Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranla Səudiyyə Ərəbistanı və Bəhreyn arasında münasibətlər gərginləşir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranla Səudiyyə Ərəbistanı və Bəhreyn arasında münasibətlər gərginləşir

İranla Səudiyyə Ərəbistanı və Bəhreyn arasında münasibətlər gərginləşir


İran hakimiyyəti vətəndaşlarını Səudiyyə Ərəbistanı və Bəhreyn arasında ittifaq təşkil edilməsi layihəsinə qarşı ölkənin bütün ərazisində etiraz aksiyaları keçirməyə çağırıb. İranda rəsmi mitinqləri təşkil edən İslam təbliğatı koordinasiya şurası yaydığı bəyanatla iranlıları cümə namazından sonra aksiyalar keçirərək Bəhreyni Səudiyyə Ərəbistanına birləşdirmək üçün hazırlanmış amerikan planına etiraz etmək və Əl Xəlifə və Əl Səud hakimiyyətlərinin ABŞ-a tabeçiliklərinə qarşı qəzəblərini ifadə etməyə çağırıb. Bəyanatda deyilir: “Bu təhlükəli sui-qəsd - ittifaqın qurulması xalq inqilablarının yayılmasının qarşısını almaq məqsədi daşıyır və Ali Xəlifə hakimiyyətinin həll etməkdə aciz olduğu Bəhreyn böhranına hökmranlıq etmək üçün qurulmuş məşum və faciəli sionist-Britaniya-ABŞ üçlüyü tərəfindən meydana atılıb. Əl Səud və Əl Xəlifə ailələri bilməlidirlər ki, onlar bu cür sui-qəsdlərlə Bəhreyndə etiraz hərəkatının və bölgədə islami oyanışın qarşısını ala bilməyəcəklər”.


Qeyd edək ki, bazar ertəsi Ər-Riyadda keçirilmiş məşvərət zirvəsində Körfəz Əməkdaşlıq Şurası ölkələri rəhbərləri Körfəz İttifaqının yaradılması üzrə təkliflərin, xüsusən də bölgənin qarşılaşdığı təhlükələr fonunda Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında ittifaqın təşkil olunmasına dair məsələlərin öyrənilməsinin tamamlanmasını və nəticələrin Səudiyyə paytaxtında fövqəladə zirvədə müzakirə edilməsini tövsiyə edib. Zirvənin vaxtı hələlik dəqiqləşdirilməyib.
“Körfəz İttifaqı” layihəsi qonşu ərəb ölkələrinin İranı onların daxili işlərinə qarışmaqla ittiham etməsindən sonra meydana çıxıb. İran layihəni tənqid edib, bunun Bəhreyndəki böhranı daha da dərinləşdirəcəyini bildirib. Ər-Riyad və Manama isə İrandan onların daxili işlərinə qarışmamağı tələb edir.
Xatırladaq ki, İran Bəhreyndə şiələrin rəhbərlik etdiyi müxalifəti və ittifaq layihəsinə etiraz edənləri dəstəkləyir. Tehran 2011-ci ilin mart ayında etiraz aksiyalarının qarşısını almaq üçün Səudiyyə hərbçilərinin Bəhreynə gəlməsini də sərt tənqid etmişdi. Digər tərəfdən, Bəhreyn problemi İran üçün çox həssas məsələdir, çünki İslam Respublikasındakı mühafizəkar qüvvələr hələ də Bəhreyni İranın vilayəti hesab edirlər.
İranda nəşr olunan “Keyhan” qəzetinin müdiri Hüseyn Şəriət Mədari çərşənbə günü verdiyi açıqlamada bildirib ki, “ölkənin torpaqlarının bütövlüyünü qoruyan İslam Respublikasının haqqıdır ki, İslam ümmətindən ayrılmış vilayətini yenidən geri qaytarsın”. O, əlavə edib ki, bəhreynlilər də özlərini iranlı hesab edirlər və İranın tabeliyinə qayıtmağı arzulayırlar.

Geri dön