Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistan Ali Məhkəməsi Baş nazir Nəvaz Şərifi vəzifədən kənarlaşdırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Pakistan Ali Məhkəməsi Baş nazir Nəvaz Şərifi vəzifədən kənarlaşdırıb

Pakistan Ali Məhkəməsi Baş nazir Nəvaz Şərifi vəzifədən kənarlaşdırıb


Pakistanın Ali Məhkəməsi bu gün Baş nazir Nəvaz Şərifi vəzifədən kənarlaşdırıb.

"Azərtac" xəbər verir ki, Geo TV telekanalının məlumatına görə, bu qərar hökumət başçısı və onun ailəsi barədə antikorrupsiya təhqiqatının nəticələri, həmçinin onun 2016-cı ilın mayında “Panama sənədləri” ilə bağlı qanunvericilər qarşısında çıxışı zamanı “səmimi olmadığı” səbəbindən qəbul olunub.

Baş nazirin vəzifədən kənarlaşdırılması barədə qərar yekdilliklə qəbul edilib. Məhkəmə, həmçinin Panamaya məxsus hüquq firmalarının birinin 2016-cı ilin aprelində dərc olunan sənədinə əsasən Nəvaz Şərifə qarşı cinayət işi başlanmasına dair qərar çıxarıb. Sənəddə Şərifin iki oğlunun və qızının Britaniya Vircin Adalarında azı 3 ofşor kompaniyaya gizli şəkildə sahib olduğu bildirilir.

Aprel ayında məhkəmənin “Panama işi” üzrə yaradılmış xüsusi komissiyası Nəvaz Şərifin korrupsiya sxemində əli olması barədə sübutları yetərsiz saymış və onu vəzifədən kənarlaşdırmağı məqsədəuyğun hesab etməmişdi.

Bundan sonra ali məhkəmə üçün yığılan materiallar 6 həftə ərzində antikorrupsiya məhkəməsinə göndəriləcək. Burada Baş nazir, onun qızı Məryəm, oğulları Həsən və Hüseyn, həmçinin keçmiş kürəkəni Məhəmməd Səfdərə qarşı araşdırma aparacaq və onlar barədə qərar 30 gün ərzində elan olunacaq.

Eyni zamanda, Pakistan Ali Məhkəməsi ölkənin maliyyə naziri və Nəvaz Şərifin maliyyə məsələləri üzrə məsləhətçisi Məhəmməd İshaq Darı da vəzifəsindən kənarlaşdırıb.

Geri dön