Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Qarabağın və Zəngəzurun fövqəladə komissarı Aslan bəy Sultanovun bolşeviklərə ittiham dolu məktubu
Qarabağın və Zəngəzurun fövqəladə komissarı Aslan bəy Sultanovun bolşeviklərə ittiham dolu məktubu |
Sovet hökuməti işğal etdiyi ölkələrdə möhkəmlənərkən əsl simasını və xəbis niyyətini gizlədərək “fəhlə-kəndli hökuməti” deyib xalqın saf inamından sui-istifadə etməyə başlamışdı. Elə bir çox insanlarda inam yaradıb öz tərəfinə çəkə bilmişdilər. Bunda yerli kommunistlərimizin də böyük payı vardı.
Bolşeviklərin haqsızlıqları ilə üzləşən rəhbərlərdən biri də Qarabağın və Zəngəzurun fövqəladə komissarı olan Aslan bəy Sultanovdur. A.Sultanov rəhbərlik etdiyi bölgədə bir çox əməliyyatlar aparmasına baxmayaraq daim Mərkəz tərəfindən haqszılıqlar görürdü. Və nəhayət, 1921-ci il aprelin 10-da mərkəzə ittihamedici bir məruzə ünvanlayır. Enter.News təqdiqatçı-hüquqşünas Faiq Abdullayevin araşdırmalarından əldə etdiyi Aslan bəy Sultanovun Azərbaycan Mərkəzi İnqilab Komitəsinə ünvanladığı həmin materialı təqdim edir: “Rəhbərlik etdiyim İdarə tərəfindən qəzadakı ümumi vəziyyət, rəhbərliyim altında sədaqətlə xidmət göstərən milisin fəaliyyəti barədə vaxtaşırı verdiyim yazışmalar nədənsə hər dəfə cavabsız qalmışdır. Sovet hakimiyyətinin Qubadlıdakı durumu hal-hazırda son dərəcə gərgin bir vəziyyətə gəlib çatmışdır: bu da onunla bağlıdır ki, onun nüfuzu bir tərəfdən daxildəki bolşevizmə arzuolunmaz və mən deyərdim ki, təhlükəli elementlər tərəfindən aşağı düşür, digər tərəfdən isə daşnakların özlərinin onlarla həm siyasi, həm də ticari əlaqələrə girmək kimi qəbuledilməz tələbləri ilə baş apardıqlarından irəli gəlir. 1. Daşnaklarla müsəlman əhalisinin nümayəndələrinin bu ilin 6 aprelində vacib məsələləri həll etmək üçün Akarak kəndində baş komandan Nijdenin iştirakı ilə görüşlərinin təşkili. 2. Ticarət məqsədləri ilə onların və müsəlman camaatın qarşılıqlı olaraq gediş gəlişi və s. Sərhədyanı ərazilərdə yaşayan müsəlmanların daşnaklarla əlaqələrinin qarşısını müxtəlif yollarla almağa cəhd göstərmiş və bu barədə Mərkəzə dəfələrlə yazmışam. Qeyd etmək istəyirəm ki, daşnakların antibolşevik təşəbbüsləri bizə o qədər təhlükəli görünmür, amma daxili düşmənlərimizin, partiyaya sədaqətlə xidmət göstərmək maskası altında gizlənərək bizim aralarımıza soxulan və hakimiyyətə can atmaqda qəti maraqları olan, öz şəxsi mənfəətlərini düşünən, səlahiyyətləri ələ keçirməyə çalışan adamların nə məqsədlə təmiz və vicdanlı adamlara ləkə yaxmaları təhlükəlidir. Təhlükəli olan daşnakların təxribatları və təklifləri də deyil, bizim ideyalarımıza xəyanətkarlıqla zərbə vurmağa çalışan, sədaqətli işçilərə qarşı tam fırıldaqçı münasibətdə olan həmin elementlərin ölkənin daxilində Sovet hakimiyyətinin fəaliyyətinə mane olmalarıdır. Bu günlərdə mənə məlum olub ki, Qəza İnqilab Komitəsi Mərkəz tərəfindən yenidən təşkil edilib. Eləcə də mən tutduğum vəzifədən – Qəza Milis İdarəsinin rəisi vəzifəsindən azad olunmuşam. Bəs nədən bu barədə mənim heç bir rəsmi məlumatım yoxdur? Mən əminəm ki, bütün bunlar qəzanın bəzi məsul şəxslərinin və hakimiyyətin düşmənlərinin Mərkəzə ötürdükləri yalan və böhtan dolu məlumatların nəticəsində baş verib. Əldə etdiyim məlumata əsasən Qubadlı