Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Türkiyə ölüxanaya getməyə hazırlaşmır” - deputat
“Türkiyə ölüxanaya getməyə hazırlaşmır” - deputat |
Deputatdan Türkiyənin Avrasiya İttifaqına doğru gedişi ilə bağlı mühüm açıqlamalar
“Türkiyə ölüxanaya getməyə hazırlaşmır”Türkiyənin Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olmaq istəməsi Bakıda yenidən gündəmə oturub. Qardaş ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın verdiyi açıqlamalar Azərbaycanda da diqqətlə izlənilir. Doğrudur, ölkəmizdə Türkiyənin Rusiyanın hegemonluq etdiyi bir quruma daxil olacağına inananlar olduqca azdır. Amma buna baxmayaraq, beyinlərdə sual işartıları və qəlblərdəki narahatçılıq kifayət qədər yüksəkdir. Xüsusilə qardaş dövlətin belə bir addım atacağı halda bunun təkcə Qərb dünyası ilə deyil, Azərbaycanla münasibətlərinə də ciddi kölgə salacağı deyilir. Bu amili nəzərə alaraq, rəsmi Ankaranın heç vaxt bu yola getməyəcəyi bildirilir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Türkiyəni bu məsələdə qınamağın əleyhinədir: "Hesab edirəm ki, Türkiyənin bu quruma üzvlüyü reallaşmayacaq. Adətən siyasətdə proqnoz vermirlər, qorxurlar ki, imiclərinə zərər dəyə bilər. Amma hər halda, düşünürəm ki, bu alınmayacaq. Bu, hələ ki yaxşı bir gedişdir. Sadəcə, fikir olaraq ortadadır. Təxminim belədir ki, bu açıqlamalar Amerika başda olmaqla, Qərb dünyası üçün nəzərdə tutulub. Həm də bir az vaxt qazanmaq istəyirlər. Çünki Türkiyə üzərində qara buludlar hər zaman olub. Qardaş ölkə üçün PKK problemini də Rusiya yaradıb. Bunu heç kim dana bilməz. Bu, istər Ermənistanın davranışları, istərsə də Türkiyəyə qarşı basqılar olsun, bunların arxasında Rusiyanın əli var. Türkiyə məcburdur ki, vəziyyəti yumşaltsın, düşmənlərinin kəskin hücumlarını azaltsın, bir az cinahlardan özünü qoruya bilsin. Məhz bu baxımdan belə planlarla çıxış edirlər. Ötən əsrdən də əvvəl məşhur Şərq məsələsi var idi. Türkiyəni bölmək, zəiflətmək istəyirdilər. Bu gün onu həyata keçirmək planları yenə də davam edir. PKK, PYD və başqa variantlarla bunu həyata keçirmək istəyirlər. Rusiya açıq şəkildə ermənilərdən bu məsələdə istifadə edir. Düşünürəm ki, Türkiyə daha çox Rusiyanı müttəfiqsizləşdirmək, onun istəklərini ondan daha çox istəmək kimi projeləri ortaya qoymaq siyasəti yürüdür. Bunu bir zamanlar Qazaxıstan edirdi. Belə davranışlarla çalışır ki, məsələləri yumşaltsın və vaxt qazansın. Prinsip etibarı ilə Türkiyənin birmənalı olaraq qərbyönlü siyasətdən, Qərbə inteqrasiyadan geri dönüşü yoxdur. Bunu türk ictimaiyyəti də istəməz. Çünki Türkiyə geriyə, ölüxanaya getməyə hazırlaşmır. Cəhənnəmə gedənə yoldaş axtaran Rusiya ilə də yoldaş olmağa dəyməz. Sadəcə, iqtisadi itkilərin qarşısını alıb vaxt qazanmağa bu cür açıqlamalar xidmət edir. Mən Türkiyəyə güvənirəm. Qardaş ölkənin dərin dövlətinə inanıram, iş başında olan hakimiyyət nümayəndələrinə də inamım tamdır. Onların ağıllı qərar verəcəklərinə tam əminəm. Onlar nə Azərbaycanın, nə də Türkiyənin maraqlarını günlük siyasətə satmazlar. Bu bəyanatların altında Türkiyənin məsələlərdən salamat çıxması, türk dünyasının ayaqüstə dayanması durur. O ittifaqın özündə də türk dövlətləri var. Qazaxıstan və digər türk dövlətləri ilə əlaqələri daha da yaxşılaşdırmaq planı da burada ola bilər. Qurumun üzvü olan Ermənistan bitmiş, fatihəsi oxunmağa hazır olan ölü kimi bir şeydir. Rusiya çökən kimi Ermənistan yox olacaq. Ola bilər ki, münasibətim birmənalı qarşılanmasın, amma başqalarından fərqli olaraq, bu məsələlərdə Türkiyəni qınamıram. Bu ölkə Azərbaycanın maraqlarını heç zaman satmayacaq”. Deputat Rusiyadan fərqli olaraq, Qərbi Türkiyə üçün daha optimal variant sayır: "Xatırlayırsınızsa, bir zamanlar Qərblə daha kəskin münasibətlər yarananda, ”İncirlik" bazasından fərqli şəkildə istifadə etmək cəhdləri olanda, o zaman NATO rəhbərliyi birmənalı şəkildə bəyanat verdi ki, Türkiyə bizim üçün əvəzolunmaz bir dövlətdir, biz onun tələb və istəklərinə hörmətlə yanaşmalıyıq, heç bir halda Türkiyənin zəifləməsinə imkan verməməli, daim onun yanında olmaq lazımdır. Siyasətdə belə manevrlər olur. Seçim imkanları var, onları göstərmək doğru deyil. Hesab edirəm ki, Türkiyə sıradan bir dövlət olmadığını göstərməlidir. Onun ehtiyacı olduğu qədər ondan artıq da ona hər kəsin ehtiyacı olduğunu nümayiş etdirməlidir. Bu baxımdan, hazırda qardaş ölkə doğru siyasət yürüdür. Birmənalı şəkildə bu oyunlardan Türkiyə salamat çıxacaq. Qərb dövlətlərindən heç bir uzaqlaşma olmayacaq. Müttəfiqlik siyasətini həm hərbi sahədə NATO ilə, həm də iqtisadi sahədə Avropa dövlətləri ilə daha sıx inteqrasiyada olacaqdır. Rusiya bitməkdə olan bir dövlətdir. Bunu Türkiyənin əli ilə etməyəcəklər. Ukraynanın qarşısında Rusiyanın diz çökməsinə çox az qalıb. Şahidi olacağıq ki, yaxın zamanlarda Ukrayna Avropada ən sayılıb-seçilən dövlətlərdən biri olacaq, Rusiya isə çox pis bir vəziyyətdə qalacaq. Bu uçqunun altında qalmamaq üçün Türkiyənin apardığı siyasət tam doğrudur. Burada qardaş dövləti başa düşmək lazımdır". Cavanşir ABBASLI Geri dön |