Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > “Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı...
“Mən erməni deyiləm” – İndira Qandinin erməni akademikə kəskin etirazı, Brejnevin portret narahatlığı... |
1973-cü ildə Brejnevin Hindistana səfər tarixi dəqiqləşdikdən sonra bir-neçə ay öncədən hər iki ölkənin xarici işlər nazirliyi görüşlə bağlı ciddi hazırlıq işlərinə başlayırlar. İmzalanacaq sənədlərdən tutmuş, təhlükəsizlik tədbirlərinə qədər, ən kiçik detallar belə təkrar-təkrar nəzərdən keçirilir, görüşün yüksək səviyyədə baş tutaması üçün xüsusi tədbirlər planı hazırlanır...
Enter.News həmin görüşlə bağlı maraqlı məqamlardan biri haqqında yazını təqdim edir. Hindistanla Pakistan arasında münasibətlərin ən gərgin həddə olduğu bir dövrdə Brejnevin Hindistana səfəri dünyanın siyasi müstəvisində kifayət qədər ciddi bir hadisə sayılıb. Görüşlə bağlı məsələləri müntəzəm olaraq Brejnevə məruzə edəndə hədiyyə alıb-verməyi sevən Baş katib İndira Qandinin hansı sovet bəxşişi ilə təəccübləndirəcəyini müzakirəyə çıxarıb. Müzakirə əsnasında təklif olunub ki, SSRİ rəssamlarından biri Hindistanın Baş nazirinin portretini yaratsın və Brejnev şəxsən özü həmin əsəri xanım siyasətçiyə təqdim etsin. Bu məsələnin həlli SSRİ Mədəniyyət nazirliyinə, şəxsən nazir Furtsevaya həvalə olunub. Hindistana hansı rəssamın göndəriləcəyi isə elə də böyük bir problemə çevrilməyib. Namizədlər çox olsa da, Dmitriy Nalbandyan həmkarlarından daha “qoçaq” çıxıb. Yüksək qonorar alacağı vədi ilə erməni rəssam Hindistana yola düşüb. Nalbandyanın Hindistana təşrifi İndira Qandinin çox da ürəyindən olmayıb. Baş nazir hələ iki il öncə xarici ölkələrin birində SSRİ Xalq rəssamı İlya Qlazunovun sərgisi ilə tanış olanda onu Hindistana dəvət etmək arzusunu bildirib. Lakin bu arzu müxtəlif bəhanələrlə təxirə salınıb. Səbəb isə İlya Qlazunovun sovet ideologiyasına qarşı “narahat adam” olması idi ki, rəssamın xarici ölkələrə səfərlərinə həmin dövrdə həmişə maneçilik törədilib. Bütün bunlara baxmayaraq akademik Nalbandyan öz işinə başlayıb. Nəhayət portret hazır olanda erməni rəssam səfirliyin əməkdaşları ilə birgə onu İndira Qandiyə nümayiş etdirmək üçün kabinetinə gətiriblər. Baş nazir tam hazır olan portretə münasibətini bir cümlə ilə, özü də çox sərt şəkildə bildirib: “Mən erməni deyiləm”. Və elə həmin andaca, SSRİ-nin Hindistandakı səfirliyinin əməkdaşlarının yanında portretin onun kabinetindən çıxarılmağını və SSRİ səfirliyinə aparılmasını göstəriş verib. Səfirliyin əməkdaşları hadisə ilə bağlı təcili olaraq arayış hazırlayıb SSRİ-nin xarici işlər nazirliyinə göndəriblər. Və təbii ki, erməni rəssamın yarıtmazlığı elə həmin gün Leonid İliçin kabinetində müzakirə mövzusuna çevrilib. Həmin müzakirədə o da xatırlanıb ki, İndira Qandi nə vaxtsa İlya Qlazunovu Hindistanda görmək arzusunda olub. İlya Qlazunov həmin günlərlə bağlı xatirələrini jurnalistlərlə belə bölüşüb: “Mənim xarici ölkələrə səfər etməyim həmişə problem olub. Gah “KQB”, gah mədəniyyət nazirliyi müxtəlif bəhanələrlə səfərlərimin qarşısını alıb. Amma Hindistana getməyimi özləri xahiş etdilər. Bəli, məhz xahiş etdilər. Həmin günlərdə heç özüm də gözləmədən qəfil mədəniyyət nazirliyinə çağrıldım. Yığışmaq üçün mənə bir sutka vaxt verdilər, sənədlərim təcili hazırlandı. Çox ciddi şəkildə tapışrıq verildi ki, 2 həftə ərzində İndira Qandinin portreti hazır olmalıdır. Özü də elə bir portret ki, Brejnev onu həvəslə Hindistanın Baş nazirinə təqdim etsin. Gülümsədim... “Partiyanın dağ qoyunu” ləqəbini qazanmış Nalbandyan işləri korlamışdı, erməni akademiki İndira Qandi mədəni şəkildə kabinetindən qovmuşdu. Bu SSRİ üçün utanc bir hadisə idi. Sonradan erməni rəssamın çəkdiyi portretin Baş nazir tərəfindən nəyə görə qıcıqla qarşılandığının səbəbini də bildim. Nalbandyan İndira Qandinin üzündə erməni qadınlarına məxsus üz cizgilərini həkk etmişdi. Bu xanım siyasətçinin sərt reaksiyasına səbəb olmuşdu. Hindistana yollandım, əsəri lazım olan müddətdə yaratdım. Həmin portret hamının xoşuna gəldi, ən başlıcası isə həm Leonid İliç, həm də İndira Qandi bəyəndi və həmin portreti Brejnev şəxsən özü hindistanlı həmkarına təqdim etdi...” Baş katibin Hindistana rəsmi səfərinin nəticələri Kremldə müzakirə olunarkən Brejnev Nalbandyanın “fərasətinə” görə Mədəniyyət nazirliyinə iradını bildirməyi də unutmayıb. O ki, akademik Nalbandyana, rəssam həmkarlarının yanında ermənisayağı özünü tərifləyib “döşünə döyəndə” onu bir sualla susdurublar: - Dmitriy Nalbandyan, siz xatırlamırsınız Brejnev Hindistana neçənci ildə səfər edib??? Geri dön |