Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarka və Almaniyada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyaları keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan-Təbriz > Danimarka və Almaniyada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyaları keçirilib

Danimarka və Almaniyada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyaları keçirilib


Danimarka Krallığında yaşayan azərbaycanlılar gələn həftə Bakıda keçiriləcək Eurovision beynəlxalq mahnı müsabiqəsi ərəfəsində İranın Azərbaycanda sabitliyi pozmaq cəhdlərinə, bu yarışma ilə əlaqədar Tehranın Azərbaycanın əleyhinə apardığı təbliğata etiraz əlaməti olaraq Kopenhagendə İran İslam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin verdiyi məlumata görə, İran səfirliyi qarşısında toplaşan nümayişçilər "Lənət olsun İrana!", "Rus, İran, Erməni.. Türklərin düşməni!", "Nə mutlu, Türküm Diyene!" və s. şüarlar səsləndirmişlər.
"Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi İran İslam Respublikasının Ermənistanın Azərbaycan torpaqlarını işğalına məhəl qoymadan onunla sıx diplomatik əlaqələr qurduğunu, İran ərazisində yaşayan 35 milyon azərbaycanlının Azərbaycanla birləşməsindən qorxduğunu, ən əsası da Eurovision müsabiqəsinin finallarını izləmək üçün Azərbaycana Avropadan 1500-dək jurnalistin gəlməsindən təşvişə düşdüyünü bəyan etmişdir. "İran Azərbaycanın dünya istimai rəyində müasir mədəniyyəti ilə çıxmasından, ərazisindəki 35 milyon azərbaycanlının hərəkətə keçə bilməsindən qorxaraq Azərbaycanda sabitliyi pozmağa çalışır", - deyə S.Sadiqi qeyd etmişdir.
S.Sadiqi nümayişçilərin gətirdiyi İranda insan haqlarının pozulması, insanların edam edilməsi rəsmləri, eləcə də İran prezidenti Mahmud Əhmədnejatın Ermənistan dövlət adamları ilə şəkilləri əks olunmuş plakatları cırmışdır.
İranın Kopenhagendəki səfirliyi önündə keçirilmiş etiraz aksiyasında həmçinin Azərbaycan Federasiyası İsveçin rəhbəri Səttar Sevigin, Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Cavad Derəxti, Xəzər Cəmiyyətinin sədri Leyla Kiani, Kopenhagen Ülkü Ocaqlarının başqanı Bahadır Güler, Türkmən Cəmiyyətinin sədri Həsən Sabançıoğlu, Uyğur Cəmiyyətinin sədri Əbdül Səttar bəy də aksiyada çıxış edərək İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasını tənqid etmiş və bu kimi halların yolverilməz olduğunu vurğulamış, eyni zamanda İranda yaşayan azərbaycanlılara qarşı diskriminasiyanın dayandırılmasını tələb etmişlər. Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, DAK-ın həmsədri Sabir Rüstəmxanlı telefon vasitəsilə aksiya iştirakçılarına müraciət etmişdir. Sonra soydaşımız Seymur Məmmədzadə etitraz aksiyasının bəyanatını oxumuş və onu İran səfirliyinə təqdim etmişdir.
Bir saat yarım davan edən nümayiş hər hansı bir insident baş vermədən sona çatmışdır. Danimarkada türk və Danimarka dillərində nəşr "Haber" qəzeti aksiya ilə bağlı geniş məqalə dərc etmişdir.
Avropa Azərbaycanlıları Konqresindən daxil olan məlumata görə, şənbə günü Berlində də İran Səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Aksiyada Almaniyada yaşayan Azərbaycan Diasporunun təmsilçiləri ilə yanaşı Cənubi Azərbaycandan və Türkiyədən olan çoxsaylı soydaşımız da iştirak etmişdir. Aksiyada İranın siyasi dairələrinin və din xadimlərinin Azərbaycan Respublikasının daxili işlərinə qarışmamasına, İranın Ermənistanı bütün sahələrdə dəstəkləməməsinə, eyni zamanda İran ərazisində yaşayan milyonlarla azərbaycanlıların hüquqlarının bərpa edilməsinə dair çağırışlar səslənmişdir.
Etiraz aksiyasında Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin, Berlin-Bakı Qalereyasının, Türk-Azərbaycan Birliyinin, Azərbaycan Akademiklər Birliyinin, Zaksen-Anhalt Vilayəti uzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Xəzər Cəmiyyətinin, ASN - Tələbə və Gənclər təşkilatının, Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin, Azərbaycan Evinin üzvləri, türk icmasının nümayəndələri iştirak etmişlər.
İranın işğalçı Ermənistana yardımlar göstərməsinə, İranda yaşayan azərbaycanlıların elementar hüquqlardan - ana dilində təhsil almaq, milli mədəniyyətlərini, adət-ənənələrini yaşatmaq haqqından məhrum edilməsinə, İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına, İran ərazisindən yayımlanan və Azərbaycana qarşı təbliğat aparan "Səhər" telekanalının dayandırılmasına, İranın Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistana bütün sahələrdə hər cür dəstək verməsinə qarşı şüarlar oxunmuş, Azərbaycan, alman və fars dillərində çıxışlar edilmişdir.
Etiraz aksiyasının sonunda alman və Azərbaycan dillərində Bəyanat qəbul edilmiş və İran Səfirliyinə təqdim edilmişdir.

Danimarka və Almaniyada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyaları keçirilib

Geri dön