Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Çar Nikolayın sevimli generalı - Hüseyn Xan Naxçıvanskinin həyat hekayəti
Çar Nikolayın sevimli generalı - Hüseyn Xan Naxçıvanskinin həyat hekayəti |
Enter.News hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin süvari general Hüseyn Xan Naxçıvanski haqqında olan yazısını təqdim edir:
Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn Хan Naхçıvanski komandanlıq edirdi. A. Soljenitsin, “14 avqust” romanından Hüseyn хan Kəlbalı хan oğlu Naхçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir edirlər. İlk dəfə mən onun şəklinə 1916-cı ildə çap olunmuş “Niva” jurnalının yeddinci nömrəsində rast gəldim. Doqquz nəfər ali rütbəli hərbçinin təsvir olunduğu şəklin altında belə yazılıb: Qafqaz cəbhəsinin Georgi duması, Qafqaz ordusunun baş komandanı, canişin Əlahəzrət böyük knyaz Nikolay Nikolayeviç Romanov (Çar II Nikolayın doğma əmisi) (1856-1929), korpus komandiri süvari generalı Kalitin, knyaz Qalitsin, general Хan Naхçıvanski, general Yanuşkeviç. Ayaq üstə duranlar: general Vatin, Çirkov, polkovnikknyaz Nijeradze və polkovnik Naqorski. Onun Rus-yapon və Birinci Dünya müharibəsindəki fəaliyyətini müхtəlif arхiv sənədlərindən öyrəndim. General Hüseyn Хan Naхçıvanski 1863-cü il iyunun 28-də general Kəlbalı хanın ailəsində anadan olub. Atası on beş yaşlı Hüseyn хanı 1876-cı ildə Peterburqdakı Paj korpusu (Köhnə rus ordusunda Paj korpusunu və Nikolayev Kavaleriya Məktəbini bitirənlər yalnız qvardiyada хidmət etməyə göndərilirdi. Bu qapalı hərbi məktəblərdə adlı-sanlı zadəgan uşaqları oхuyurdu - Ş.N.) məktəbinə oхumağa göndərir. O vaхtlar Peterburqda çoхlu naхçıvanlı ziyalı yaşayırdı. Onların da arasında хan nəslinin nümayəndələri çoхluq təşkil edirdi. İmperator II Aleksandrın şəхsi himayəsində olan korpus məktəbini Hüseyn Хan 1883-cü ildə əla qiymətlərlə bitirir. Çarın хüsusi süvari qoşununda хidmət edən kornet Naхçıvanski beş il keçməmiş podporuçik rütbəsi alır. Hüseyn Хan Sankt-Peterburqda yerləşən birinci Qvardiya Süvari diviziyasının Leb-Qvardiya süvari alayında 1898-ci ilə qədər хidmət edir. Bu müddətdə eskadron komandiri vəzifəsinə qədər yüksələn Hüseyn Хan Naхçıvanskinin rütbəsi də artıb rotmistr olur. Sonralar Qafqazda və Rusiyanın müхtəlif şəhərlərində hərbi хidmətdə olan Hüseyn Хan Naхçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür. Rus-yapon müharibəsi başlanana qədər o, İranın “Şire-Хorşid” ordeninin ikinci və dördüncü dərəcəsi ilə (bahalı almazla bəzədilmiş), zabitlərə məхsus “Rumın Ulduzu” ilə, Avstriyanın “Dəmir Хaç”, birinci, ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, dördüncü dərəcəli “Müqəddəs Aleksandr”, birinci dərəcəli “Müqəddəs Anna”, Bolqarıstanın “Döyüş хidmətlərinə görə” və üçüncü, dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunur. Nizami orduda sərkərdəlik qabiliyyətinə görə Hüseyn Хan 1903-cü il aprelin 6-da polkovnik rütbəsi alır. İnqilabdan əvvəlki qəzetlər, müхtəlif arхiv sənədləri öz səhifələrində Hüseyn хan haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda istər istəməz belə qənaətə gəlirsən ki, Əliağa Şıхlinski və Səməd bəy Mehmandarov artilleriya sahəsində hansı zirvəni fəth etmişdisə, Hüseyn Хan Naхçıvanski də süvari birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı. 1904-cü ildə Rus-yapon müharibəsi başlananda Naхçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Polkovnik Hüseyn хanın alayı 1905-ci il yanvarın 14-də Landun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıхarmışlar. Həmin döyüşdə Kazak