Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma
Bütöv Azərbaycan uğrunda mübarizə aparan dostlarıma |
Bütöv Azərbaycan uğrunda mübarizə aparan güneyli və quzeyli soydaşlarımız, milli mubarizəmizin daha da mütəşəkkil və uğurla getməsinə çalışırlar. Məhz belə bir dönəmdə 1995 və 1996-cı illərdə Müxalifət qəzetində cıxmış iki məqaləmi və 2005-ci ildə Təbriz qəzetində çap olumuş bir məqaləmi sizlərə sunmaq istəyirəm.
O, illərdən xeyli zaman kecib, bu illər ərzində məqalədə də göstərildiyi kimi nələri etmişik, nələri etməmişik, nələri etməliyik, bir nəzərdən kecirəlim deyirəm. Sayglarla: YASƏMƏN QARAQOYUNLU ZAMAN BİZİ BİRLƏŞMƏYƏ ÇAĞIRIR Bunun üçün nə etmək lazımdır Müxalifət qəzeti. 9 dekabr, 1995 XX yüzildə Güney Azərbaycan türklərinə iki dəfə 1920 və 1945-ci illərdə Milli- hökümət yaratmaq səadəti nəsib olub. Hər ikisi də məğlubiyyətlə nəticələnib. Bunun səbəblərini tarixçilərimiz geniş öyrənsələr də, sovet dövründə bir məsələni açıqlaya bilməyiblər. Mən, istər 1920, istərsə də də, 1945-ci illərdə iki Azərbyycan arasında birbaşa əlaqələrin, qarşılıqlı dəstəyin olmamasını nəzərdə tuturam. Hər iki halda Quzey Azərbaycanın ixtiyarı Rusiya imperiyasmm əlində olub və o, güney ciyər parəsinin səsinə səs verə bilməyib. İndi durum bir q’dər başqadır. Quzey Azərbaycanda, nisbi də olsa, müstəqillik var və o yavaş-yavaş möhkəmlənməkdədir. Bu bizə imkan verir deyək ki, güneyli qardaş və bacılarımızm üçüncü cəhdi uğurla sonuclana bilər. İndi İranın daxilində Milli münasibətlər kəskinləşməkdə, sosial gərginlik artmaqda, islam ideologiyasının mürtəce qolu iflasa uğramaqda, ölkədə yeni yeni milli-siyasi qurumlar yaranmaqdadır. Sovet imperiyasının dağılması, Qərbin özəlliklə də ABŞ-ın İrana münasibətinin bir mənalı olması tezliklə burada milli mücadilələrin vüsət alacağını göstərir. Bu əlverişli şəraitdən mümkün qədər səmərəli bəhrələnmək, ötən səhvlərimizdən nəticə çıxarıb çoxdankı birlik arzusuna qovuşmaq üçün bu gün əlimizdən gələni etməliyik. Məsələyə aydınhq gətirməkdən ötrü bizim yaşayıb mübarizə apardığımız Quzey Azərbaycanda Güney probleminə münasibətin necəliyini araşdırmaq lazımdır. Bütövlükdə xalqın münasibətini götürsək, deyə bilərik ki, 1828-ci il Türkmənçay müqaviləsindən bu günədək vahid Azərbaycan ideyası heç vaxt bizi tərk etməyib, lakin Arazın sağ və sol sahillərinin müxtəlif tipli imperiyaların tərkibində olması onların sosial-siyasi, mədəni səviyyələri arasında İranın yə Rusiyanm strateji maraqlarına uyğun fərlqlənmələrə gətirib çıxarıb. Təxminən 200 il iki qardaşın bir-birinə həsrət qalması, bir-birinin inkişafmdan xəbər tuta bilməməsi birləşmək ideyasmı əfsanəyə, mifə, çevirib və bu mif həsrət ədəbiyyatının başlıca mövzusu olub. Şükür ki, romantika mərhələsi başa çatmaqda, milli ideal siyasi gerçəkliyə dönməkdədir. İndi bizim təbliğatımızın əsasını bu gerçəklik, bu siyasi ideologiya təşkil etməlidir. Güney Azərbaycan məsələsinə münasibətdə siyasətçilər və ziyalılar iki qr upa bölünürlər. Birinci qrup Dağhq Qarabağ probelmini arqument kimi gətirərək belə düşünürlər ki, İranla münasibətləri hələ korlamaq olmaz. Bu kövrək addımlar atan gənc dövlətimizi problemlərlə üzləşdirər. Güneydəki mücadilə iştirakçıları əvvələr olduğu kimi yenə də çoxlu qurban verə bilərlər. İkinci qrup isə belə hesab edir ki, birləşmək üçün bir sıra real problemləri elmi-nəzəri baxımdan həll etməyin vaxtı çatıb. Mən də bu qrupu dəstəkləyir və sanıram ki, birləşmə ideyasını gələcəkdə uğurla gerçəkləşdirmək üçün indi bir sıra işlər görülməlidir. 1. Azərbaycanın bütövləşməsinə qarşı rəsmi İranın yeritdiyi mürtəce siyasətin zərərsizləşdirilməsi. Bu məqsədlə Arazın hər iki tayında aşağıdakı prinsiplər əsasında iş görmək mümkündür. - İranın Ermənistana silah və başqa strateji mallar verməsinin hər vasitə ilə açıqlayıb ifşa etmək; - qondarma islam (əslində fars şovinizmi) birliyi təbliğatının, Azərbaycann İran dövləti tərkibində birləşməsi ideyasının əsassız olduğunu sübut etmək və qarşısını almaq; -İranın Quzey Azərbaycanda maliyyəşdirdiyi təşkilatların və mətubat orqanlannm fəaliyyətini izləmək, onlara qarşı mübarizə aparmaq; - Vahıd Azərbaycan dövlətçilik təfəkküriinün formalaşdırılması məqsədilə hər iki tərəfdə səmərəli iş görmək, xüsusi proqram və konsepsiyalar hazırlamaq, lazımi tədbirlər həyata keçirmək; - Azərbaycan türk dövlətinin bütövləşməsi üçün tarixi və geosiyasi şəraitin yetişdidiyini geniş ictimaiyyətə izah etmək; -İranda türk millətinin ideallarınm boğulduğunu, Güney türklərinın xilasa ehtiyacı oldğunu dünyaya car çəkmək, beynəlxalq aləmin diqqətini bu məsəbyə yönəltmək; - Azərbaycanın