Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həbsidə olan Güney Azərbaycanlı fəallar hepatit və QİÇS xəstələrinin saxlanıldığı bölümə köçürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Həbsidə olan Güney Azərbaycanlı fəallar hepatit və QİÇS xəstələrinin saxlanıldığı bölümə köçürülüb

Həbsidə olan Güney Azərbaycanlı fəallar hepatit və QİÇS xəstələrinin saxlanıldığı bölümə köçürülüb


Təbriz zindanının məsulları gözlənilmədən azərbaycanlı fəalları ikinci dəfə olaraq yeni bölümə köçürüblər.Bundan öncə mali bölümü ləğv edərək azərbaycanlı fəalları daha ağır şəraitdə olan bölümə köçürən zindan məsulları, bu dəfə onları narkomanların (motadların) saxlanıldığı bölümə köçürüblər. Artıq iki gündür ki, azərbaycanlı fəallar Əfşin Şəhbazi, İbrahim Rəşidi (Savalan), Məhəmməd Əhədi, Ruzbeh Səadəti və Mehrdad Kərəmi yeni bölümə yerləşdirilib.
Qeyd edək ki, sözü gedən bölümdə saxlanılan narkomanların çoxu nevroz xəstəliyi və əsəb gərginliyindən əziyyət çəkir və onların saxlanıldıqları yerdə natəmizlik hökm sürür. Məlumata görə, məhbus narkomanlar arasında hepatit və QİÇS xəstəliyinə yoluxan xəstələr də var.

Geri dön