kəndinin sakini, fırıldaqçı, qaçaq, 18 cinayət əməlində birbaşa adı keçən Mirzə Muxtar Bayramov özünün fırıldaqçı məharəti nəticəsində partiya üzvü olmadan Qubadlı qəzasının partiya təşkilatı katibi təyin edilib və partiya maskası altında gizlənərək öz hakimiyyətini gücləndirmiş, bir sıra qeyri-qanuni hərəkətlərə yol vermiş, daşnak rayonlarından Qubadlıya gələn gizli erməni-işçilərlə görüşmüş, onları bir neçə gün evində qonaq saxlamış və daha sonra Bakıya yola salmışdır. Öz cinayətkar əməllərini ört-basdır etmək və günahı onların üstünə atmaq üçün isə başqa bir əclaflıqla onları Nijdenin və burjuaların tərəfdarı kimi qələmə vermişdir. Eyni zamanda Bayramovun təhriki ilə Şuşaya, eləcə də Mərkəzə Qubadlının məsul işçiləri məxfi məlumatlar verməyə başladılar. Elə bu səbəbdən də tamamilə yalan və böhtan dolu məlumat nəticəsində heç kəs tərəfindən yoxlanılmadan əksinqilabi fəaliyyətdə günahlandırılaraq İnqilab Komitəsinin sədri Xudabaxış bəy Sultanov Şuşada həbs olunub. Hansı ki, o bütün varlığı ilə Sovet hakimiyyətinə sədaqətli olduğu ilə seçilən bir şəxsdir. İnqilab komitəsində işlədiyi dövrdə o kasıb və ehtiyac içində olan xalqa həmişə təmənnasız olaraq yardım etmiş, onların mənəvi dayağına çevrilmişdir. Xudabaxış bəy Sultanov İnqilab komitəsinin sədri olduğu dövrdə sərhəd ərazisində yerləşən Ələddin postunun rəhbəri Abbasəli Almuradova yazılı olaraq əmr verir ki, daşnakların və şübhəli müsəlmanların birgə alver etdikləri “avdan yarmarkası”nda daşnaklara ərzaq satanların hamısı nəinki həbs edilərək malları müsadirə edilsin, hətta daşnaklarla əlaqəyə girən hər kəs yerindəcə güllələnsin. Bu fakt tam olaraq aydın gösətirir ki, Xudadbaxış bəy Sultanov əksinqilabçı deyil. Onun göstərişi ilə qəza milis idarəsinin keçmiş rəisi, yarım milyona qaədər dövlət pulunu mənimsəməkdə, bu barədə İnqilab komitəsinə heç bir hesabat verməyən və çoxsaylı şikayətlərdə günahkar bilinən Əli bəy Şərifov, eləcə də Xanlıq sahəsinin İnqilab Komitəsinin sədri Yusif Yusifov çoxsaylı şikayətlər və cinayətkar əməllərdə ittiham olunaraq həbs ediliblər. Həmçinin o özünü partiya işçisi kimi qələmə verən, əslində isə fırıldaqçı və sabotajçı kimi tanınan Mirzə Muxtar Bayramovun cinayətkar əməllərini ifşa etmişdir (kommunist partiyasından arayış təqdim edilib ki, o partiya üzvü deyil). Bayramov hakimiyyətin onu cinayətkar əməllərinə görə cəzalandıracağını bilərək qaçıb canını qurtara bilmişdir. Xudabaxış bəy Sultanovun həbsdən azad edilməsi barədə Kommunist Partiyasının bütün üzvləri rəy verib. Qəzanın kommunist partiyası üzvləri olan bütün məsul işçiləri Şuşa Siyasi Bürosuna onun azad edilməsi barəsində müraciət ediblər. O ki, qaldı mənə, mənim xidməti fəaliyyətimə, xahiş edirəm ki, o barədə qərəzsiz insanlardan məlumat alasınız: 1) 28-ci diviziyanın 84-cü briqadasının komandiri yoldaş general Semyonovdan, 2) Hərbi komissar yoldaş Korkovenkodan, 3) Qərargah rəisi Mızrıkovdan, 4) Hərbi komissar Çernikovskidən, 5) Briqada yavəri Fyodorovdan, 6) 25-ci alayın komandiri Kopiyankadan, 7) 252-ci alayın komandiri Qornostayevdən, 8) 251-ci alayın keçmiş komandiri, onun köməkçisi Parsadanovdan, 9) 252-ci alayın Şuşadakı keçmiş, 250-ci alayın hazırkı komandiri Çelovdan, 10) 252-ci alayın keçmiş komandiri yol. Veysexovskidən, 11) 