Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycanlı generalın xanımı Lev Tolstoydan kömək istəyib - AİLƏ DRAMI TARİXİ MƏKTUBLARDA
Azərbaycanlı generalın xanımı Lev Tolstoydan kömək istəyib - AİLƏ DRAMI TARİXİ MƏKTUBLARDA |
Ömrünün çoxunu Tiflisdə yaşayan və işləyən İbrahim ağa Vəkilov 1884-cü ildə rus qızı Yelena Yefiraovna Yermolayeva ilə ailə həyatı qurmuşdur. Bir-birini sevərək xoşbəxt ailə quran gəncləri imperator Üçüncü Aleksandrın ədalətsiz qanunu çıxılmaz vəziyyətdə qoymuşdu. Çarın qanununda deyilirdi ki, müsəlmanın rus qızına evlənməyi qəti qadağan olunur. Əks təqdirdə müsəlman oğlanı rus qızı ilə evlənərsə, o, mütləq öz islam dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik hüququndan məhrum olunur. Vəziyyətdən çıxış yolu axtaran İbrahim ağa Vəkilov imperator III Aleksandrın müqqəddəs sinoduna, yəni ruhanilər məclisinin oberkuryerinə - məşhur Pobedonosevə müraciət etməli olur. O, xahiş edir ki, xristian dinini qəbul etməyi ona məcbur etməsinlər və kəbini qanuniləşdirsinlər. Lakin çarın sadiq nökəri Pobedonosev qəti etirazını bildirir, hətta onun üzərinə hücum edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin kəsdirməyi heç xəyalınıza belə gətirməyin. Biz sizdən uşaqları belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz yoxdur.
Nəhayət 1893-cü ildə bolqarıstanlı keşiş Georgi Misarov İbrahim ağa ilə Yelenayanın qanuni kəbinlərini kəsir. Bu vaxt isə ailənin böyük oğlu Faris (Boris) bəyin yeddi, kiçik oğlu Qalibin (Qlebi) isə altı yaşı vardı. Onlar bir xristian kimi böyüyürdülər. Ancaq İbrahim ağa və xanımının bu məsələdən ürəkləri sakit deyildi. Onların intizarının əsas səbəbi oğlanlarının hansı dinə qulluq etmələri idi. Valideynlər hey düşünürdülər ki, hara gedib, kimdən ağıllı bir məsləhət alsınlar? Generalın Peterburq Texnologiya İnstitunda təhsil alan böyük oğlu Borisi, Moskvadakı Alekseyev hərbi məktəbində oxuyan Qlebi də bir sual düşündürürdü: Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər iki qardaş tez-tez ana-ataya müraciət edirdilər. Nəhayət, Ata - İbrahim ağa Vəkilov və ana - Yelena Yefimovna belə qərara gəldilər ki, yazıçı Lev Tolstoydan başqa heç kəs bu ciddi ailə məsələsinə ağıllı cavab verə bilməz. Ona görə də 1909-cü il martın 2-də Tiflisdən Yelena Vəkilova Lev Tolstoya yazır. L.Tolstoy da ona yazılan məktuba cavab verir. Enter.News tədqiqatçı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyimiz hər iki məktubu təqdim edir: Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç! Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarşınızda üzrxahlıq üçün söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən məsləhət almaq istəyənlər çoxdur, bütün bunlara baxmayaraq mən də sizə müraciət edirəm. Çünki həyat mənim qarşımda gücüm çatmaz bir məsələ qoymuşdur. Mən çalışacam ki, istədiyimi qısaca izah edim. Mənim əlli yaşım var, üç uşaq anasıyam, ərim müsəlmandır, ancaq kəbinimiz qanunidir. Uşaqlarımız Pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç yaşındadır. Oğlanlarımdan birinin iyirmi üç yaşı var. O, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O birinin iyirmi iki yaşı var. Moskvadakı Alekseyev Hərbi Məktəbinin yunkeridir. Bax, bu oğullarım atalarının dini etiqadına, daha doğrusu, müsəlmanlığa keçmək üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu, mümkündür və həmçinin bizdə yaşayan yadellilərə pis münasibəti də bilirəm. Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi təminat, nə də mənsəbpərəstlik onları bu işə təhrik edir. Ancaq qaranlıqda qalan tatar (Azərbaycan - Ş.N.) xalqına kömək etmək məqsədini güdürlər. Xalqla qovuşmağa, xalqa yanaşmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu dar düşüncəli məsləhətimlə onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi yaza bilsəydim... Mən öz övladlarını dəlicəsinə sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan ağlını itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız Siz öz ağlınızla həyatımızın hazırkı şəraitində bunun nə ilə nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu, mənə dəhşətli əzablar verir. Lev Nikolayeviç, Siz bizə, biz balaca adamlara heç vaxt ürəkdən gələn dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib Sizi öz xahişimlə narahat etdim. Məni təsəlli oduna atın. Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa məni məcbur edən dəlicisinə analıq sevgisidir. Bütün qəlblə Sizə sadiq olan Yelena Yefimovna Vəkilova. Tiflis şəhəri, Uçebnıy Pereulok 1, ev 8. Generalın xanımının məktubuna cavab olaraq Lev Tolstoy 1909-cu il martın 15-də Yasnaya Polyanadan yazırdı: Yelena Yefimovna (Vəkilova)! Sizin oğullarınızın tatar xalqının maariflənməsinə kömək etmək arzusunu təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, Sizə deməliyəm ki, hökuməti etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kimə olursa-olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın dinini pravoslavdan üstün tutaraq qəbul etmələri, yəni bir dindən başqa dinə keçmələri barədə kiməsə məlumat vermələri gərək deyildir. Bəlkə bu, zəruridir, lakin mən bu haqda bir şey deyə bilmərəm, ona görə də Sizin övladlarınız bu haqda lazımı hökumət orqanlarına xəbər verib-verməmələri barədə özləri qərar qəbul etməlidirlər. Müsəlmançılığın pravoslavlıq qarşısındakı üstünlüyünə və xüsusilə Sizin övladlarınızın xidmət etdikləri məqsədin alicənablığına gəlincə, bu hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm. Xristian idealı və təlimini onun həqiqi mənasında hər şeydən üstün tutan bir adam üçün bunu demək nə qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz xarici formasına görə kilsə pravoslavlığından müqayisəolunmaz dərəcədə yüksəkdə durması məndə heç bir şübhə doğurmur. Belə ki, əgər bir kəsin qarşısında kilsə pravoslavlığına, yoxsa ki, İslam dininə sitayiş etmək yollarından hansını seçmək məsələsi qoyularsa, onda hər bir ağıllı adam, mürəkkəb və anlaşılmaz ilahiyyatın -üçsifətli Allahın, günahın bağışlanması mərasiminin, dini ayinlərin, İsanın anasına yalvarışının, müqqəddəslər və onların şəkillərinə saysız-hesabsız ibadətlərin əvəzinə bir ehkamı vahid Allahı və peyğəmbəri olan İslam dinini, şühbəsiz ki, üstün tutar. Bu, başqa cür ola da bilməz, çünki xristian təliminin mahiyyətini qaranlıqlaşdıran və kilsəyə daxil olan bir çox mövhumi mərasimlərin olmaması baxımından və xristianlıqdan 600 il sonra meydana çıxması baxımından müsəlmançılıq xristianlıqdan üstün durmaya bilməz. Ayrı-ayrı fərdlərin, bütün insanlığın və bütün insanların həyatının əsasını təşkil edən dini şüurun təkmilləşdiyi kimi, həyatda hər şey inkişaf edir və təkmilləşir. Dinin təkmilləşməsi isə onun sadələşməsindən, aydınlaşmasından və onu müəmmalı edən hər şeydən azad olmasından ibarətdir. Dini həqiqətin onu əmmalı edən hər vasitədən azad edilməsi ən qədim zamanlardan