Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar > Güney Azərbaycan Türklərinin Forumu başa çatdı
Güney Azərbaycan Türklərinin Forumu başa çatdı |
Forumun yekunu ilə bağlı Güney Azərbaycan Türklərinin Beynəlxalq Şurası mətbuat üçün açıqlama yayıb
Xəbər verdiyimiz kimi, mayın 12-13-də Ankarada Güney Azərbaycan türklərinin 1-ci beynəlxalq forumu keçirilib. Forumun yekunu ilə bağlı Güney Azərbaycan Türklərinin Beynəlxalq Şurası mətbuat üçün açıqlama yayıb. Açıqlamada deyilir: »Hörmətli mətbuat təmsilçiləri, 2012-ci il may ayının 12-13-də Ankarada keçirdiyimiz Güney Azərbaycan Türklərinin 1-ci Forumu uğurla başa çatdı. Ankarada keçirilən forumdan ciddi şəkildə narahat olan və qorxan İranın faşist fars rejiminin manə yaratmaq səylərinə baxmayaraq, Türk dövlətinin, Ankara valiliyinin və təhlükəsizlik güclərinin xoş münasibəti nəticəsində tədbir «Doğa Rezidans» otelində gerçəkləşdirildi. Qeyd edək ki, Forumun işində çoxu Türkiyə və Azərbaycandan olmaq üzrə 15 müxtəlif dövlətin təmsilçisi iştirak etdi. Bu arada Forumun keçirilməsinə Güney Azəraycan milli hərəkatlarının böyük əksəriyyətinin dəstək verdiyini xüsusilə vurğulamaq istəyirik». Açıqlamada Forumun işinə 300-dən artıq nümayəndənin qatıldığı bildirilir: «Forumda sabiq təhsil naziri, professor Firudin Cəlilov, millət vəkilləri Fərəc Quliyev, Sabir Rüstəmxanlı, Türkiyədən sabiq millət vəkilləri Cemil Ünal, Orxan Kayıxan, İrak türkmen millət vəkili Fevzi Ekrem, Dünya Azerbaycanlıları Konqresinin həmsədrləri və İdarə Heyətinin üzvləri, Türkiyə, Azərbaycan və Avropa ölkələrində fəaliyyət göstərən 35 partiya və qeyri-hökümət təşkilatlarının təmsilçiləri iştirak etdilər. Mayın 13-də forum iştirakçıları İranın faşist fars rejiminin səfirliyi qarşısına toplaşaraq, İranda yaşayan Güney Azərbaycan türklərinə qarşı həyata keçirilən təzyiqlərə etirazlarını bildirdilər. Etiraz aksiyasında çıxış edənlər İran rejiminin getdikcə güclənməkdə olan Azərbaycan Respublikasının inkişafından narahatlıq keçirdiyini, Azərbaycana qarşı çirkin hücumları artırdığını və bu hücumların qarşısını almaq üçün dünyada yaşayan 50 milyon Azərbaycan türkünün bir yerdə olacağını vurğuladılar. Çıxışçılar bir neçə gün öncə Güney Azərbaycan tüklərinin paytaxtı sayılan Təbriz şəhərində, kənardan gətirilmiş və öyrədilmiş adamların Bakıda keçirilən Eurovision mahnı yarışması ilə əlaqədar keçirdikləri aksiyanı qınadılar». Şuranın açıqlamasında, forumun yekunu olaraq 50 nəfərdən ibarət Güney Azərbaycan Türklərinin Beynəlxalq Şurasının yaradıldığı və şuranın ilk toplantısında yeni yaradılan qurumun İdarə Heyəti üzvlərinin seçildiyi qeyd olunur: «Şuranın ilk toplantısında 17 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və Şuranın mərkəzinin Türkiyədə olmasına qərar verildi. Toplantının sonunda İdarə Heyətinin üzvləri bir araya gələrək, fəaliyyət göstərəcəkləri istiqamətlər üzrə vəzifə bölgüsünü müəyyənləşdirdilər. Şuranın İdarə Heyətinə seçilən şəxslər aşağıdakılardır: 1. Firudin Cəlilov 2. Cemal Mehmetxanoğlu 3. Zəlimxan Məmmədli 4. Zaur Bayramlı 5. Gülara Yenisey 6. İsa Ambarcı 7. Yasemen Qaraqoyunlu 8. Cengiz Çetinöz 9. Mikayil Keskin 10. Hakim Sadıqov 11. Merdan Seyidbeyli 12. Aydın Tağıoğlu 13. Hadi Musevi 14. Emir Merdani 15. Xosrov Amiri 16. Cabbar Səttaroğlu 17. Aynur İmranova». DAVAM.AZ: MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli yekdilliklə 50 nəfərlik konsey üyəliyinə seşilib. Geri dön |