bütövlüyünə xidmət edən «mərkəz»lərin iş görməsinə əngəl ola biləcək daxili və xarici qüvvələrin əks fəaliyyətini önləmək üçün təsirli tədbirbr görmək; - bütöv vahid Azərbaycanın gələcək inkişaf konsepsiyasını hazırlamaq; - İran hakimiyyətində olan türklrdə Milli qürur hissi yaratmaq onlardan bir qisminin Milli mənafelərə qarşı biganə olduğunu, manqurtluqlarını ifşa etmək; -Cənubda türk olmayan millətlərin Azərbaycan ərazisində məskunlaşdırılmasının və orada aparılan yeni inzibati- ərazi bölgüsünün siyasi mahiyyətini açıqlamaq; -başqa ölkələrdə yaşayan elitanın Güney Azərbaycana qayıtmasmı təbliğ və elitanın Vətəndən uzaqlaşdıran rejim siyasətini ifşa etmək; -Güney türklərinin məzhəb ideologiyasını rədd etməsi və islamı bir bütöv kimi mənimsəməsi üçün əməlli tədbirlər görmək. Bütün bunlardan əlavə, vahid Azərbaycan birləşmə ideyasını gerçəkləşdirməkdən ötrü, zənnimcə Güney Azərbaycan türkləri dörd əsas tarixi prosesi həyata keçirməlidirlər. Həmin bu proseslərdən Birincisi Milli şüurun oyandırılmasıdır. Bunun üçün İran islam inqilabı ideologiyasının elmi-siyasi, tarixi, geopolitik əsasının olmadığı sübuta yetirilməli, xaricdəki mühacir təşkilatların fəaliyyəti əlaqələndirililməli, Milli mədəniyyət təbliğ olunmalıdır. Elə etmək lazımdır ki, demokratikləşmə hərəkatından Milli mənafeyə uyğun surətdə bəhrələnmək, məqsədyönlü fəaliyyət göstərmək və müvafiq kadrlar yetişdirmək miimkün olsun. Kütləvi mühacirət edib xaricdə yaşayan Güney Azərbaycan türkləri bütün ölkələrdə mühacir təşkilatları, cəmiyyətlər qurmalı, fəaliyyətlərini birləşdirməli və əlaqələndirməlidir ki, aparılan mübarizə həm strateji, həm də taktiki cəhətdən ardıcıl, planlı olsun. Bu işin əsas təşkilatçıları Güney Azərbaycan dissidentləri və lobbisi olmalıdır. Azərbaycan türklərinin Milli məfkurəsinin döviətçilik tələkkürünün mənəvi, ictimai fəlsəfi düşüncəsinin, mədəniyyətın təməlində türükçülük dayanır. Türkçülük düşüncə sistemi çağdaş siyasi- ictimai sistem və münasiətlər tarixı- sosal şərtlərə uyğun şəkildə, müsavatçılıq ideyası altında formalaşdırılmış, proqramlaşdırılmış və Azərbaycan dövlətçiliyinin fəlsəfəsində, əsas qanununda və bayrağmda əks etdirilmişdir. Bu düşüncə sistemini təşkil edən mədəniyyət ünsürləri elmi şəkildə açıqlanmalı, təsbit edilməli, kütləvi surətdə təblağ olunmalı, unutdurulmuş mədəni dəyərlər xilas edilməlidir. Qarşıya qoyulan məqsədə çatmaq, Azərbaycan türk mədəniyyətini təbliğ edən ziyalılar, şair və yazıçılar, elm xadimləri, təşkilat və qruplar arasında görülən işləri vahid hədəfə yönəltmək üçün xüsusi mədəniyyət siyasəti proqramı olmalıdır. Fikrimizcə Güney Azərbaycanm bu gün ən önəmli, məsələsi milli mədəniyyət siyasətinin strategiyasını və hədəflərini müəyyənləşdirmək, bəlli ideya ətrafmda birləşmə yollarını aparmaqdır. Bütün bunlardan əlavə, Azərbaycanın birləşməsı təfəkkürünü formalaşdırmaq üçün Milli- psixoloji zəmin yaradılmalı, belə zəmini yaratmaq üçün isə: -mədəni əlaqələri gücləndirmək; -hər iki tərəfdən müxtəlif yaradıcı təşkilatlarm qarşılıqlı gediş- gəlişini təşkil etmək; - Güneyli sənətkarlara xüsusi diqqət və qayğı gostərmək, onların əsərlərinin çapına diqqət yetirmək; . -milli dəyərləri-sistemləşdirib geniş təbliğ etmək; -milli mənsubçuluq hissini düzgün istiqamətləndirmək, vətənpərvərlik duyğusunu gücləndirmək və ümumtürk varlığına mənsubluq hissini, türk Milli həmrəyliyinin yaradılması fikrini yaratmaq üçün fəaliyyət göstərmək qaçılmaz şərtlərdəndir. Güney Azərbaycan türklərinin keçməli olacağı ikinci tarixi mərhələ İran işğalı altından qurtulmaq və müstəqillik elan etməkdir. Buna görə hərəkatın təşkilatlanması, məqsədəuyğun şəkildə istiqamətləndirilməsi üçün siyasi təşkilatlar yaradılmalıdır. Qeyd etmək vacibdir ki, Güney Azərbaycanda mlli azadlıq, Milli dövlətçilik məfkurəsi siyasi proqramın müddəasına çevrilmək ərəfəsindədir. Belə bir ərəfədə Giiney Azərbaycan məsələsinın beynəlxalq problem olduğunu dünyaya çatdırmaq gərəkdir. Bu işlərin görülməsi üçün iki prinsip əsas götürülməlidir: 1. Güney Azərbaycanda türk mıllətçiliyi və müsavatçılıq Milli ideologiya səviyyəsinə qaldırılmalıdır; 1.Azadlıq mübarizəsinin məqsədi İranda rejimin və hakimiyyətin dəyişdirirməsində deyil, Güney Azərbaycanm İranın işğalı altından çıxmaq məsələsindən ibarət olmalıdır. Nəzərə almaq gərəkdir ki, Güney Azərbaycan türklərinin indiyənədək apardıqları bütün Milli azadlıq hərəkatları nəhayət, demorkatik hərəkəta çevrilib, azadlıq hərəkatının enerjisi İranda sosial ictimai-siyasi islahatların aparılmasına doğrıı yönəldilib və nəticədə Milli mübarizə hökümətlərin və rejimlərin dəyişdirlməsi ilə