindən sonra Azərbaycanın bütün vilayətlərinə göndərilməsi üçün qardaşına yazdığı məktub


Nadir şah Qəndəharı fəth etdikdən sonra Təbriz hakimi olan qardaşı İbrahim xana məktub yazaraq, ona qələbə xəbərini çatdırır və eyni zamanda göstəriş verir ki, bu xəbər Azərbaycanın bütün vilayətlərinə göndərilsin. Enter.News Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının fars dilindən tərcümə etdiyi həmin məktubu təqdim edir:

“Əuzibillahi-təala, humayun fərman oxudu. Azərbaycanın qüdrətli sərkərdəsi və paytaxt Təbrizin hakimi, cürbəcür şah lütfləri ilə fərəhlənən və qürurlanan yüksək məqamlı qardaşım İbrahim xan bilsin ki, həmd olsun Allaha, bu Nadirə dövlətin darülqərar qapıları sübhani inayətin kilidi ilə bizim hümayun nəvvabımızın ruzgarı üzünə açıldığı gündən cilvəli xosrovanə şadlıq atının çatdığı hər tərəf ki, dəniz olub, səhrəvari torpağı gözünə doldurmuşuq və şahanə hümmət atının üz qoyduğu hər tərəf ki, dağ olub, qarşıdan saman çöpü kimi çıxartmışıq. Qəndahar qalası mühasirəsinin tam bir ilə qədər uzandığı günlərin bu birgə qələbə anlarında “Yaxşı hikmət və öyüd ilə (adamları) sənin Rəbbinin yoluna çağır” (Nəhl surəsi, 125) şərafətli əmrə əsaslanaraq Qəndəharın mühasirəyə alınmış əfqanları itaətin şah yoluna dəvət olundular. O tayfa “Onlar zənn edirdilər ki, qalaları onları qoruyacaq” (Nəşr surəsi, 2) yazısı ilə qalanın istehkamlarına və qüllələrin möhkəmliyinə bel bağlayıb taxıl ilə sursat ehtiyatının çoxluğuna və öz adamlarının sayına arxalansa da, onlar şir ovlayanların qarşısında din əshablarının hümməti ilə həşarat küyülü və qarğalar dəstəsi hökmündə olaraq yalnız şər ilə həyacana düçar və itaət ilə təslimə layiq idilər. Dünyaca böyük qüdrətə malik birinci bir dəstə qazi qüsurlu qalanın üstünə hücuma keçmiş, Səngi qülləsinə və Bürcdədə tərəfdə dağın başında ucaldılmış digər qüllələrin alınmasına məmur olunmuşdur. Adları çəkilmiş qüllələr ələ keçəndən sonra qaladakıların var-yoxu top və qumbara ilə “Qaranlıqda göydən gurultu və şimşəklə yağış yağar” (Bəqərə surəsi, 19) kimi atəşə tutulub xırman buluduna çevrildi. Həmin qüllələrin alınmasından on beş gün sonra, bazar ertəsi, bu ayın otuzuncu günündə, düşmən dövlətin süqut vaxtı olan zöhrün əvvəlində əjdaha dəlirlər və şir bahadırlar qala dağının ərtafına qalxıb yürüşə məmur oldular. Qaladağıdan toplar Dədə adı ilə məşhur qalanın özülünə rəxnə salandan sonra həmin səmtin mühafizəsi bəxtiyari camaatına tapşırıldı və Tanrının köməyi ilə mədədi o tayfaya nəsib oldu. Onlar qigər qaziləri qabaqlayaraq Bürrcdədəni bu qala qoruyanlardan təmizləyib, Qadiri-Zülmənənin inayəti sayəsində köməkləşib mərdanəliklə hücum çəkərək qalanın darvazasını açdılar və Qəndəhar qalasını tamamilə ələ keçirdilər. Belə şad xəbərin günbəgün və fasiləsiz gözləri təzə müjdələrin gəldiyi yolda və qulaqları ürəkaçan fəthlərin avazında olan bu dövlətin tərəfdarlarının sevincinə səbəb olacağını nəzərə alaraq əyanların başçısı söhbət-yasavul (Məclisdə qızıldan və gümüşdən düzəldilmiş əsanı ya çanağı tutub dayanan şəxs - R.Ş.) Səfiyar bəy Əfşarı bu fərəhli sözü çatdırmaq və belə fəthlərin nisarını və rəsmi muştuluğunu almaq üçün yolladıq. Lakin hər vilayətin əhli bu fəthin üçillik xərcin məbləğinə bərabər olan muştuluğu vaxtından əvvəl minnətdarlıqla ödədiklərinə görə lazımdır ki, bu şərafətli məktubun yetişməsi ilə on iki tümən nəqd pulu və bir dəst xələti bu naməni gətirənə öz malından verib bundan və yuxarıda qeyd edilmiş ehtiyaclardan və nisar ilə muştuluq şəklində olanlardan savayı heç nə verməsinlər və şərafətli hökmü köçürüb bütün Azərbaycan vilayətinə göndərsinlər ki, onlar da bu əbədi fəthə görə nağara şadyanalığını keçirmək üçün hazırlıq görüb İlahinin uzunömürlü lütflərindən atəşbar hasil etsinlər. Qərara alınır ki, Nadirabadı (Nadir şahın müasir Əfqanıstanın ərazisində yerləşən Qəndəfar şəhərinin yanında saldığı şəhərdir – R.Ş.) və təbəələrini Nişaburda və Xorasanın qalan vilayətlərində yaşayan əbdali elinin sakinlərinə məxsus edib, əbdalini köçürüb o məkanda yerləşdirsinlər və Hutəki qəlicə tayfasını onların yerlərində sakin etsinlər və o camaatı adçəkilmiş ayın (məktubda heç bir ayın adı çəkilməyib – R.Ş.) 24-də Qəndabdan götürüb qərara alınmış əraziyə yollasınlar.”

Təqdim etdi: Rəşad Sahil

Geri dön