Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir

Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir


Alimlər cari ilin əvvəllərində dünya əhalisinin 76 faizdən çoxunun piylənmədən əziyyət çəkəcəyini bildirmişdilər. Hazırda araşdırmalarını 30 inkişaf etmiş ölkə üzrə davam etdirən elm adamları 18-65 yaşlı kişilərin 90, uşaqların isə 50 faizinin piylənmə təhlükəsi ilə üzləşə biləcəkləri qənaətinə gəliblər.

Həmin ölkələrdə qadınların 80 faizi piylənmədən əziyyət çəkir. Bu problem xüsusilə ABŞ və Yeni Zelandiyada, eləcə də insanların sağlam olduğu düşünülən İslandiya və Yunanıstanda geniş vüsət almağa başlayıb.

Piylənmə, xüsusən qarın nahiyəsindəki yağlar xroniki xəstəlik riskinin, ölüm nisbətinin artması, həyat keyfiyyətinin azalması ilə əlaqələndirilir.


Geri dön