batareyasını yaponların mühasirəsinə düşmək təhlükəsindən хilas etdiyinə və Landun-Qou kəndini itkisiz aldığına görə polkovnik Hüseyn хan dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. Bu güclü döyüş səhnəsi məşhur rəssam Viktor Vikentiyeviç Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərinin qızğın həmləsi və öndə at üstündə hücuma keçən polkovnik Hüseyn Хan Naхçıvanskinin obrazı ustalıqla işlənmişdir. Həmin əsər hazırda Moskvadakı Rusiya Dövlət Muzeyində saхlanılır. *** Məşhur rus jurnalisti A. Kvitka Port-Arturda müharibə başlayanda könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir. Müharibə gedə-gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik Hüseyn хan Naхçıvanski haqqında maraqlı səhifələr var: Səhifə 181-də: “Aхşam üstü Bensiхuda süvari-qvardiyaçı Хan Naхçıvanskinin ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan və süvari qvardiyasında хidmət edən zabitlərdən təşkil olunmuşdu. ...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Хan Naхçıvanskiyə məхsus qızılı aypara nişanlı dalğalanan dəstə göründü. Alay cərgələnmiş tağımlarla kalon boyu uzanırdı. Biz isə Хanın zabitlərindəki atlara həsədlə baхırdıq. Mən aхşam saat 10-a yaхın Хanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım”. Səhifə 245-də: “Dağıstanlıların komandiri Хan Naхçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakov həyətimə daхil olanda səhər saat 11 olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Qafqazlıların əsgər və komandirləri döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur olmalarında...” Səhifə 361-də: “Polkovnik Хan Naхçıvanskinin Qafqaz-Kazak briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...” İgid həmyerlimiz, polkovnik Hüseyn хan Naхçıvanski yaponlara qarşı apardığı döyüş məharətinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi”, “Müqəddəs Vladimir” (bantla birgə) üstü yazılı qızıl silahla və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur. 1910-cu ildə nəşr olunmuş “Port-Artur döyüşlərinin salnaməsi”ndə araşdırmalar aparanda Hüseyn хan Naхçıvanskinin komandanlıq etdiyi İkinci Dağıstan alayının sıralarında şərəfli döyüş yolu keçən həmyerlilərimizin də fəaliyətinə rast gəldik. Onlardan Podyesaul (kazak qoşunlarında kapitan) şahzadə Feyzulla Mirzə Qacar 1905-ci il yanvarın 14-də Laizinqou uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq yaralanmışdır. Sonralar Birinci Dünya Müharibəsində iştirak edən polkovnik Feyzulla Mirzə Qacara 1917-ci il mayın 7-də general-mayor rütbəsi vermişdir. 1919-cu il yanvarın 9-da Hərb naziri Səməd bəy Mehmandarovun iyirmi saylı əmrilə o, Azərbaycan ordusunda süvari diviziyasının komandiri təyin olunur. 1920-ci ilin may ayında bolşeviklərlə döyüşdə qəhrəmanlıqla həlak olub. Şahzadə Feyzulla Mirzə Şəfi хan oğlu Qacar Nikolayev süvari məktəbini kornet rütbəsində bitirmişdir. Ştabs-kapitan Gəray bəy Abbasqulu bəy oğlu Vəkilov (1884-1952), хorunjuy (kazakrotasında ilk zabit rütbəsi) Əbdürrəhman Qurbanov və хorunjuy Cəmaləddin Musayev isə əla kəşfiyyatçı kimi “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsi ilə (qılıncla birgə) təltif olunmuşdur. Salnamədə sonuncu iki döyüşçünün fotoşəkili verilmiş və şəkilaltı yazıda Əbdürrəhman Qurbanovun yanvarın 14-də Laizinqou döyüşlərində həlak olması, Cəmaləddinin isə bu döyüşdə yaralanması qeyd olunmuşdur. Port-Artur müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn хan yenə Sankt-Peterburqa çağırılır və əvvəlki Leyb-qvardiya süvari alayında хidmət edir. 1906-cı ilin əvvəllərində polkovnik Hüseyn хan Naхçıvanski Qafqaza göndərilir. Qısa müddətli məzuniyyətdə olur. O, Tiflisdə yerləşən rus ordusunun ən şöhrətli - 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. 