Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beriyanın Malenkova məktubu - Bu 15 ildə nə olubsa, xahiş edirəm bağışlayın
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Beriyanın Malenkova məktubu - Bu 15 ildə nə olubsa, xahiş edirəm bağışlayın

Beriyanın Malenkova məktubu - Bu 15 ildə nə olubsa, xahiş edirəm bağışlayın


Deyirlər tarix ən ədalətli hakimdir. Hadisələri zamanın öhtəsinə buraxır və sonda da öz ədalətli hökmünü verir. Eynən Lavrenti Beriyada olduğu kimi. Bir zamanlar bu adamın kəsdiyi başa sorğu sual olunmazmış. İmdad diləmək üçün göz yaşı ilə yazılan məktublara, göndərilən teleqramlara məhəl qoymadan evlər dağıdıb, talelər qaraldıb. Elə ki, zaman öz hökmünü verir, insanlara cəllad kəsilənin özü dönüb cəllad əlinə düşür. Bir vaxtlar məktub yazıb ondan imdad diləyənlər kimi, özü də yalvarış dolu məktub yazaraq kömək isətyir, əfv diləyir. Bu kimi hadisələr tarix boyu təkrar olunub – dünən də elə idi, bu gün də elədir, sabah da elə olacaq. Keçmişdə olanlar bu gün ibrət almaq üçündür. İbrət almayanların aqibətini isə tarix və zaman öz ədalət tərəzisində ölçür və hökm verir.

Beləliklə, L.P.Beriya 1953-cü il iyunun 28-də G.M. Malenkova ikinci dəfə məktub yazaraq ondan kömək istəyir. Enter.News tədqiqatçı Adıgözəl Məmmədovun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edir:

"Sov. İKP MK

Yoldaş Malenkova

Əzizim Georgi,

Mən əmin idim ki, Rəyasət Heyətindəki o böyük tənqiddən nəticə çıxararam və kollektivə faydalı ola bilərəm. Ancaq MK başqa cür həll etdi. Hesab edirəm ki, MK düzgün hərəkət edib. Hesab edirəm və lazım bilirəm deyim ki, mən həmişə Lenin-Stalin partiyasına sədaqətli olmuşam, işdə həmişə fəallıq göstərmişəm. Gürcüstanda, Zaqafqaziyada, Moskvada, DİN-də, SSRİ Nazirlər Şurasında və sonra yenə DİN-də bütün bacarığımı işə sərf edirdim, kadrlar işinə işgüzar, sədaqətli, pinsipial, partiyamıza sədaqətli olan yoldaşları seçirdim. Bu, xüsusi komitəyə aiddir. Birinci və İkinci baş idarələrdə, atom işləri və idarə olunan sursatlarla məşğul olanlarda, Nazirlər Sovetinin katibliyində də elə vəziyyət eyni cür idi. Yoldaşlardan Klementi Voroşilov, Nikita Sergeyeviç Xruşşov, Lazar Kaqanoviç, Nikolay Bulqanin, Anastas Mikoyan və başqalarından xahiş edirəm ki, məni bağışlasınlar; bu 15 ildə birgə böyük və gərgin işdə nə olubsa, xahiş edirəm bağışlayın. Əziz yoldaşlar, sizin hamınıza Lenin-Stalin işi, partiyamızın birliyi, monoliti, qüdrətli vətənimizin çiçəklənməsi uğrunda böyük uğurlar arzu edirəm.

Georgi, xahiş edirəm, əgər mümkünsə, ailəmi (arvadımı və qoca anamı) və oğlum Serqonu, - hamısını sən tanıyırsan, - diqqətsiz qoyma.

Lavrenti Beriya

28. VI. 1953"

Təqdim etdi: Rəşad Sahil

Geri dön