Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanda Azərbaycan əleyhinə mitinqlər başladı
Gürcüstanda Azərbaycan əleyhinə mitinqlər başladı |
“Eurovision” ərəfəsində gürcü müxalifləri və keşişləri ərazi iddiası ilə aksiyalar keçirir; mayın 21-də isə deputatların da qoşulacağı min nəfərlik yürüş olacaq
Qonşu Gürcüstanda Azərbaycana qarşı təxribatlar hazırlanır. Bakıda keçirilməsinə sayılı günlər qalan “Eurovision” yarışması öncəsi gürcü müxalifət nümayəndələri və gürcü keşişləri ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Hətta bu tələblə mayın 19-da Gürcüstanda etiraz aksiyası keçirilib. Mayın 20-də isə Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında növbəti belə bir etiraz aksiyası təşkil olunacaq. Hətta etirazlara gürcü deputatlardan da qoşulanların olacağı bildirilir. Belə ki, mayın 21-də Tiflisdə mindən çox adamın iştirakı ilə izdihamlı yürüş keçiriləcək. Bu barədə Davam.az-a “Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı məlumat verdi. Onun sözlərinə görə, qonşu və dost ölkə olan Gürcüstanın Azərbaycanda keçiriləcək “Eurovision” yarışması ərəfəsində belə bir addım atması ölkəmizə qarşı zərbədir: “Bu, Gürcüstan-Azərbaycan münasibətlərinin korlayan hadisədir. Azərbaycan həmişə Gürcüstanla münasibətində səmimi olub, ən ağır vaxtlarda yanında olub. Ancaq qarşı tərəfdən bizə qarşı bu addım atılır. Beynəlxalq səviyyəli bir yarışın ölkəmizdə təşkili ərəfəsində bu cür aksiyalar və iddialar Gürcüstandan Azərbaycana arxadan vurulan zərbədir. Hesab edirəm ki, bu aksiyalarda erməni barmağı var. Odur ki, Gürcüstan dövləti bu məsələyə münasibət bildirməlidir”. “Borçalı” Cəmiyyəti Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı qəzetimizə açıqlamasında bildirdi ki, bu aksiyaların təşkilində erməni amili var. Onun fikrincə, bu tədbirlər məhz “Eurovision”a görə həyata keçirilir: “Bir vaxtlar keşişlər məscidin tikilməsinə mane olurdu: ”İndi həmin keşişlər gürcü müxalifəti ilə dil tapıblar. Ürəkbulandıran bir hadisədir. Gürcüstanın müxalifət liderlərindən biri - Baqaturiya soyadlı şəxs bu işdə fəallıq göstərir. Onun əsl soyadı Baqaturiyandı, gürcüləşib. Həm də deputatdı. İndi bunların ərazi iddiası var. Marneuildən Böyük tədbirlər planlaşdırıblar. İstəyirlər ki, bizi qəsbkar kimi qələmə versinlər, guya onların Ağstafa ilə sərhəddə olan Sardequri torpaqlarını zəbt etmişik. Heç şübhəsiz ki, burda erməni əli var. “Eurovision” yarışması vaxtı bu tədbirin ölkəmizdə keçirilməsini həzm edə bilmirlər. Təəssüf ki, gürcü hökuməti buna göz yumur. Mən bu aksiyaları pisləyirəm və etirazımı bildirirəm. Hesab edirəm ki, gürcü dövləti bu məsələdə mövqeyini ortaya qoymalıdı. Azərbaycanda iqtidar və müxalifət bu məsələdə həmrəylik nümayiş etdirməlidir". Geri dön |