başa çatıb. Siyasi mübapizə aparan Güney Azərbaycan türklərinin əksəriyyəti yaxın dövrədək kommunist və ya mücahid idi. Buna görə də mən belə zənn edirəm ki, növbəti hərəkat İranda rejimin dəyişdirilməsi tələbini qəti olaraq özündən kənar etməlidir. Hökümətin və rejimin dəyişdirilməsi İranın, fars millətçilərinin vo siyasətçilərinin daxili işidir. Azərbaycan türklərinin əsas vəzifəsi özünün beynəlxalq prinsiplərə əsaslanan müstəqil dövlətini qurmaqdır. Növbəti mərhələ müstəqil dövlət quruculuğu prosesini gerçəkləşdirməkdən ibarət olmalıdır. Güney Azərbaycanda bu prosesi uğurla həyata keçirmək üçün beynəlxalq standartlara cavab verə biləcək kifayət qədər kadr potensialı var, yaradılacaq dövlətin bütün institııtları və strukturları, siyasi quruhışu, idarəçilik forması, dövlət atributları və nişanları Quzey Azərbaycanın analogiyası əsasında qurulmalıdır ki, birləşmə zamanı qondarma problemlər yaradılmasın. Sonuncu mərhələ müstəqil dövlətin tələblərinə cavab verən azad, demokratik, insan hüquqlarının aliliyi prinsiplərinə əsaslanan cəmiyyət quruçuluğuna başlanmasıdır. Bütün bu tarixi vəzifələri həyata keçirmək üçün Azərbaycan türklərinin yetərincə tarixi-siyasi mübarizə təcrübəsi Milli dövlətçilik ənənəsi, ideoloji- fəlsəfi təməlləri, təşkilatçılıq qabiliyyəti kadr potensialı var. Tanrı bizə yar olsun. YASƏMƏN QARAQOYUNLU VAHİD AZƏRBAYCANA GEDƏN YOL birinci ınəqalə Müxalifət qəzeti, 27 yanvar, 1996 Dünya Azərbaycanlılarının həmrəyəliyi günü olan 31 dekabrı yenə də son 4-5 ildə olduğu kimi bir-birimizi təbrik etməklə, təntənəli yığınacaqlar keçirməklə qeyd edərək kifayətləndik. Siyasi- hüquqi baxımdan Dünya Azərbaycanlıları Quzey Azərbaycan dövləti ətrafında təşkilatlanmalı olduqlarından bu sahədə konkret siyasi-hüquqi, mənəvi psixoloji addımları Azərbaycan dövlətindən gözləsələr də, təəssüf ki, elan olundğu dövrdən indıyəcən həmrəyliyin real təməllərini qoyan heç bir dövlət siyasəti və mexanizmi yaradılmaımışdır. Məlum olduğuna kimi dünyada 40 milyondan artıq azərbaycan türkü yaşayır və Azərbaycanın Quzeyində qurulan dövlət yalnız bu ərazidə yaşayan 7 milyonun deyil, 40 milyondan artıq Azərbaycan türkünün dövlətidir. Azərbaycan türklərinin qarşısında: 1. Miistəqil- vahid Azərbaycan dövlətini yaratrnaq 2. Regionda güc mərkəzinə çevrilmək (burada hər hansı güc mərkəzinə qoşulmaqdan deyil, güc mərkəzi yaratmaqdan söhbət gedir) regional inteqrasiya prosesinin əsasını qoymaqla sülh və təhlükəsizlik sisteminin yaradılmasına təminat vermək. 3. Beynəlxalq sülhün, təhlükəsizliyin, insan hüquqlarının, demokratik prinsiplərin qorunmasma qarant vermək, elmi- texniki, hərbi tərəqqisi yüksək olan fövqəl dövlətə çevrilmək kimi tarixi vəzifələr durur. Hələlik biz bu Milli tarixi vəzifələrimizdən biz nəsil üçün yaxın olan miistəqil Vahid Azərbaycan uğrunda gedən mübarizə mərhələsində yaşayırıq və bu mübarizə mərhələsi öz-özlüyündə 1 .Quzey Azərbaycan müstəqil dövlətçiliyinin möhkəmləndirilməsi. 2. Qafqazda -sülh prosesinin yaradılmasmda iştirak etməklə, Qafqaz Evinin qurulmasına çalışmaqla Qafqaz birliyinin yaradılması. 3. Güney Azərbaycanın müstəqil dövlətinin qurulması və hər ıki Azərbaycanın birləşməsi kimi konkret forma və şərait tələb edən siyasi proseslərə bölünür. Quzey Azərbaycan müstəqil dövlətçiliyinin möhkəmləndirilməsi üçün insan hüquqlarının, azadlıqlarının qorunmasına təminat verən vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik dövlət quruluşunun yaradılması əsas şərtlərdən biridir. Təssüflər olsun ki, bıı gün bu istiqamətdə nəinki bir irəliləyiş var, əksinə - Xalq hərəkatı nəticəsində qazanılan nailiyyətlər bir- bir əldən verilir, əski kommunist idarəçiliyi bərpa olunmuş, avtoritar rejim yaranmışdır: Dövlətin demokratik institutlaşdırılması dayandırılmış, hakimiyyət bölgüsü prinsipləri pozularaq bütün səlahiyyətlər bir əldə cəmləşmişdir. - müxalifətin və xalqın hakimiyyət üzərindəki ıctımai nəzarət mexanizmi dağıdılmışdır. Müxalifətin liderləri həbs olunmaqla siyasi prosesdən təcrid edilmişdir. -Azərbaycanın beynəlxalq deomkratik imici pozulmuş, məhz buna görədə Amerikanm 907 nömrəli qətnaməsi ləğv edilməmişdir. -özləlləşdirilmə və islahatlar gecikdirilir, kapital yalnız hakimiyyətdə olanların əlində cəmləşdirilir, istehsalın dayanması ilə kütləvi işsizlik yaradılmış və əhali aclıqla üzləşmişdir. Milli sərvətlər Qarabağ problemində nailiyyət qazanmaq adı altında (əslində hakimiyyətinin qorunub saxlanılması məqsədilə) çox cüzi gəlirlə xarici ölkələrə dağıdılmaqdadır. -Azərbaycan vətəndaşına nə maddi, nə mənəvi nə də ki, təhlükəsizlik xidməti edilir, əksinə mütilik, qul