Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməliyik”
“Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməliyik” |
Ekspertlərin fikrincə, Nalbandyanın “din təəssübkeşliyi” beynəlxalq hüquq normalarına ziddir
Bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfər edib. Ermənistan rəsmilərinin işğal altındakı Azərbaycan torpaqlarına bu kimi səfərləri həm ölkəmizin qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına ziddir. Bu məsələlərlə bağlı Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb, lakin vəziyyət dəyişməz olaraq qalır. Nalbandyanın səfəri ilə bağlı Azərbaycan xarici siyasət idarəsi artıq münasibət bildirib. Belə ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, E.Nalbandyanın Kəlbəcər rayonuna getməsi və "Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı "Qandzasar” deyil, Gəncəsərdir və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən tutarlı faktlarla sübut edilib. "Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Saxta erməni tarixşünaslığı Gəncəsər məbədinin memarlıq və digər xüsusiyyətlərinə görə erməni kilsəsindən köklü fərqini izah etməkdə acizliyini davam etdirir. Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra 1836-cı ildə "Rusiya Müqəddəs Sinodu”nun xüsusi qərarı ilə Alban kilsəsi və onun bütün mülkiyyəti erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Bundan sonra erməni qriqoryan kilsəsi tərəfindən Alban xristian irsinin, o cümlədən Gəncəsər abidəsinin və alban yazılı məxəzlərinin erməniləşdirilməsi siyasəti aparılıb", - deyə H.Hacıyev bildirib. Onun fikrincə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirməsi, memarlıq üslubunu və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır: "Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və Ermənistan işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarını ilhaq etmək siyasətini həyata keçirir”. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, nə məqsədlə olur-olsun, işğalçı dövlətin rəsmilərinin Azərbaycan ərazilərinə səfərləri qəbulolunmazdır: "Ermənistan ordusu Kəlbəcərdən çıxmalıdır, eləcə də rəsmiləri istədikləri kimi davranmalı deyillər. Ermənistan hakimiyyətinin təmsilçiləri bu səfərlər vasitəsilə işğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunmuş hərbi birləşmələrə gedirlər, Suriya və başqa ölkələrdən gətirilən ermənilərə baş çəkirlər və ya başqa missiya ilə səfər edirlər. Amma axır məqam odur ki, onlar Azərbaycanın işğal olunmuş ərazisinə gedirlər. Bu addımın Azərbaycan və Rusiya prezidentlərinin görüşü və ya qoşunların geri çəkilməsi ilə bağlı olması kimi müxtəlif variantlar səsləndirilir. Ancaq bütün hallarda hesab edirəm ki, Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə daxil olmaları qanun pozuntusudur. Biz imkan daxilində belə səfərlər olanda onun qarşısı dərhal alınmalıyıq”. F.Quliyev əlavə etdi ki, Dağlıq Qarabağla bağlı sülh danışıqlarında Ermənistan tərəfindən ədalətli mövqe sərgilənməsi ilə bağlı nəticənin olacağı gözlənilmir: "Çünki ermənilər işğalı əvvəlcədən planlaşdıran siyasət yürüdür. Onlar Azərbaycan və Türkiyə ərazisi hesabına "Böyük Ermənistan” qurmaq iddiasındadırlar. Məhz müharibəni də bu səbəbdən başladıblar. Heç bir halda ermənilər danışıqların baş tutmasında maraqlı deyillər, sadəcə olaraq mövcud status-kvonu saxlamaq istəyirlər. Təbii ki, onların bu kimi səfərləri Ermənistandakı daxili ictimai rəyə hesablanıb. Ermənilər əldə etdikləri müvəqqəti qələbəni saxlamaq və Azərbaycan ərazilərini işğalını davam etdirməklə Dağlıq Qarabağda "ikinci erməni dövləti”ni yaratmaq niyyətində olduqlarını göstərmək istəyirlər. Amma Azərbaycanın bu məsələdə iradəsi ortadadır, Dağlıq Qarabağ problemi ya dinc yolla həll olunmalıdır, ya da hərb yolu ilə işğala son qoyulacaq. Heç bir halda Azərbaycan ərazilərində "ikinci erməni dövləti”nin yaranmasına icazə verilməyəcəkdir”. Bəxtiyar MƏMMƏDLİ Geri dön |