Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Gey-in farsca çeşidləri
Gey-in farsca çeşidləri |
Dil - ünsiyyət vasitəsi deyil, təfəkkür, düşüncə tərzidir və dildə olan adlar da bu düşüncənin, təfəkkürün nəticəsində meydana gəlir. Əgər bir xalqın dilində hansısa söz yoxdursa, deməli o xalqın düşüncəsində, məişətində həmin sözün ehtiva etdiyi anlayış mövcud deyil.
Məsələn, kompüteri götürək: indi az qala heç birimiz özümüzü kompütersiz təsəvvür etmirik. Ancaq «kompüter» sözünün dilimizdə qarşılığı yoxdur; çünki bu texnika bizim düşüncəmizin məhsulu deyil. İzah edə bildimmi? Yaxud, niyə alimlər iddia edir ki, Azərbaycan xalqının təsəvvüründə, dünyagörüşündə, yaşamında, məişətində təkallahlılıq İslamdan öncə də mövcud olub. Çünki ərəb dilindən gələn «Allah» sözünün türkcədə «Tanrı» qarşılığı var. Hətta Bartoldun dediyi «türklər İslamı çox gec qəbul edən xalq oldular, ancaq ərəblərdən daha artıq müsəlman oldular» fikrinin arxasında böyük dünyagörüşə işarə var: İslam dinindəki «cənnət» və «cəhənnəm» anlayışlarının türk dilində «uçmaq» və «damu» kimi qarşılıqları mövcuddur və bu sözlər islamaqədərki türk təfəkküründə, düşüncəsində cənnət və cəhənnəm haqqında bilgilərin olmasından xəbər verir. Ona görə də mifik dünyagörüşlə bu bilgilərə bələd olan «türklər ərəblərdən daha artıq müsəlman» olmağı bacardılar. İzah edə bildimmi? İndi keçək hazırda mollabaş farsların son günlər Azərbaycan xalqına qarşı yönəltdiyi fikirlərə: guya Azərbaycanda «gey-parad» keçiriləcək və bundan «şiə qardaşlarımız» o qədər narahat olublar ki, belə əxlaqsızlığın durdurulmasını tələb edirlər. Əvvəla, bir mənə deyin, görüm, «gey»in türkcədə (azərbaycancada) qarşılığı varmı? Bu zümrəni hələ də azərbaycanlılar «gey», «qoluboy», «homoseksual», ruscadan gələn və o qədər də yaxşı səslənmədiyindən yaza bilmədiyim söz və sairlə adlandırırlar. Amma fars dilində bu sözün tarixən çeşid-çeşid qarşılıqları, hətta kateqoriyalarına, xarakterinə uyğun növləri işlənib ki, bunun ən geniş yayılanı «ibnə»dir. Bu «ibnə» sözü Azərbaycan dilinə farscadan daxil olsa da, hələ də azərbaycanlıların böyük əksəriyyəti «ibnə»nin «gey» mənası verdiyinin fərqində deyillər, «ibnə»ni «qırsaqqız», «bir işdən əl çəkməyən», «tutduğunu buraxmayan» mənalarında işlədirlər. Çünki türk təfəkkürü, düşüncəsi belə məfhumu qəbul edə bilmir. Belədə, hansısa bir mollabaş farsın Azərbaycandakı «gey məsələsindən» guya rəncidə olmasından gülünc və əbləh bir şey təsəvvür edirsinizmi? Bu söz fars dilinin, fars mədəniyyətinin, fars düşüncə tərzinin məhsuludur və türk yurdu olan Azərbaycana qətiyyən dəxli yoxdur. İndi nooldu, fars hakimiyyəti türk ölkəsində belə «əxlaqsızlığın» «baş alıb getməsindən» narahat olur? Uşaqbaz, kişibazlığın geniş yayıldığı, hətta tarixi əsərlərində öz əksini tapdığı farslar türklərə «ibnə»liyi irad bildirir? İkinci, axı, «Avroviziya» mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi xəbəri dünən yayılmayıb? Artıq bir ildir ki, Bakı Avropadan gələcək qonaqları qarşılamağa hazırlaşır, bina tikir, yol hamarlayır, ətək-ətək pul yeyir. Niyə İran mollabaşları indi hay-küy salıblar? Qeyrətimizi çəkirlər? «Şiə qardaşlarını» qətlə yetirən Ermənistanın ayaqda qalması, müsəlman torpaqlarını işğalda saxlaması üçün düşmənə mədəni-iqtisadi-siyasi dəstək verənlər Bakıda keçirilməsi haqqında yalançı şayiə yayılan «gey-parad»dan nə yaman narahat olublar? Əlbəttə ki, bu narahatlığın səbəbi tam başqadır. Azərbaycanın Avropa ailəsinin üzvünə çevrilməsi yolunda ciddi addımlar atılır, beynəlxalq qurumlar rəsmi Bakını sivil, bəşəri dəyərlərə söykənən, insan haqlarına sayğı göstərən bir siyasət yeritməyə məcbur edirlər. Və İranı da narahat edən budur: Azərbaycanda dövlət siyasətinə çevrilən haqsızlıq, ədalətsizlik, allahsızlıq aradan qalxarsa, fars şovinistləri «şiə qardaşlar»ını mollabaş edə bilməyəcəklər; Azərbaycanda hüquqi dövlət qurularsa, artıq vətəndaşlar öz dövlətini sevəcək, qoruyacaq və fars düşüncəsinin eybəcər hala saldığı «islam dövlət modelini» bura ixrac etmək büsbütün iflasa uğrayacaq. P.S. Bu yazı “Azadliq” qəzetinin bugünkü sayında çap olunmalıydı. Amma çap olunmadı və belə halın adətə çevrilməsindən narahat olduğumu Rahim Hacıyevin diqqətinə çatdırıram... Anar Mahmudoğlu Geri dön |