Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uzun ömrün mutasiyası aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Uzun ömrün mutasiyası aşkar edilib

Uzun ömrün mutasiyası aşkar edilib


Hollandiyalı alimlər 115 yaşında vəfat etmiş qadının geninin şifrini açıblar və onda ağıl zəifliyi və digər ahıl xəstəliklərinin yaranmasından qoruyan nadir genetik dəyişiklik aşkar ediblər. Bu barədə ВВС xəbər verir.

Hələ elmi mətbuata təqdim olunmayan məlumatlar ABŞ-ın İnsan Genetikası Cəmiyyətinin (American Society of Human Genetics) illik görüşündə açıqlanıb.

Uzunömürlü qadının adı çəkilmir. O, "W115" kodu altında tanınır. Onun dünyaya gələrkən yarımçıq doğulduğu məlumdur. Həkimlər onun sağ qalacağına ümid etmirdilər. Ölümündən qabaq o, öz bədənini elmə vəsiyyət edib ki, bu da alimlərə onun genetik kodunu tam şəkildə tərtib etməyə imkan verib.

O da məlumdur ki, nənə 113 yaşında olarkən əqli bacarıqlarının aşkar olunması üçün testdən keçib. Nəticədə onun tapşırıqların öhdəsindən 65-70 yaşlı qadının səviyyəsində gəldiyi məlum olub. Qadının ölümündən sonra aparılan müayinə isə onun damarlarında tıxanmanın olmadığını göstərib.

Geri dön