Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev > "Türkiyə AİB ilə razılaşsa da, Ermənistana qarşı münasibət dəyişilməyəcək" AÇIQLAMA
"Türkiyə AİB ilə razılaşsa da, Ermənistana qarşı münasibət dəyişilməyəcək" AÇIQLAMA |
“Türkiyənin Avrasiya İqtisadi Birliyi ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyalar düşmən ölkənin daxili auditoriyasına hesablanıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fərəc Quliyev deyib.
Deputatın sözlərinə görə, əgər Türkiyə sözgedən sazişi bağlasa belə, bu, Ermənistanla münasibət qurmaq anlamına gəlmir: “Çünki, Avrasiya İqtisadi İttifaqında başqa dövlətlər də var və burada əsas rolu Rusiya oynayır. Bildiyiniz kimi son dövrlər Türkiyə ilə Rusiya arasında yaxınlaşma var və sözügedən ölkələr ticarət dövriyyəsini artırmaq, iqtisadi münasibətlərin daha da genişləndirilmək niyyətindədirlər. Lakin heç bir halda, Ermənistana münasibət dəyişməyəcək. Çünki bununla bağlı qardaş ölkə Türkiyənin də kəskin mövqeyi var”. F. Quliyev qeyd edib ki, Ermənistan bu cür informasiyalar yaymaqla guya vəziyyətinin yaxşı olduğunu, işğalçılıq siyasətinə görə başqa dövlətlər tərəfindən qınanmadığını göstərməyə çalışır: “Düşmən ölkə öz ölkəsindəki bütün çirkinlərin üstünü örtmək üçün hər dəfə belə yollara əl atır. Lakin hər zaman olduğu kimi bu dəfə də Ermənistanın təxribat cəhdi baş tutmayacaq. Düşmən ölkə belə şeylərlə özünə təsəlli verməyə çalışsa da, bunun heç bir əhəmiyyəti olmayacaq”. Müəllif: Nailə Məhərrəmova Geri dön |