Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Fərhad Bədəlbəyliyə başsağlığı verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Fərhad Bədəlbəyliyə başsağlığı verib

Fərəc Quliyev Fərhad Bədəlbəyliyə başsağlığı verib


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə həyat yoldaşı Nailə Bədəlbəylinin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Bədəlbəylilər ailəsi xalq tərəfindən böyük rəğbətlə qarşılanan şəxsiyyətlərdirlər. Görkəmli rejissor, Azərbaycan xalq artisti Şəmsi Bədəlbəyli kimi, övladı Fərhad Bədəlbəyli də öz yaradıçılığı və xidmətləri ilə xalqın qəlbində yüksək bir yer tutmuşdur. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli böyük musiqişünas və maarifçi olması ilə yanaşı, həm də ictimai xadimdir. Beynəlxalq səviyyədə böyük uğurlar imza atan Fərhad Bədəlbəyli dünyaca tanınmış bir mədəniyyət xadimi kimi ölkəmizin təmsilçisidir.
Bütün bu uğurların və nəaliyyətlərin qazanılmasında xüsusi xidmətləri olan onun həyat yoldaşı Nailə xanım Bədəlbəylinin vəfatı xalqımız üçün ağır itgi oldu. Bu itgi bizi dərindən sarsıtdı. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Bədəlbəylilər ailəsinin dərdinə şərik olduğumuzu bildirir, Fərhad müəllimə və mərhumə xanımın bütün doğmalarına dərin hüzünlə başsağlığı veririk. Allah səbr versin!
Nailə xanıma Allahdan rəhmət diləyirik. Yeri Cənnət, ruhu şad olsun!”

Geri dön