psixologiyası, hakimiyyətdən qorxma, taleyi ilə barışma təbliğatı yaradılır. Azərbaycan Dövlətçiliyinin siyasi-fəlsəfəsi təməllərı, tarixi irsi, Milli ideologiyası indiki rejimin maraqlarına uyğun olaraq dağıdılır və ya dəyişdirilir. İkinci şərt isə Qärabağ probleminin Azərbaycanın Dövlət maraqlanna uyğun həll edilməsidir ki, bu istiqamətdə də heç bir irəliləyiş yoxdur. Müharibə yolu ilə işğal olunmuş torpaqların müharibə yolu ilə də azad olunduğu aksiomunu bildiyimizə baxmayaraq, ordu quruculuğunda heç bır irəliləyiş yoxdur. Əksinə orduda korrupsiya, rüşvətxorluq yayılmaqda, əsgəri xidmət ərəfəsində olan gənclərin mənəvi, psixoloji aşınması güclənməkdədır. Rəsmi mövqe Qarabağa ən yüksək status verilməsi ətrafında formalaşmaqdadır. Problemin həllində ümidini qərbə bağlayan müxalifət artıq «Qərbə Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun həll edilməsi deyil, sabitlik və xammal lazımdır» etirafını etsə də, heç bir təşəbbüs meydanına və mətbuatından haşqa real təsir qabiliyyətinə malik deyil və faktiki olaraq problemin həll olunması prosesindən təcrid olunmuşdur. Fikrimizcə müxalifət bütün mübarizə metodlarından istifadə edərək heç bir vəchlə problemin Azərbaycanın Milli maraqlarına uyğun olmayan həllinə imkan verməməlidir. Qarabağ probleminin həllindən söhbət gedərkən Ermənıstandan qovulmuş Azərbaycan türklərinin statusu unudulur. Ermənistan qaçqınları öz tarixi torpaqlarına qaytarılmaqla orada status əldə edilməlidir. Bu Azərbaycanın ən ümdə məsələsidir və buna nail olunmazsa Azərbaycan öz tarixi torpaqlarını, həmişəlik olaraq itirəcəkdir. Bu faciənin Gürcüstanda olan torpaqlarımızın başına gəlməməsi üçün isə Gürcüstanla sabit siyasi münasibətlərin qorunub saxianılması əsas şərtlərdən biridir. Vahid Azərbaycan uğrunda gedən mübarizənin ümumi proseslərini şərtləndirən, dayaq olan Quzey Azərbaycandır. Quzey Azərbaycanda gedən proseslər qlobal Azərbaycan məsələsinə hökmən öz təsirini göstərır. Məhz buna görə də Vahıd Azərbaycana gedilən yolun işıqlandırılması üçün Quzey Azərbaycanda Azərbaycanın mənafeyinə xidmət etməyən indiki avtoritar rejim dəyişməli, demokratik qüvvələr hakimiyyətə gəlməlidir. Məhz bu zaman Azərbaycan dövlətçiliyinin və Demokratik əsaslarm möhkəmləndirilməsindən söhbət gedə bilər. YASƏMƏN QARAQOYUNLU İkinci məqalə Müxalifət qəzeti, 3 fevral 1996 Vahid Azərbaycan probleminin əsas şərtlərindən biri olan Güney Azərbaycan məsələsinə münasibətin ıki istiqaməti mövcuddur. Birinci mövqe tərəfdarları Qarabağ problemini əsas tutaraq İranı özümüzə düşmən etməmək və Azərbaycan dövlətinin yeni problemlərlə üzləşdırməməyi arqument gətirirlər. Məhz buna görə də Güney Azərbaycan problemi siyasi elitanın açıq müzakirə və fəalıyyət obyektinə çevrilməməkdədir. İranı özümüzə düşmən etməmək üçün tarixi, siyasi, Millı haqlarımızdan keçsək də, susmaqla dostluq qazanmaq istəsək də, faktiki olaraq İran düşmənçilik siyasəti yeridir, diplomatik, siyası və açıq görünməyən (yeraltı) təcavüzkarhqla məşğul olur. -Azərbaycan Dövlətçiliyinin əsaslarını sarsıtmaq və daxili sabitliyi pozmaq üçün etnik bölgələrdə daimi fəaliyyət göstərir. - Ermənistanı strateji mallarla təchiz edir və blokada şəraitindən xilas edir. - Azərbaycanın gələcəkdə İran dövləti daxilində birləşəcəyi fikrini təbliğ etmək məqsədilə Azərbaycanın mərkəzində partiya və nəşriyyat vasitələri quraraq onları maliyyələşdirir. -məscidlərdə agentura sistemi quraraq «islam birliyi» fikri təbliğ olunur. - Qaçqın çadırlarında humanitar yardım göstərmək adı altında İran inqilabı ideologiyası təbliğ olunur və sağlam gənclər dini təhsıl almaq adı ilə İrana aparılaraq İslam inqilabının eksportunu reallaşdırmaq üçün istifadə olunur. Belə bir vəziyyətdə nəinki ölkə rəhbərliyi və təhlükəsizlik sistemi bunların qarşısmı ala bilmir, hətta müxalifət də özünün birmənalı mövqeyini açıqlamağı lazım bilmir. 1.İkinci mövqe tərəfdarları isə, birləşmənin labüd oldğunu bildiklərinlən, bu istiqamətdə bir sıra problemlərin elmi-nəzəri müzakirələrinin aparılmasının vacib olduğunıı vurğulasalar da, hələ Quzey və Güney Azərbaycanın birləşməsi üçün real əsasların yaranmadığını qeyd edirlər. Bu mövqe tərəfdarları Bütöv Azərbaycanın mövcud olması üçün real siyasi şəraitin və zəminin yaranmasını təkcə regional və qlobal tarixi və geopolitik dəyişikliklərlə obyektiv beynəlxalq şəraitin yaranması ilə deyil, həm də ardıcıl məqsədyönlü Millı mübarizənin aparılması nəticəsində qazanılması aksiomunu ictimaı rəydə xatırlatmaqla yanaşı, formalaşmaqda olan yeni geopolitik münasibətlərin doğurduğu beynəlxalq siyasi şəraitn imperiyaların dağılması və müstəmləkə