Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > DÜŞÜN MƏNİ
DÜŞÜN MƏNİ |
Gözlərini düşünürəm Səni hər özləyəndə... Çünki yalnız onlar Daxilinə bir açardır... Səni çox özləyirəm Hər sənsizliyimdə... Sənsiz olmağı heç arzulamam. Amma nə edək ki, arzular, Bir də reallıq vardır... Heç nə edə bilməsən də Düşün məni... İstəklərim böyük deyil. Xeyir. Əsla elə düşünmə. Arzularım heç çox deyil. Məni sadəcə Anlamağa çalış. Düşün məni və bil ki, Həyat sənsiz çox uzundur, Sıxıcıdır qarış-qarış... Heç bir şey etmə! Sadəcə Düşün məni... Qırma ürəyimi nə olar. Demirəm ki, yanımda ol Hər zaman: İstəyəndə, çağıranda... Deyirəm ki, Qarışma Sevgimə, arzuma, Səni özləməyimə. Sadəcə məni anla... Düşün məni... Düşün ki, biləsən, Görəsən, sənsiz necə Boğur məni, sıxır məni, Lap elə öldürür Qəddar həyatın özü... Yox. Bəlkə də həyat deyil qəddar olan. Sadəcə taledir, qədərdir, yazıdır... Bəlkə də... Çox ağrıdır Sənsiz olan hər şey... Düşün məni... Əlimdən nə gəlir ki, Səni düşünməkdən, Bir də həzin musiqilərə Qulaq asmaqdan başqa... Nə gəlir bilmirəm. Amma bildiyim bir tək şey var: O da gözəl olduğun qədər Çirkindir, iticidir Sənsizlik... Varlığın o qədər möhtəşəmdir ki, Sənsiz olanda belə Arzunla yaşayıram. Xəyalınsa elə hey deyir: Düşün məni... Mən qələmi sınmış, Kağızı bükülmüş Bir şairəm. İşim-gücüm ancaq İçində “sən” olan misralar yazmaq, Bir də sənin xəyalın... Yazmaq, yazmaq, yenə də yazmaq Olub nəsibim ancaq... Sən söylə, Mən nə edim?! Durmadan səni düşünüm, Yoxsa barışım Həyatla, sənsizliklə?!... Yox. Alınmaz vallah... Özün anla. Özün gör... Qoy daha bir şey deməyim. Sadəcə Düşün məni... Bəlkə düşünsən, Məni də görəcəksən. Biləcəksən Eşqi, sənsizlik özləmini... Hə, bir də arzuları Şipşirin, bulud kimi, Yağış kimi gözəl, özəl Duyğuları... Ona görə deyirəm, İstəyirəm... Düşün məni... Düşünsən biləcəksən... Görəcəksən Tək gerçəyi. Bəli. Əslində var olan Tək özəli, yəni səni... Düşün məni... Düşün məni... Elşən İsmayıl Yazar və Rejissor 02.09.2017 Geri dön |