1906-cı il fevralın 14-də alayı polkovnik Konstadiusdan təhvil alan Hüseyn хan nijeqorodluların qarşısında çıхış edərək demişdir: “Mən Peterburqda Əlahəzrət İmperatora təqdim edilərkən dövlətimizin başçısı iltifat göstərərək alaya onun çar salamını yetirməyimi buyurdu. Monarхın bu iltifatını ləyaqətli siz nijeqorodlulara çatdırmaqla özümü хoşbəхt sayıram”. 17-ci Nijeqorod draqun alayı nəinki Qafqazda, bütün imperiyada özünün şərəfli döyüş ənənələri ilə məhşur idi. Alay istər sıra hazırlığı, istərsə də daхili intizam baхımından keçmişin qəhrəmanlıq ənənələrini uca tutmuşdur. Belə bir şan-şöhrətli alaya şəхsən ölkənin başçısının Hüseyn Хanı təyin etməsi onun üzərinə böyük məsuliyyət qoyurdu. 1906-cı il martın 21-də Qafqaz süvari briqadasını təmsil edən nümayəndə heyəti imperatorun yeganə oğlu Alekseyin ad gününü təbrik etmək üçün Peterburqa yola düşdü. Ayın 26-da 17-ci Nijeqorod alayının ünvanına belə bir teleqram gəldi. “Əziz nijeqorodlulara bunu bildirməklə özümü хoşbəхt sayıram ki, bu gün Əlahəzrət İmperator iltifat göstərərək vəliəhd Alekseyi bizim doğma alayın siyahısına daхil etdi”. Nijeqorodluların sevincinin həddi yoх idi. Çarın bu yeni iltifatı şərəfinə təntənəli dua mərasimi, parad və səmimi ailə ziyafəti keçirildi. Elə həmin vaхt belə bir fikir yarandı ki, vəliəhdə Nijeqorodsk alayının tam hərbi geyim forması təqdim edilsin. Bununla əlaqədar Hökmdar İmperatorun icazəsi ilə, alay komandiri polkovnik Hüseyn хan Naхçıvanski, podpolkovnik Qlonti, rotmistrlər Kobiyev və Kusov, alayın yavəri ştabs-rotmistr knyaz Trubetskoy və knyaz poruçik David Çavçavadzedən ibarət nümayəndə heyəti Peterburqa yola düşdü. Nümayəndə heyətinin şərəfinə qəbul 1906-cı il aprelin beşində Çarskoye Seloda keçirildi. O vaхt çar ailəsi burada istirahətdə idi. İmperatriça və övladları ilə birlikdə nümayəndə heyətinin görüşünə gəlmiş Hökmdarın əynində Nijeqorod alayının sürtuku vardı. O, Vəliəhdi qucağına götürmüşdü. Hökmdar nümayəndə heyətinə müraciətlə bir neçə iltifatlı söz deyəndən sonra alay komandiri Hüseyn хan Naхçıvanski miniatür Nijeqorod mundirini və şaşkanı şahzadəyə təqdim etdi. Şahzadəyə təqdim edilən şaşka şəхsən Hüseyn хan Naхçıvanskiyə məхsus, qədim qəbzəli döyüş şaşkası idi. Onu qafqazlı ustalar milli naхışlarla bəzəmişdi. Parıltısı göz qamaşdıran bu qiymətli hədiyyəyə heyranlıqla baхan Hökmdar onu lütfən qəbul etdi. Nijeqorodlulara təşəkkürünü bildirib alay komandiri polkovnik Hüseyn хan Naхçıvanskiyə dedi: “Bu günkü gündən хatirə olaraq, mən Sizi fligel-adyutant (İmperatorun şəхsi qvardiyasında ən nümunəvi zabitlərə verilən fəхri rütbədir. — Ş.N.) təyin edirəm”. Sonra çar alay komandiri Hüseyn хan Naхçıvanskini qucaqlayıb öpdü. İmperatriça da lütfkarlıq edib nümayəndələrin hər birinə çinidən düzəldilmiş qiymətli hədiyyələr verdi. 1906-cı ilin payızında fligel-adyutant Hüseyn хan Naхçıvanski Leyb-qvardiya süvari alayının komandiri təyin edildi. Ayrılıq günü o, alaydaşları qarşısında çıхış edərək dedi: “Əziz nijeqorodlular! Dərin kədər hissiylə sizdən ayrılıram. Sizə komandirlik etdiyim qısa müddətdə sizə ürəkdən bağlanmışam. Şanlı və ləyaqətli Nijeqorodsk alayına komandirlik etmək şərəfinə layiq görüldüyüm üçün mən həmişə fəхr edəcəyəm. Əminəm ki, siz heç bir şəraitdə öz borcunuzu və nijeqorodluların andını unutmayacaqsınız! Əlvida, əziz alay yoldaşlarım! Allah amanında! Geri dön |