Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > İstədiyi oğlana qovuşmaq üçün - Hitlerdən kömək istədi
İstədiyi oğlana qovuşmaq üçün - Hitlerdən kömək istədi |
Müharibənin sonunda Hitlerin Berlindəki qərargahına girən Sovet əsgərləri əllərinə keçən hər şeyi toplayıb Moskvaya göndərirlər. Əşyaların arasında Hitlerə yazılan on minlərlə məktubu da Moskvaya apararaq, arxivə təhvil verirlər... Bunlar 1924-cü ildən 1945-ci ilədək alman xalqının Hitlerə yazdığı məktublardır. 2007-ci ildə alman tarixçisi Henrik Eberle onları toplayıb nəşr edir. Burada gənc bir qızın istədiyi oğlana qovuşmaq üçün Hitlerə yazdığı məktub da var. Enter.News həmin məktubu təqdim edir:
“Liderim! Dəyərli vaxtınızı aldığım üçün məni bağışlayın. Çox çətin bir durumdayam və inanın ki, başqa çarəm qalmadığından sizə müraciət etdim. Çox vaxtınızı almayacam. Mən sarışın və saf bir qızam - mənim qədər saf və həqiqi alman olan bir fermerin qızıyam. Hər zaman gənc bir fermer ilə evlənib bir sürü sarışın oğlan və qızlarımın – 10 uşağımın olmasını arzulamışam. Onların əhatəsində çalışmaq və istehsalla məşğul olmaq istəmişəm. Ev işlərini ən mükəmməl səviyyədə bilirəm. Axır ki, axtardığım insanı tapdım. Ancaq anası evlənməyimizə icazə vermir. Çünki oğlu əsil-nəcabətli bir ailədəndir, mən isə sadə fermer qızıyam. Oğlanın adı Alf-Dietrix von Stryk-dur. Hazırda istirahət üçün getdiyi Saksoniya bölgəsində Volkenburqda olan qəsri idarə etməklə məşğuldur. Əvəllər partiya üzvü idi. Eyni zamanda da Volkenburqdakı SA atlı birliyinə rəhbərlik edir. Anası evlənməyimizə icazə vermədiyi üçün – ona görə belə düşünürəm ki, anası ilə danışandan sonra onu heç görmədim - heç bir səbəb söyləmədən əlvida məktubu yazdı. Hazırda maddi baxımdan əlimizdən heç bir şey gəlmir. Bu üzdən də 150 acker (150 acker 96 hektara bərabərdir – R.S.) ərazi satın alma planımız suya düşdü. Çünki atam ancaq 10000 RM verə bilir və bu məbləğ də istədiyimiz əraziyi almağa yetmir. Böyük ehtimalla daha kiçik bir ərazi almağımızı tövsiyyə edəcəksiniz. Hörmətli Reyxkansler, Alf indiyə kimi böyük malikanələrdə yaşayıb, o, belə bir kiçik yerdə yaşamağa razı olmaz. Buna görə də kiçik bir ərazi almağımız uyğun deyil. Ah, görəsən bizə kömək edə bilməzsinizmi? Bizə kömək etməyiniz üçün Sizdən xahiş edirəm. Dediklərimin doğru olub-olmadığına əmin olmaq istəyirsinizsə, III Reyxin kənd təsərrüfatı işlərinə baxan Darredən soruşa bilərsiniz. O, Alfı şəxsən tanıyır və bir müddət öncə özünə də kömək etmək barədə təklif etmişdi. Münasibətimizi sadəcə ailəm bilir. Kənd təsərrüfatına məsul olan həmin şəxs ona bu sahədə uyğun bir iş verə bilməzmi? Ah, bu baş verərdisə çox sevinərdim və ona minnətdar olardım. Əgər Alf ilə evlənə bilməsəm, ömrüm boyu heç evlənməyəcəm. Xahiş edirəm, bizi bu dərddən qurtarın. Əgər ona uyğun bir iş varsa, bunu heç kimlə paylaşmamanızı xahiş edirəm. Mümkünsə bu məsələdən baronun da xəbəri olmasın. Əgər məktubumda sizə yalvardığımı bilərsə, sanıram ki, bunu xoş qarşılamayacaq. Amma insan sevdiyi üçün hər çətinliyə qatlanır. Sizdən cavab gözləyə bilərəmmi? Bir daha təkrar edirəm, heç kimə söyləməyin. Ailəmin bunu bilməsini istəmirəm. Məktubumdan heç kimin xəbəri yoxdur, bunun belə də qalmasını istəyirəm. Alman salamıyla hail Hitler. Susanna Hesse. Altenburq, Krasçvitz (Thür)." Təqdim etdi: Rəşad Sahil Geri dön |