Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Depressiya xəstəliyinin əlamətləri
Depressiya xəstəliyinin əlamətləri |
* İnsan əvvəllər zövq aldığı şeylərdən artıq zövq almır, həyatdan soyuyur.
* Depressiyada olan şəxs hər şeydən çox tez yorulur, uzanıb yatmağa bəhanə axtarır. * Ətrafdakı hər işə qarşı istəksiz olur. * Bütün problemləri gözündə böyüdür, hər şeydən qorxur. * Cinsi həvəsi olmur, cinsi əlaqə zamanı orqazm yaşamır. * Depressiya xəstələrində yuxu pozğunluqları olur. Yuxuya getməkdə çətinlik çəkir. * Hər şeydən küsür və hər şeyi özünə dərd edir. * Qorxulu yuxular görür və qorxub oyanır. * Depressiya xəstələri hövsələsiz, dözümsüz, əsəbi olur. * Depressiya xəstələri həddindən artıq kökələ və ya arıqlaya bilirlər. * Belə xəstələr yaddaşsız olurlar. * Depressiyalı xəstələr həyatda heç nədən razı qalmırlar. * Depressiyada olan adamlar heç nəyə sevinmirlər. Onların həyata olan sevgisi ölür. * Belə xəstələr daima əllərində olanları itirmək qorxusu ilə yaşayırlar. * Depressiya xəstələri özlərinə qarşı diqqətli olmurlar, geyimlərinə, saçlarına diqqət yetirmirlər. * Onlarda digər ölkəyə getmək həvəsi olur. * Hər şeydən şübhələnir və qısqanc olurlar. * Hər şeyin ən pisini fikirləşirlər. * İntihara meyilli olurlar. Geri dön |