Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Forbes” bizi niyə tanımır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Forbes” bizi niyə tanımır?

“Forbes” bizi niyə tanımır?


Turizm potensialının artmasında tarixi abidələrin böyük rolu var…

Bu yaxınlarda dünyaca məşhur “Forbes” jurnalı dünyanın ən məşhur və gözəl abidələri barədə sorğu keçirilib. Xatırladaq ki, bu siyahıda birinci yerdə İstanbulun “Ayasofiya” məscidi yer alıb. Məlumdur ki, hər bir ölkənin turizm potensialının artmasında tarixi abidələrin böyük rolu var. Bu səbəbdən, maraqlıdır, Azərbaycanın niyə heç bir tarixi abidəsi bu siyahıda qərar tutmayıb? Bu istiqamətdə nəticə əldə etmək üçün iş görülürmü? Bu və bu kimi suallarla mütəxəssislərə müraciət etdik.

“Bunun arxasında müəyyən biznes maraqları var”

Kulturoloq Aydın Xan Əbilovun bu barədə fikrini öyrəndik: “Bilirsiniz ki, XXI əsr qloballaşma və virtullaşma əsridir. Bütün dünya ölkələri çalışırlar ki, mənsub olduqları bir çox mədəniyyət və dünyaya tanıdıla biləsi tarixi abidələri ilə diqqət cəlb etsinlər. Belə demək mümkünsə, bununla ölkələrini reklam etməyə, tanıtdırmağa çalışırlar. Ancaq qəbul etmək lazımdır ki, bu tanıtımın da arxasında müəyyən biznes maraqları var. Ölkələr öz mədəni sərvətlərini dünya qarşısına çıxarırlar ki, daha çox turistlər gəlsin”. Onun sözlərinə görə, bir sıra Avropa və Şərq ölkələri vardır ki, onların dövlət büdcəsinin böyük hissəsini məhz xarici turizmdən gələn maddi vəsait təşkil edir: “Bu ölkələr də çalışırlar ki, öz tarixi abidələrini dünya arenasına, beynəlxalq aləmə kulturoloji bir abidə və visit kartı kimi çıxarsınlar və bundan da xeyir əldə etsinlər. Əlbəttə, son vaxtlar Azərbaycanda bununla bağlı işlər görülür. İstər beynəlxalq telekanallarda, istər dünyanın müxtəlif turizm sərgilərində, mədəniyyət tədbirlərində bizim tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən tarixi yerlərimiz reklam və piar edilir. Qız qalası, Qobustan abidələri, o cümlədən qədim alban kilsələri, qədim məscidlərimiz, xalçalarla bağlı bir çox maddi nümunələrimiz və Azıx mağarası, digər tarixi abidələrimiz dünyaya çıxarılır”.

“Bu, bizdə bir qədər zəifdir”

Ancaq kulturoloq qeyd edir ki, hələlik bizdə bir növ yeni bir dövlət olduğumuza görə dünyaya çıxardığımız mədəni sərvətlərimizin biznes tərəfini düşünmürük: “Yəni biz hər hansı abidəni dünyaya tanıtdırsaq belə, bunnunla bərabər turizmi inkişaf etdirmək, turistləri cəlb etmək lazımdır. Bu bizdə bir qədər zəifdir. Ancaq inanıram ki, “Eurovision” mahnı müsabiqəsi məhz ölkəmizin növbəti dəfə dünyaya öz var-dövlətini və tarixi abidələrini tanıtması üçün böyük bir fürsətdir və bu fürsətdən lazımi kimi istifadə edə biləcəyik. Onu da bilirim ki, dövlət tərəfindən bir çox tarixi abidələrimiz bərpa edilib. İstər İçərişəhər, istər Qız qalası, istərsə də Qobustan abidələri ilə bağlı bir sıra tədbirlər görülüb. “Qala” etnoqrafik muzeyi yaradılıb. Bir sıra rayon və bölgələrdə də əksər abidələrə bərpa edilib. Ancaq dünyaya çıxarılası elə vizit kartımız, abidələrimiz olmalıdır ki, həqiqətən də həm dünya mədəniyyətşünaslarını maraqlandırmalıdır, həm də siravi turistlərin marağına səbəb olmalıdır ki, onlar Azərbaycana gəlməyə can atsınlar. Bu mənada bizim qlobal hesab olunacaq tarixi abidələrimiz çox azdır. Ancaq bu sahədə uğurlarımız da az deyil. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xalça, muğam sənətimiz, Qobustan və Novruz bayramı UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilib. Bu, bizə imkan verir ki, əslində bundan istifadə edək. Həmsöhbətimizin fikrincə, bu imkandan yararlanaraq Azərbaycanı dünyada daha yaxşı tanıtdıraq: “Azərbaycan elə bir yerdə yerləşir ki, onun istənilən sahəsinə nəzər salanda çoxlu tarixi və maddi-mənəvi abidələri ilə rastlaşarıq. Məsələn, Qız qalası ilə bağlı bir çox fikirlər var, miflə bağlılığından tutmuş digər məqamlara kimi. Eynilə, Şirvanşahlar sarayı. Bunları dünyaya lazımi şəkildə tanıtdıra bilərik. Qobustan, Gəmiqaya abidələri, eyni zamanda, Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulub, belə ki, Nuh peyğəmbərin gəmidə qalması hekayəsi ilə bağlı piar işləri gedir. Ən inanıram ki, yaxın gələcəkdə bu işləri bir az da davam etdirsək, istədiymiz nəticəni əldə edə bilərik”.