xalqlarnın öz müstəqilliklərini elan etməsi, amerikanın, qərbin təzyiqləri, İran daxilində uzun illər azadlıq tələb edən, siyasi təşkilatlara malik türklərin, kürdlərin, bəllucların miibarizəsi və bu mübarizənin aparılmasında maraqlı olan xarici dövlətlərin (Azərbaycan, Pakistan, Əfqanıstan, Türkmənistan) mövcudluğu 2.1975-ci il Helsinki Yekun aktında müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında bəyannamədə, insan hüquqları bəyannaməsində xalqların öz müqəddəratını təyin etməsi və Milli dövlətlərini yaratmaq üçün aparılan mübarizənin qanuniliyini təsdiq edən prinsiplərin mövcudluğu 3.Quzey Azərbaycan dövlətinin mövcud olması yə Bütöv Azərbaycan mübarizəsini lazım olan bütün siyasi -hüquqi- ideoloji əsaslarla, resurslarla təmin edə biləcəyi kimi kifayət qədər real siyasi -hüquqi zəminin olmasıı qeyd edirlər. Təəssüflər ki, güney Azərbaycanda gedən proseslər hələ ki, ümummilli maraqlara cavab vermir. Alınan informasiyalara görə Güney Azərbaycanda 40-a qodər siyasi- mədəni təşkilatlar və dərnəklər mövcuddur. Bu təşkilatlar siyası- ıdeoloji yönümlərinə görə sosialistlərə - Islamçılara, millətçilərə bölünür. Sosialistlər və islamçılar mahiyyət ebitari ilə İrançılardır. Rejimi dəyişmək İran daxilində xalqlara mədəni (məhəlli) muxtariyyət vermək, ictimai nıünasibətləri dəyişmək kimi sosial- demokratizm şüarları ilə sürürlər. Millətçilər isə istiqlalçılara və irançılara bölünürlər. İstiqlalçılar Azərbaycana məhəlli muxtariyyət (sonradan tam istiqlal) tələb edirlər. İrançı millətçilər isə İranı tarixən türklərin idarə etdiyinə və hazırda da İranda iqtisadi infrastrukturun türklərin əlində olmasına və s. əsaslanaraq, hakimiyyətin türklərin əlində olmasının və qurulmasının tərəfdarlarıdırlar. Əlbəttə ki, Azərbaycan türklərinin maraqlanna uyğun olan siyasi xətt istiqlalçılıqdır. Tam müstəqillik üçün siyasi şərait yetişmədiyindən onlar hazırda Mılli məhəlli muxlariyyət məsələsini ön piana çəikirlər. İranda baş verən siyasi proseslər, Amerika və Avropanm bü ölkədə demokratik rejim qurulmasına çalışması, daxildə bu Prinsipı dəstəkləyən müxalifətin mövcudluğu, şahın Amerikadakı oğlunun Güney Azərbaycana muxtariyyət vədləri ilə zəngin olan bəyanatları və s. amillər İranın konfederativ dövlətə çevrilməsini gerçəkləşdirə bilər. Bu zaman Qafqazda güclü vahid Azərbaycan dövlətinin mövcud olması nəticəsində Türkiyənin Avropa cazibəsindən çıxacağı və Avrasiyada türk qurşağının yaranacağı ehtimalı Amerikanın, qərbin maraqlarına uyğun olmadığından burada parçalanmanın deyil, rejimin dəyişidirməsinin əsas olması - Rejimin dəyişdirilməsində maraqlı olmayan, lakin əgər dəyişərsə İranın parçalanması nəticəsində Qafqazda güclii dövlətin yaranacağı, bununla da qafqazın zəncirvari hərəkatla federasiya subyektləri olan Türk respublikalarının müstəqilliyə can atmaları ilə ölkənin dağılacağı qorxusıınım Rusiyanm məhz konfederasiyada maraqlı olduğu; -Quzeydə neftlə təmin olunmuş ölkələrin Azərbaycanın zəif və parçalanmış olmasmın mənafelərinə uyğunluğu; - İranın parçalanacağı təqdirdə müstəcqil Kürdüstan dövlətinin yaranacağının Türkiyənin mənafeyinə uyğun gəlməməsi; - İran müxalifətinin İranın dağılmasında maraqlı almamsı kimi real amillər mövcuddur. İndiki rejimin fars şovinizmi qarşısındakı tarixi xidməti İranın könfederasiyaya çevrilməsinin və ya xalqların müstəqillik elan etmələrinin qarşısını almaq üçün yeritdiyi siyasətdir. Bu məqsədlə xalqlarm tarixi ərazilərində süni anklavlar yaradılır. -etnoloji Milli əsaslar inkar edilir. -demoqrafik vəziyyət süni dəyişdirilir və s. Bu vəziyyətdə Azərbaycan dövləti bu siyasətin qarşısını almağa, öz mənafeyinə uyğun məcraya yönəltməkdə, güney Azərbaycan probleminin beynəlxalq müzakirəyə çıxarmağa çalışmalıdır. Faciəvi haldır ki, vahid Azərbaycan məsələsi ətrafında həm Quzeydə, həm də Güneydə gedən müzakirələrdə hər iki tərəfin öz içində problemə birmənalı vahid mövqeyi və tərəflərin bir-birinə münasibətdə məqsəd aydınlığının olmadığı özünü biruzə verir. Vahid Azərbaycan idealda vahiddir. Onun nəzəri-elmi, iqtisadi- siyasi, mədəni (bədii tərəfi istisna olmaqla) konsepsiyaları, strateji-taktiki proqramları da konkret fəaliyyət istiqaməti yoxdur, hazırlanmalıdır. Quzeydə gənclik yanlış olaraq quzeyin Güneyə, ya əksinə birləşəcəyini müzakirə edir, güneydə isə paniranizm- istiqlalçılıqdan daha aktuallıq kəsb etdiyindən siyasi şüur ümummilli problemlər ətrafında formalaşmayıb və ümummilli mövqe aydınlaşmayıb. Məhz buna görə də Güney Azərbaycanlılarının bütün siyasi təşkilat və birliklərinin iştirakı ilə ümummilli qurultayları çağırılmalı, ümummilli platforma