Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Duzlu gölün palçığı müalicəvi əhəmiyyət daşıyır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Duzlu gölün palçığı müalicəvi əhəmiyyət daşıyır

Duzlu gölün palçığı müalicəvi əhəmiyyət daşıyır


Yay fəslində el arasında “duzlu göl” kimi tanınan natrium-xloridli su hövzələrinə və gölməçələrə gedib-getməmək barədə müxtəlif fikirlər dolaşır. Göllərin ətrafında gigiyenik şəraitin olmamağı həmin mənbələrin sağlamlıq imkanlarına heç də xələl gətirmir.

Həmin göllərin suyu və palçığı bakterisid təsirə malikdir, yəni mikrob və bakteriyaları öldürür.

Duzlu gölün palçığının çox faydalı cəhətləri var. Dəri səthinə çəkilmiş palçıq müəyyən vaxtdan sonra quruyur və dərinin büzüşməsinə səbəb olur. Bu zaman dərinin altına yığılıb qalan lazımsız maddələr (tromblaşmış qan, ağır metal duzları, sellülitə səbəb olan piy toxuması və s.) həm palçıq vasitəsilə, həm də büzüşmə nəticəsində geriyə sorulur. Dəri həm xaricdən, həm də daxildən təmizlənir və eyni zamanda dərinin məsamələri genişlənir. Təxminən 15 prosedurdan sonra ekzema səpgiləri, qaşınma, civzə, akne və dəri ləkələrindən azad olmaq mümkündür. Bundan başqa psoriaz və vitiliqo kimi dəri xəstəliklərinin müalicəsinə də faydalı təsir göstərir. Ödemlərin əmələ gəlməsinin qarşışını alır, varikoz genişlənmədən əziyyət çəkənlər üçün əvəzolunmaz təsir göstərir.

Duzlu gölün palçığı dəridə olan bütün zərərli canlıları, o cümlədən demodeks və qoturluğu məhv edir, hipotenziv təsir edərək təzyiqi normallaşdırır, stress və depressiyanı aradan qaldırır. Bədəndən gələn pis qoxunun müalicəsi üçün idealdır. Qığırdaq metabolizmini sürətləndirir, bununla da bütün iltihabi və destruktiv oynaq xəstəliklərinin müalicəsində– osteoxondroz, revmatoidli poliartrit, bursit, fəqərəarası sürüşmələrdə əvəzolunmazdır. Əzələləri tonuslandırır, bununla da miozit xəstəliyini sağalır. Revmatizm, revmatoid poliartrit və Reyno xəstəliklərindən əziyyət çəkənlər üçün də göl palçığı faydalıdır.

Palçıq güclü ağrıkəsicidir. Sümük hüceyrələrini fəallaşdırır və bunun nəticəsində kalsiumun sorulmasını asanlaşdırır, osteoporozun (sümük əriməsi) qarşısını alır, yumşaq toxuma iltihabını müalicə edir. Palçığı gözaltı nahiyələrə çəkəndə torbalanmalar aradan qalxır. Duzlu göl yaxınlığında yerləşən yodlu-bromlu palçıq əsəb xəstəlikləri və hipotireozdan (zobdan) əziyyət çəkənlər üçün şəfa mənbəyidir.

Geri dön