“Bu məsələləri ancaq dövlətin öhdəsinə buraxmaq olmaz”

Aydın Xan Əbilov onu da vurğuladı ki, bu məsələləri ancaq dövlətin öhdəsinə buraxmaq olmaz: “İctimai qurumlar, ekspertlər, kulturoloqlar, mədəniyyətə marağı olan insanlar, xüsusilə də özəl şirkətlər bununla məşğul olmalıdırlar. Məsələn, mən bir neçə dəfə bunu qeyd etmişəm ki, şəhərin mərkəzindən Atəşkaha, Qobustana və digər tarixi yerlərə marşrutlar işləməsin. Çünki bundan yaxşı pul qazanmaq olar. Bu məsələyə fikir verilmir, amma çox yaxşı biznes sahəsi ola bilər. Biz yalnız yeni binaları turistlərə təqdim edirik, ancaq bizim elə tarixi abidələrimiz var ki, onları da turistlərə tanıtdırmalıyıq. Lakin biz tarixi abidələrimizi lazımi şəkildə piar edə, özəl şirkətləri bununla bağlı maraqlandıra, ilkin vaxtlarda onlara maliyyə dəstəyi göstərə bilsək, yaxın gələcəkdə bizdə də Türkiyə, Misir və Ərəb ölkələrində olduğu kimi bizdə də etnoqrafik turizm inkişaf edər. Bu mənada insanları bu missiyaya dəvət etmək lazımdır. Onu da qeyd edim ki, hələ görməmişəm ki, hansısa dövlət qurumu bununla bağlı bizə müracitə etsinlər və bizim təkliflərimizi alsınlar. Bu yöndə müəyyən addımlar atmaq lazımdır”.

“Forbes” jurnalına düşməmək faciəvi bir şey deyil”

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə tarixi abidələrimizin dünyaya tanıtdırılması istiqamətində bir çox tədbirlər həyata keçirirldiyini bildirdi: “Ümumiyyətlə, bilmək lazımdır ki, artıq 2000-ci ildən İçəri şəhər tarixə abidə kimi UNESCO-nun dünya irs siyahısına daxil edilib. Yəni “Forbes” jurnalının siyahısına bizim hər hansı tarixi abidəmizin salınıb-salınmaması böyük bir faciə deyil. Bundan başqa, bir neçə il bundan əvvəl Qobustan abidəsi də UNESCO-nun siyahısına əlavə olundu. Bu, o deməkdir ki, bizim abidələrimiz dünyada kifayət qədər tanınır. UNESCO BMT-nin mədəniyyət üzrə ali orqanıdır. O da öz növbəsində, tarixi abidələri qeydiyyata salır və bu abidələr də dünya təşkilatı tərəfindən mühafizə olunmuş hesab olunur. Bu siyahıda Qız qalası, Şirvanşahlar sarayının da adını çəkmək olar. Bu istiqamətdə nazirlik tərəfindən tədbirlər davam etdirilir. Bizim növbəti planlarımız var ki, gələcəkdə digər abidələrimiz də həmin siyahıya daxil edilsin”.

Bu, mənəvi borcumuzdur

Söylənilən fikirlərə qoşularaq demək istərdik ki, əlbəttə, bu sahədə hər birimizin üzərinə məsuliyyət düşür. Dövlətimizin dünyada tanıtdırılmasında rol oynayacaq hər bir milli-mənəvi, maddi sərvətlərimiz lazımi şəkildə təbliğ olunmalıdır. Onları tanımağa və tanıtdırmağa birinci özümüzdən başlamalı və bu bilgiləri də dünyaya ötürməliyik. Tək özümüzün bilməyi kifayət etməz. Təbii ki, bu mənada müəyyən qurum və şirkətlərin, şəxslərin üzərinə daha böyük məsuliyyət düşür. Elə isə, hər bir kəs qarşısındakı öhdəliyi yerinə yetirməyə çalışmalıdır. Ən azından, dünyada öz mövqeyimizi və təbliğatımızı gücləndirə bilər, arzu olunan yerə gəlib çata bilmək üçün. Ən əsası isə, mənəvi borcumuz olaraq...

Sevinc Fədai

Geri dön