hazırlanmalı; -hər iki tərəfdə ərazilərin birinin digərinə birləşəcəyi deyil, Quzeydə və Güneydə qurulmuş müstəqil dövlətlərin dinc yolla birləşəcəyi gündəliyə gətirilməli; -aparalan mübarizənin siyasi-ideoloji psixoloji mahiyyəti ictimai təbliğatda İranın, Rusiyaının, Ermənistanın, Gürcüstanın işğalı altında olan tarixi ərazilər üzərində qurulmuş vahid, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda olmalı - Vahid Azərbaycanın tarixi coğrafiyası gəncliyin sıyasi şüurunda və akademik çevrələrdə defakto tanıdılmalı; - Azərbaycanın geopolitik perspektivinin onun birliyində olması həqiqəti hər kəsə aşılanmalıdır. Bütün siyasi-iqtisadi fəaliyyətimiz, ideoloji təbliğat işimiz, bütün Azərbaycanlıları Milli potensialımız Vahid Azərbaycan ideyasını reallaşdırmaq üçün səfərbər etməyə yönəldilməlidir. Çünki XX əsrin sonunda ğedən geopolitik dəyişikliklərin və formalaşmaqda olan güc mərkəzlərinin doğurduğu siyasi vəziyyət Vahid, Müstəqil Azərbaycan uğrunda gedən mübarizələrin mərhələ-mərhələ, zaman-zaman gerçəkləşməsinə şərait yaradır. Yasəmən Qaraqoyunlu Təbriz qəzeti №2. 24.06.2005 Güney Azərbaycanda iç təşkilatlanma və çağdaş siyasi hədəflər Güney Azərhaycanın çağdaş ictimai-siyasi vəziyyəti haqqında ümumi mənzərə yaratmaq üçün qeyd etmək vacibdir ki, ümumi sahəsi 1.648.000 kv. km oian İranın 1.107.000 kv. km ərazisini Güney Äzərbaycan təşkil edir, Güney azərbaycanılar XX əsrin əvvəllərinə qədər İranı şərq dövlətçilik sisteminin əsasını təşkil edən tayfa-sülalə hakimiyyətləri vasitəsilə mütləq monarxiya şəklində idarə etmişlər. O, zamanlarda bir millət kimi təşəkkül tapan Güney azərbaycanlılar İran dövətçiliyinin və ərazi bütövlüyünün əsas sahibi kimi daxili və xarici siyasət yürütdüklərindən hakimiyyət dövrlərində heç zaman millətçilik siyasəti yeritməmiş, əksinə, iki millət halında yaşayan türk-fars mənafeləri arasındakı balansın farsların xeyrinə pozulmasına səbəb olan olduqca ifratçı-irançı mərkəzçilik siyasi kursunu götürmüşlər. Məhz buna görə də hakimiyyətdə olduqlarına baxmayaraq, Güney Azərbaycan türkləri bir millət olaraq daim üstün mövqedə dayanan fars şovinizminin basqısına məruz qalmış və müdafiə olunmağa məcbur olmuşlar. XVIII əsr Avropasında başlanan yeniləşmə və millətçilik hərəkatı XIX əsrin ən böyük Şərq ölkələri olan Osmanlı imperiyasında və İranda da getmişdir. İranda gedən bu prosesin o dövrə xas spesifik xüsusiyyəti odur ki, XX əsrin əvvəllərinə qədər hakimiyyətdə türklər olduğundan Güney azərbaycanlılar millətçi təşkilatlar yox, sosial demokratizm ideyalarmı əsas tutan təşkilatlar qurmuşlar və bu səbəbdən burada bir millətçilik hərəkatı yox, bütün İranın yeniləşmə hərəkatı getmişdir. Lakin türklər bir millət olaraq milli haqlara malik olmadıqlarından apardıqları və qan tökdükləri bu ümumi İran yeniləşmə hərəkatına milli ideyalarını aşıladıalarından, çox zaman bu hərəkat və inqilablar milli azadlıq mübarizəsi səciyyəsi daşıyırdı. Güney azərbaycanlılar istər Səttarxan, istər Xiyabani, Pişəvəri, hətta istərsə də 79-cu il inqilabına iki əsas qayə ilə, İranda demokratikləşmə, xarici imperialistlərə qarşı mücadilə və İran daxilində Güney Azərbaycana muxtariyyat tələbi ilə qoşulmuşlar. Bu mübarizələrin birinci qayəsi çox vaxt həyata keçərək İranın inkişafında təkanverici amil olubsa, ikinci məqsədi reailaşsa belə, müvəqqəti xarakter aimışdır. Milli haqq uğrunda gedən bütun mübarizələr qan içində boğdurulmuşdur. 1979-cu il inqilabından çağdaş dövrümüzə qədər hakim rejimin fars miilətinin üstünlüyünə əsaslanan "Vaiıid İran milləti" adlı mərkəzçi, assimilyonçu siyasəti qarşısında ölümqalım mərhələsini yaşayan Güney Azərbaycan türkləri hazırda milli şuurun yaranması, təşkilatlanma və siyasi mövqelərin aydınlaşması prosesini keçirir. Milli azadlıq mübarizəsinin birinci mərhələsi olan bu dövrün qanunauyğunluğuna əsasən demək olar ki, müxtəlif siyasi-ideoloji qruplaşmalar arasında müzakirələrdə Güney Azərbaycanın gələcək durumu haqqında axtarışlar gedir. Lakin təəssüflər ki, bu gün Ümumi Fikir Güney Azərbaycanın gələcək müqəddəratı, siyasi statusu haqqında hələ birmənalı, vahid mövqedə cəmləşməmişdir. Hələlik bu istiqamətdə üç mövqe tərəfdarları mövcuddur: 1 .Güney Azərbaycana mədəni muxtariyyat verilməlidir. 2.Güney Azərbaycana məhəlli muxtariyyat verilməlidir. 3.Güney Azərbaycana istiqlal alınmalıdır. Əslində milli müqəddəratın təyinatı ilə bağlı bu 3 mövqe birbirini ardıcıllıqla məntiqi baxımdan tamamlayan inkişaf prosesidir və Güneydə siyasi olub-olmamasından asılı olmayaraq, özünü türk bilən hər kəs Güney Azərbaycana mədəni muxtariyyət tələb edir. İnqilabdan indiyəcən mədəni muxtariyyət mücadiləsi əsasən iki istiqamətdə gedir: 1.Dil uğrunda mücadilə. 