Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb


Ötən il Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb.

Ötən il Azərbaycanda 56648 nəfər (2015-ci ildə 54697 nəfər) dünyasını dəyişib. Ölənlərin 29924 nəfəri kişi, 26724 nəfəri qadın olub.

Ölüm hallarının səbəbləri arasında ilk yeri qan dövranı sistemi xəstəlikləri tutur.

2015-ci ildə ölkə üzrə ən çox ölümün qeydə alındığı qan dövranı sisteminin xəstəliklərindən 32825 nəfər dünyasını dəyişdiyi halda, 2016-cı ildə bu xəstəlikdən ölüm hallarının sayı 34093 nəfər olub. 2016-cı ildə qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişənlərin 17089 nəfəri qadın, 17004 nəfəri kişi olub.

Ölümün səbəbləri sırasında 2-c yeri tutan yenitörəmələrdən 2015-ci ildə 7278, 2016-cı ildə 8252 nəfər dünyasını dəyişib. Ötən il yenitörəmələrdən dünyasını dəyişənlərin 4632 nəfəri kişi, 3620 nəfəri qadın olub.

Ötən il eyni zamanda, endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından, sidik-cinsiyyət sisteminin xəstəliklərindən, tənəffüs sistemi xəstəliklərindən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüm halları çoxalıb.

2016-cı ildə Azərbaycanda endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından 1433 (2015-ci ildə 1264) nəfər, sidik-cinsiyyət sisteminin xəstəliklərindən 1266 (2015-ci ildə 1136) nəfər, tənəffüs sistemi xəstəliklərindən 1815 (2015-ci ildə 1712) nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2731 (2015-ci ildə 2646) nəfər ölüb.

Geri dön