Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda 13 nəfər israyilə casusluqda itiham edilərək mühakimə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tehranda 13 nəfər israyilə casusluqda itiham edilərək mühakimə olunub

Tehranda 13 nəfər israyilə casusluqda itiham edilərək mühakimə olunub


Mayın 13-də Tehranda keçirilən qapalı məhkəmədə İsrailin “Mossad” təşkilatına casusluqda günahlandırılan 13 nəfərə hökm oxunub.Hökmdə göstərilir ki, təqsirləndirilənlər peyklə yayılan xarici telekanalların təbliğat vasitəsilə “Mossad” təşkilatına cəlb edilib. Hökm alanların kimliyi hələlik açıqlanmayıb.

Tehran məhkəməsinin bildirdiyinə görə, İsrailə casusluqda günahlandırılan şəxslərin barələrində çıxarılan hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.

Aprelin 17-də İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) bəyanat yayaraq İsrailin “Mossad” təşkilatı ilə əlaqədə olan 15 nəfərdən çox şəxsi tutduğunu bildirib. Bəyanatda deyilir: “İndiyə qədər kəşfiyyata bağlı 15 nəfərdən çox şəxs tutulub. Tutulanlar arasında həm İran vətəndaşları, həm də xarici vətəndaşlar var. Terrorçulardan bəziləri “Mossad”ın təşkil etdiyi ssenarinin ifşa olunduğunu gördükdən sonra onların öhdəliyinə qoyulan, həyata keçirmələri üçün onlara tapşırıqlar verilməsini etiraf ediblər.

Tutulan şəxslərə verilən tapşırıqlardan biri ölkənin mütəxəssis alimlərindən birini terror etmək olub. Onların bir qisminə isə ölkənin infrastruktur təsisatlarında bomba qoymaq tapşırığı verilmişdi. Həmin şəxslərdən partlamağa hazır partlayıcı maddələr götürülüb. Həmçinin aparılan geniş araşdırmalardan sonra həmin əməliyyatları həyata keçirmək üçün İsrailin qanunsuz olaraq bəzi Qərb ölkələrinin diplomatik nümayəndəliklərindən istifadə etməsi də bəlli ilduğu idia edilir ”.

Geri dön