2.Azərbaycan əyalətlərinin iqtisadi cəhətdən dirçəlməsi uğrunda mücadilə. Güney azərbaycanlılar bu istəklərini bir siyasi məsələ kimi deyil, adi insani haqq kimi qoymağa çalışsalar da, hakimiyyət bunu bir siyasi məsələ kimi qəbul edirdi. Lakin İran Parlamentinə 1996-cı il seçkisi zamanı M.Çehrəqaninin platforması ilə mədəni muxtariyyət mücadiləsi siyasi mücadilə xarakteri aldı və bu mübarizə öz müqəddəs şəhidlərini verdi; şübhəsiz ki, M.Çehrəqaninin şəxsinə millətin istəyini yerinə yetirilmək imkanı verilmədi, ancaq hakimiyyət milli həyəcanın və xarici ictimai rəyin qarşısını almaq üçün bir az güzəştə gedərək Azərbaycan əyalətlərinin iqtisadi cəhətdən dirçəlməsi proqramını müdafiə etməyə məcbur oldu, bu hadisədən sonra milli düşüncə daha da irəli getdi, beləliklə, Azəri fraksiyası yaradıldı. 1996-cı il seçkiləri bir daha Güney azərbaycanlılara göstərdi ki, bir millət kimi onun haqq və istəkləri İran çərçivəsində həyata keçirilə bilməz, yalnız öz istiqlalı, öz dövləti ona bu həqiqi haqlarını verə bilər. Bununla yanaşı, qeyd etmək vacibdir ki, Güney Azərbaycanın gələcək milli müqəddəratının təyini istiqamətində gedən ümummilli proseslərin inkişafına gələcəkdə ciddi şəkildə bir-biri ilə çarpışacaq həlledici mövqe ciddi təsir göstərir. Birinci mövqe tərəfdarları irançılardır və onlar ictimai mövqelərinə, siyasi görüşlərinə görə 3 hissəyə ayrılırlar: A) Mərkəzi irançılar-İran Hökumətində təmsil olunan türklər, İranın iqtisadiyyatnıda əsas rol oynayan iri sahibkar və tacir təbəqə si. Arqumentləri: Azərbaycan İranın ayrılmaz tərkib hissəsidir, şimalını ruslar işğal etmişdir. İndi Azərbaycanın bu hissəsi Irana birləşməlidir. B) Beynəlmiləlçi irançılar millət deyil, insan amilini əsas götürərərk İranda çağdaş beynəlxalq prinsipləri əsas tutan demokratik bir rejimin hakimiyyətə gəlməsinə, bütün insanlara və xalqlara bərabər haqlar verilməsinə tərəfdardırlar. Arqumentləri: hazırda dünyada qloballaşma və bir inteqrasiya prosesi gedir və belə bir şəraitdə Azərbaycanın bir çox bağlarla bağlandığı İrandan ayrılması əlavə problemlər yaradacaqdır. Bərabər inkişaf daha şərəflidir, bunlar qan etibarı ilə farslara qaynayıb qarışmış, qohumlaşmış təbəqələr, İran ictimai həyatında iştirak edən ziyalılar, vaxtilə sol hərəkatda olanlar və mücahidlərin bir qismidir. C) Turançı, yaxud Xülyaçı İrançılar bir çox məşhur ziyalı və müasir siyasət adamlarıdır. Arqumentləri: İranın bütövlüyünün və dövlətçiliyinin sahibinin türklər olduğu və tarixən İranı türklər idarə etdiyini və bu tarixi missiyanın və irsin yenidən bərpa edilməsinin zəruriliyini əsaslandırırlar. İrançılar, ümumiyyətiə, İranın parçalanmasının əleyhinədirlər, ancaq praqmatik irançılar dünyada və Güney Azərbacyanda gedən iç prosesləri qiymətləndirərək uzaqbaşı Konfederativ İranın subyekti olan Azərbaycanı təsəvvür edirlər və İstiqlal əleyhinə mövqe tutmalarının səbəbini əsaslandırmaq üçün aşağıdakı: 1.Yüz illərdir bir yerdə yaşanma əsasında formalaşan İran Azərbaycan ümumi dəyərlərinin, ənənələrinin mövcudluğu; 2. Azərbaycan türklərinin Güney Azərbaycandan İran ərazilərinə köçməsi, dağınıq formada yaşamaları və Azərbaycanın İrandan ayrılacağı təqdirdə bu soydaşlarımızın taleyindən narahatıq; 3. Fars-türk nigahı əsasında yaradılmış böyük bir təbəqənin mövcudluğu probleminin olması kimi səbəbləri əsas gətirirlər. Belə İrançı-Mərkəzçi mövqelərin olduğuna baxmayaraq, İranda gedən proseslər, İranın İslam dəyərləri altında maskalanmış indiki şovinist rejiminin dəyişəcəyini istisna etmir. İfratçı, şovinist İran yeni dünya üçün problemdir. O, məğlub olmamaq üçün bütün ideoloji-hərbi gücünü səfərbər etsə də, yeni dünyanın gücü qarşısında balans yarada bilməyəcək və getdikcə liberallaşacaq. Bu ərəfədə Güney Azərbaycan faktoru iç dəyişiklikləri keçirən İranın taleyində həlledici rol oynayacaq. Bu gerçəkliyi qəbul edən dünya siyasətçiləri İranın probleminin həllində Güney Azərbaycandan istifadə etməyə çalışaçaqlar və bu məqsədlə istər İrandaxili müxalifət, istərsə İran problemində maraqlı olan dövlətlər indidən Güney Azərbaycana məhəlli muxtariyyət vədləri verməkdədirlər. Şübhəsiz ki, bu proseslər Güney Azərbaycanın gələcək müqəddəratına təsir göstərən amillərdir. Fəqət ən böyük və təyinedici amil Güney Azərbaycanın özüdür. Güney Azərbaycan öz müqəddəratını özü təyin edəckdir. Ona nə Amerikanın, nə Qərbin, nə mücahidlərin, nə şahın oğlunun muxtariyyat vədləri lazımdır. Bizim belə optimist mövqe tutmağımıza səbəb Sovet imperiyası dağıldıqdan və Quzey Azərbaycan dövlətçiliyi