Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda yeni qasırğa barədə xəbərdarlıq edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanda yeni qasırğa barədə xəbərdarlıq edilib

Gürcüstanda yeni qasırğa barədə xəbərdarlıq edilib


Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, əhaliyə, xüsusən də turistlərə Qara dəniz sahillərində 5 ballıq qasırğa barədə xüsusi xəbərdarlıq edilib.

Bu barədə məlumatı Gürcüstan rəsmiləri yayıblar.

Batumidə xilasedicilər dəniz kənarında istirahət edən turistlərə xəbərdarlıq edir, insanları diqqətli olmağa, mümkün qədər dənizdən kənar qalmağa dəvət edirlər.

Bu gün axşam saatlarından başlayaraq küləyin sürəti saniyədə 20 metrə çatacaq. Gürcüstanın qərb bölgəsində güclü yağış, külək olacaq, çaylarda suyun səviyyəsi qalxacaq, sürüşmə zonalarında aktivləşmə artacaq.

Qeyd edək ki, avqustun 31-də baş vermiş qasırğa Batumi, Kobuleti və Urekidəki istirahət məkanlarında həyatı iflic etmişdi. Güclü qasırğanın yaratdığı daşqınlar nəticəsində otel, mehmanxana və evlərin birinci mərtəbələrinə, dükan və ictimai iaşə obyektlərinin bir hissəsinə su dolmuşdu. Bəzi yaşayış məntəqələrinə təbii qazın və elektrik enerjisinin verilişi dayandırılmışdı. Biri azyaşlı olmaqla iki nəfər dənizdə batmışdı.

Geri dön