bəri, bütün böyük dinlərin əsasını qoyan bəşər mütəfəkkirləri tərəfindən həyata keçirilmişdir. Beləliklə, bizə məlum olan bütün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayışı Vedının (Hianistanda) kitablarında, sonralar Moiseyin, Buddanın, Konfutsyanın, Lao-Tsenin, Xristianın və Məhəmmədin təlimlərində verilmişdir. Dini onun köhnə, kobud mənasından azad edib, daha dərin: sadə və ağıllı həqiqətlərlə əvəz edən bütün bu təzə din xadimləri böyük adamlar olublar, lakin məhz böyük adam olduqlarındandır ki, həqiqəti olduğu kimi, bütün aydınlığı, dərinliyi və saflığı ilə keçmiş yanlış fikirlərindən azad şəkildə ifadə edə bilməyiblər. Bu adamların səhv edə bilməyəcəkləri, onların bütün dediklərinin təkzibolunmaz əsl həqiqət olduğu güman edilsə də, onların özlərindən çox-çox aşağıda duran şagirdləri həqiqəti bütün dərinliyi ilə dərk etmədən, təbiidir ki, onu daha dəbdəbəli və hamı üçün mütləq etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus əcaib ünsürlər daxil etdiklərindən, əksəriyyət üçün həqiqəti vacibliyi ilə görmək çətin olur. Həqiqətin din tərəfindən belə təhrifi nə qədər çox etiraf edilmişdirsə, bu təhrifiər o qədər də çox artmış, nəticədə din xadimləri tərəfindən kəşf olunmuş əsl həqiqət qaranlıqlaşmışdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti gizləyən möcüzə və mövhumatlar hər şeydən çoxdur: bu, ən çox, ən qədim dində, oramin dinində, ondan az yəhudi dinində, ondan da az budda, konfuksiya, taosist dinlərində, daha az xristian dinində, nəhayət, lap az və axırıncı böyük din olan İslam dinindədir. Odur ki, müsəlmanlıq bu baxımdan ən əlverişli şəraitdədir. İslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə Məhəmmədin dini - mənəvi təliminin əsaslarını qoysa, təbiidir ki, bütün böyük dinlərin əsasları, ələlxüsus, həqiqəti etiraf edən xristian təliminin əsasları ilə birləşir. Sizə belə uzun-uzadı ona görə yazıram ki, siz mənim fikirlərimi oğullarınıza çatdıracaqsınız və bu fikirlər onların gözəl məramlarının həyata keçməsinə yaraya bilərlər. Dinin mahiyyətini təşkil edən həqiqətlərin onu qaranlıqlaşdıran hər şeydən təmizlənməsinə təsir etmək insan fəaliyyətinin ən yaxşı növlərindən biridir. Əgər Sizin övladlarınız bu fəaliyyəti həyat məqsədləri hesab etsələr, onda onların həyatı dolu və tam olacaq. Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqiqətləri gizlədən yanlış fikirlərdən və mövhumatından azad edilməsinə xidmət edən iki təlim Sizə və Sizin övladlarınıza məlumdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb, indi də məruz qalır. Bu təlimlərdən biri İranda yaranmış, sonra Türkiyəyə keçmiş və orada təqibə məruz qalan babistlər təlimi indiki Akkedə yaşayan Baqo-Ullanın oğlunda səfərbər olub. Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul edən bu təlim, ibadətin heç bir xarici formasını qəbul etmir. İkinci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini banilərinin adıyla, Allah alayı və yaxud da Vaisovçular adlandırırlar. Bu adamlar da inamın mahiyyətini məhəbbətdə görürlər və məhəbbətə zidd gedən bütün tədbirlərdən kənarda qalırlar. Bu sekta da təqib olunur və bu günlərdə onun rəhbərləri tutulub həbsxanaya salınıblar. Əgər mənim məsləhətlərim heç olmasa bir şeyə yarasalar, Siz və yaxud da Sizin oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqında qərarlarını mənə bildirsələr, çox şad olaram. Lev Tolstoy Təqdim etdi: Rəşad Sahil Geri dön |