mövcud olduqdan sonra Güney Azərbaycanın müqəddəratının təyinində ikinci əsas həlledici mövqe tərəfdarları bunlardır, istiqlalçılardır. Tarixi siyasi şərtlər və dunyada gedən proseslər istiqlalçıların xeyrinə inkişaf etməkdədir. Güney Azərbaycanda ən çağdaş fikir istiqlaldır. Ən çağdaş siyasi təşkilatlar istiqlalçı təşkilatlardır. Ən çağdaş ideologiya millətçilik ideologiyasıdır. Şübhəsiz ki, İran hakimiyyət dairələri bu prosesləri önləmək üçün təhlükəsizlik planlarına malikdirlər və Güney Azərbaycana tətbiq etdikləri siyasət bu planın əsas konturlarını gözləməkdədir. Belə ki, İran XX əsrin əvvəllərindən millət kimi təşəkkül tapmış Güney Azərbaycan türklərini etnik azlıq durumuna salmaq, onun istiqlal mübarizəsini etnik separatizm, etnik münaqişə kimi beynəlxalq ictimai rəyə qəbul etdirməyə çalışmaqla BMTnin sərhədlərin dəyişilməzliyi prinsipini əsas tutaraq bu mübarizəni boğmaq niyyəti güdür. Bu məqsədini gerçəkləşdirmək üçün: -Azərbaycan adlı etnik-coğrafi məkanı tamamilə yox etmək, farslaşdırmaq məqsədilə onu parçalayıb etnoqrafik-toponomik əsaslarını dəyişdirəcək fars əyalətlərinin nəzarətinə verilməsi; -Güney Azərbaycandakı bütün strateji əhəmiyyətli döviət idarələrini fars bölgələrindən gətirilmiş rütbəli şəxslərin nəzarət və idarəsinə vermək, bu ərazidə hərbi təlimləri gücləndirməklə hərbi kontingenti artırmaq, hətta erməni hərbçiliyindən olan yeni ordu hissələrini burada yerləşdirmək; -İran Kürdüstanı ilə Güney Azərbaycan arasında etnik qarşıdurma yaratmaq məqsədilə bu ərazidə süni Kürd anklavı yaratmaq, bu ərazilərdəki mühüm yerləri ermənilərə satmaq; -Güney Azərbaycandakı bütün əhəmiyyətli iqtisadi obyektlərin fars əyalətlərinə köçürülməsi ilə Güney Azərbaycanın iqtisadi inkişafını ləngitmək; -Güney Azərbaycan türklərinin Güney Azərbaycanda kompakt qüvvə kimi qalmalarının qarşısını almaq məqsədilə onların müxtəlif yollarla fars ərazilərinə köçürülməsini təşkil etmək, -Demoqrafik vəziyyəti dəyişdirmək üçün fars-türk nigahı əsasında formalaşan yeni irançı təbəqənin yaradılmasına nail olmaq və s. kimi Güney Azərbaycanda assimilyonçu inzibati, demoqrafik, iqtisadi, ideoloji siyasət yeridir. Qeyd etmək vacibdir ki, Güney Azərbaycan problemi etnik azlıq problemi deyil, XX əsrin sonuna xas olan bir qədər spesifık bölünmüş xalqlar problemidir və Azərbaycan türkləri öz müqəddəratını təyin etmək haqqından istifadə edərək, bu problemi dinc siyasi yollarla aradan qaldırmaq üçün indidən siyasi konturlarını dəqiqləşdirməli, çevik diplomatik manevrlər etməlidir. Bu məqsədlə hesab edirəm ki: Güney Azərbaycan probleminin tarixi kökləri, mövcud durumu haqqında dünyada təbliğat işinin aparılması; 1.Güney Azərbaycan siyasi təşkilatlarının vahid platforma ətrafında birləşmələri üçün mümkün olan tədbirlərin həyata keçirilməsi; 2.Güney Azərbaycan istiqlalçı təşkilatlarınm dəstəklənməsinə, əlaqələndirilmiş fəaliyyət göstərməsinə, Güney Azərbaycanın müxtəlif ideoloji görüşlü siyasi qüvvələrinin fəaliyyətinin Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə yönəldilməsinə; 3.Güney Azərbaycan probleminin beynəlxalq problemə çevrilməsinə; 4.Bütöv Azərbaycanın tərkibi olan Güney Azərbaycanın müstəqilliyinin bərpası ideyasının siyasi gündəmdə aktuallaşdırılması, Azərbaycanın Quzeyninin iç inkişafının bu perspektivə uyğun qurulmasına, Azərbaycan xalqının bu hədəf istiqamətində təşkilatmasına; 5.Azərbaycanın parçalanmış xalqlar probleminə mənsubiuğu faktını beynəlxalq ictimai rəyə təqdim edilməsinə və Azərbaycanm birləşməsi zəruriliyinin beynəlxalq təşkilatlar qarşısında qaldırılmasına; 6.Azərbaycan Dövlətçiliyini Azərbaycanın bütün tarixi, etno-coğrafik ərazisində bərqərar etmək məqsədi güdən Bütöv Azərbaycan ideyasını bütün Azərbaycan türklərini birləşdirən, Azərbaycanın milli təhlükəsizliyinin qarantı, Azərbaycan dövlətçiliyinin, istiqlalının mövcudluğu üçün yeganə çıxış yolu olan ideya və çağdaş ümummilli hərəkat kimi ortalığa qoyulmasına; 7.Bütöv Azərbaycan ideyasının gerçəkləşdirilməsinin bütün taktik-stratejik istiqamətləri haqqındakı baxışların millı mənafeyimizə uyğun surətdə birləşdirilməsinə və vahid ümummilli platformanın mövqenin müəyyənləşdirilməsinə və bütün Azərbaycan türklərinin bu ortaq milli platforma ətrafında birləşdirilməsinin təmin edilməsinə nail olmaq qarşımızda duran əsas vəzifələrdir. Güney Azərbaycanın istiqlalı və Bütöv Azərbaycan dövlətçiliyinin mövcudluğu Paniranizmə qarşı - Azərbaycançılıq; Panfarsizmə qarşı - Pantürkizm; Xomeynizmə qarşı - Elçibəyçilik. Ümmətçiliyə qarşı - Millətçilik alternativi və ülküsü ortalığa qoyulduqdan sonra mümkün olacaqdır. Geri dön |