28-ci diviziyanın rəisi Nesterovskidən. İyulun 15-dən noyabrın 20-dək mən adları çəkilən yoldaşlarla çiyin-çiyinə həyatımı əsirgəmədən fədakarcasına vuruşmuşam. Mis zavodunu (Kafanda yerləşir - müəllif.) ələ keçirmə əməliyyatında daşnaklar tərəfindən başımdan yaralanmışam və Gorusdakı hərbi xəstəxanada müalicə olunmuşam. Bu barədə 28-ci diviziyanın 84-cü bridqadasının verdiyi tibbi arayış hal-hazırda özümdə saxlanılır. Qırımızı ordu heyəti Zəngəzur sərhədlərindən geri çağrıldıqdan sonra mən Zəngəzurun və Qarabağın fövqəladə komissarı, eləcə də Qubadlı qəzasının və aran Zəngəzurunun milis idarəsinin rəisi vəzifəsinə təyin olunmuşam. (O dövr üçün mərkəzi Şuşa olan Zəngəzur və Qarabağın fövqəladə komissarı general vəzifəsi idi- müəllif.) O zamandan bəri mənim fəaliyyətim və səylərim nəticəsində qəzada tam inqilabi qayda-qanun hökm sürür. Mən olmasaydım ərzaq payını və əmək haqqını ala bilməyən milis əməkdaşları çoxdan vəzifələrindən imtina edərdilər. Mən onlara maaş əvəzinə xoş vədlər verirəm. Sanki bütün bunları etmək onların alın yazısıdır. Mən onları ordunun gələcəyi və hər şeyin tezliklə yaxşı olacağı ilə ruhlandıraraq bu yolla onları xidməti davam etmələri üçün saxlayıram. Bir tərəfdən də fars xanları, daşnaklar və daxili zərərli elementlərə qarşı rahatlıq və dinclik bilmədən mübarizə aparıram. Mərkəzə verilən yalan və böhtan dolu məlumatlar əsasında mən haqsız olaraq tutduğum vəzifədən azad edilmişəm. Mərkəzi hakimiyyətin mənə qarşı etdiyi bu haqsızlıqdan özümü son dərəcə incimiş hesab edirəm və bütün bunların müqabilində yalnız bircə xahişim var: mənim fəaliyyətimi araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin komissiya mənim fəaliyyətim haqqında mərkəzə ötürülən məlumatların nə qədər yalan və böhtan olduğunu müəyyənləşdirsin. Eyni zamanda qeyd edim ki, bizim fəaliyyətimiz Sovet hakimiyyəti üçün də dəyərli olub. Biz bu hökumətin mərkəzdən gələn nümayəndələrinin bizi inandırdığına ən əsası da xalqımızın ən qatı düşməni olan daşnaklara qarşı birgə mübarizə aparmağı təklif etdikləri üçün bu hakimiyyətin fəhlə-kəndli hökuməti olduğunu və demokratik olduğuna bizə inandırmaq üçün yerli hökuməti qurmağı da qəzanın insanlarının özlərinə həvalə olunması bu quruluşun tam demokratik bir quruluş olmasına inam yaratmışdı. Hansı ki, Müsavat hakimiyyəti dövründə yerli hökumət mərkəzdən təyin edilirdi. Bütün bunlardan sonra heç bir silahlı müqavimət göstərmədən razılığa gəldik və yerli qəza hökumətini qurduq. Bu gün də biz bütün gücümüzü və enerjimizi yeni quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu quruluş bizimçün əlverişlidir, milləti xoşbəxtliyə və xilasa aparır. Elə olmasaydı xalq asanlıqla ona qızıl dağlar vəd edən daşnak hökumətinə etimad göstərərdi. Ona görə də Mərkəz bizim fəaliyyətimizi qiymətləndirməli və aydınlıq gətirməlidir. Dəqiqləşdirmə aparmadan suyu bulandırdıqdan sonra bulanıq suda balıq tutumaq istəyənlərin məkrli və qərəzli fikirlərinə əsaslanıb bizim fəaliyyətimizə ləkə salmaq o qədər də asan deyil. Xahiş edirəm ki, mənim faktlara əsaslanan məlumatlarımı Azərbaycan Mərkəzi İnqilab Komitəsinin Ümumi iclasında oxuyub müzakirə edəsiniz. Qəza Milis İdarəsinin rəsisi. A.Sultanov. 10 aprel 1921-ci il. Xocahan” Təqdim etdi: Rəşad Sahil Geri dön |