Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat, Özəl xəbər, Fərəc Quliyev > Deputat: Yay aylarıdır amma meyvənin qiyməti düşmür
Deputat: Yay aylarıdır amma meyvənin qiyməti düşmür |
«Ekspertlər payızda qiymətlərin, inflyasiyanın artacağını deyirlərsə, yəqin, əsasları var. Amma benzinin qiymətinin bahalaşması artıq özünü bazarda göstərib».
Deputat Fərəc Quliyev payızda Azərbaycanda qiymətlərin artacağı ilə bağlı ekspert proqnozlarını belə dəyərləndirib. Deputat deyir ki, kimin nə deməsindən asılı olmayaraq, benzinin bahalaşması bazara təsirini göstərib: «Baxın, yay aylarıdır, amma meyvənin qiyməti düşmür. Digər tərəfdən iqtisadi artım da yoxdur, əksinə, 1.3 faiz həcmində azalma baş verib». F.Quliyev üstəlik, belə bir narahatlıq dilə gətirib ki, payızda dollara tələbat artacaq. Bu da qiymət artımına təsir edə bilər. Deputat vurğulayır ki, qeyri-neft sahəsində artım olmasına baxmayaraq, idxaldan asılılıq hələ də qalmaqdadır. Onun fikrincə, idxal edilən məhsulların çoxunu ölkədə istehsal etmək imkanları var: «Amma, görünür, hansısa məmurlara bu sərf etmir...». Deputat hesab edir ki, sahibkarlara dəstək artırılmalı və ölkəyə xarici investisiya cəlbi sürətləndirilməlidir: «Əgər bunlar olmayacaqsa, o zaman payızda bahalaşma və inflyasiyanın artması da mümkündür. Bir sözlə, çox şey hökumətin davranışından asılı olacaq». Azərbaycanda Aİ-92 markalı benzin bu il iyulun 15-də bahalanıb. Onun litri 70 qəpikdən 90 qəpiyə qaldırılıb. Geri dön |