Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyədən Azərbaycana piyada gələn türkün aksiyası
Türkiyədən Azərbaycana piyada gələn türkün aksiyası |
Bu gün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda Xocalı soyqırımını dünyaya tanıtmaq üçün yola çıxan Türkiyə vətəndaşı, əslən azərbaycanlı Qələndər Bayramlı ilə görüş keçirilib.Görüşü Jurnalist Qadınlar Assosasiyası təşkil edib.
Q.Bayramlı 21 martda başladığı yürüşü mayın 14-də tamamlayıb. O, ümumi olaraq 2800 km yolu piyada qət etməli olub. Q.Bayramlı məqsədinin ermənilərin törətdiyi Xocalı qətliamını bütün dünyaya çatdırmaq olduğunu bildirib: “Bu yürüşü 1992-ci ildə qətliam törədən ermənilərə etiraz etmək üçün həyata keçirmişəm. Türklər heç bir vaxt insanları qətlə yetirməyib, ermənilər yetirib. Bunu dünyaya eşitdirmək üçün 2 637 km yol qət etmişəm. Təhlükəsizlik səbəbi ilə gecələri yürüşə davam etmədim və çatdığım yerdə 12 saat yatmışam. Bu asan olmayan, amma haqlı bir yürüşdür və mənim üçün yorucu olmadı. Azərbaycan şəhidlərinin xatirəsini hörmətlə yad edirəm. Ermənilər torpaqlarımızı tərk etsin və getsin. Şəhidlərimizin qanı yerdə qalmayacaq”. Q.Bayramlı deyir ki. O, “Qalatasaray” klubunun və Azərbaycanın fanatıdır: “İki qızım var, birinin adı Azər, digərinin adı isə Baycandır. 3 nəvəmdən birinin adını Gəncə qoymuşam. Anam aşkar olaraq Azərbaycan fanatı olub və artıq dünyasını dəyişib. Bizim ürəyimiz hər zaman Azərbaycanla vurub”. Q.Bayramlı bu yürüşü həyata keçirərkən sinəsində Azərbaycan və Türkiyə bayraqlarını gəzdirib. Son yürüş nöqtəsi Azərbaycanın Ağdam şəhəri olan Q.Bayramlı Türkiyənin müxtəlif bölgələrindən keçib Naxçıvana, oradan da İran vasitəsi ilə Azərbaycana keçmək olsa da, onun İran ərazisinə keçməsinə icazə verilməyib. Yürüşçünün sözlərinə görə, “Azərbaycan bayrağı üzərində olduğu halda biz sənin təhlükəsizliyinə təminat verə bilmərik” – deyə İran sərhədində ona bildiriblər. Digər bir xoşa gəlməz hal isə ondan ibarət olub ki, ixtisasca elektrik mühəndisi işləyən Q.Bayramlı Türkiyədəki iş yerindən 3 aylıq yürüş edəcəyi ilə bağlı rəhbərliyə müraciət edərək icazə istəyib, amma o icazə əvəzinə rəhbərlik tərəfindən işdən çıxardılaraq həmişəlik işsiz qalıb. Yürüşün mahiyyətini özü üçün dəyərli hadisə hesab edən Q.Bayramlı deyib ki, mənə bu işdə ən böyük dəstək Türkiyənin xarici işlər naziri tərəfindən gəlib: “Əhməd Davudoğlu mənə telefonla zəng edib bildirdi ki, mən sənin bu işində böyük dəstək verirəm”. Digər dəstək isə Q.Bayramlıya yürüş zamanı keçdiyi yollarda insanlar tərəfindən gəlib. Beləliklə də Q.Bayramlının Xocalı soyqırımını tanıtmaq məqsədi ilə qət etmək üçün qarşısına məqsəd qoyduğu 2 min 800 km yolun İran sərhədçiləri tərəfindən qısaldılması nəticəsində 2 min 637 kilometrini sağ-sağlam başa vurub. “Yolda bir çox firmalar zəng etdi və sponsor olmaq istədiklərini bildirdilər. Bu fikir içimdən gəldiyi üçün, buna nə isə qatmaq istəmədim. Mühəndis olaraq ayda 3000 min maaş alıram. Bunu özüm etmək istədim və evimdən 5000 dollarla çıxdım. 1250 dollarım Türkiyədə bitdi, qalan 3750 dolları isə Naxçıvanda 3000 manata dəyişdim. Yolda insanlar yemək, çay verdilər. Onların mənəvi dəstəklərinə razı oldum. Bundan başqa Türkiyədə olan valilər çox dəstək oldular”. Xocalının türk carçısı bu işdə təhdidlərə də məruz qaldığını deyib. O, PKK tərəfindən ölümlə hədələndiyini bildirib: “Telefonla zənglər gəlirdi və onlar bildirirdilər ki, səni öldürəcəyik. Deyirdim hamı bilir mənim istəyim nədir. Öldürsəniz, bəlkə onda daha da çox səs qazanaram”. Geri dön |