Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BDU-nun Tarix fakultəsində Milli Qəhrəmanla görüş keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > BDU-nun Tarix fakultəsində Milli Qəhrəmanla görüş keçirildi

BDU-nun Tarix fakultəsində Milli Qəhrəmanla görüş keçirildi


Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın milli qəhrəmanı, “Azərbaycan Bayrağı” ordenli keçmiş döyüşçü İbad Hüseynovun tarix fakültəsinin tələbələrilə görüşü keçirilib

“Davam.az” xəbər verir ki, tədbir erməni terror təşkilatı ASALA-nı yaradan “Avo” ləqəbli Monte Melkonyanın başını kəsməklə Ermənistanı və xaricdəki erməni lobbisini yasa boğan bu qəhrəman vətən oğluna həsr olunan filmin təqdimatı ilə başladı.
Tədbirdə tarix Fakültəsinin desantı Atamoğlan Məmmədli çıxış edərək, bu cür görüşlərin keçirilməsinin xüsusən də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.
O, İbad Hüseynovun qəhrəmanlığından danışaraq, onun bu Vətən yolundakı fədakarcasına döyüşməsini yüksək qiymətləndirdi. Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışan desant onu da vurğuladı ki, İbad Hüseynov həmin vəhşiliyi törədənlərin başında duran Monte Melkonyanı məhv etmiş qəhrəmandır.
Tədbirdə həmçinin İbad Hüseynovun komandiri Məmməd Qədirov da çıxış edərək bildirdi ki, İbad Hüseynov həmişə öz şücaəti ilə başqalarından fərqlənirdi.
Azərbaycanın milli qəhrəmanlarından bəhs edən yeni tarixi kitabın hazırlandığını vurğulayan Qədirovun sözlərinə görə, hazırda Milli Təhlükəsizlik Nazirliyinin yaxından köməkliyi ilə yeni filmlərin çəkilişləri də aparılır.
M.Qədirov onu da vurğuladı ki, Ermənistan dövləti yaxşı bilir ki, müharibə başlasa Azərbaycanın güclü ordusu və ön sıralarda gedən qəhrəmanları var.
”Qubad Hüseynov da həmin qəhrəmanların bariz nümunəsidir.-deyə o vurğuladı.
Qeyd edək ki, görüşün sonunda qəhrəman İbad Hüseynovun əsgər yoldaşı Sahib Şirinin “ Xüsusi Təyinatlı” kitabının təqdimatı oldu.

Geri dön