Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Azərbaycanı yenə hədəldi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran Azərbaycanı yenə hədəldi

İran Azərbaycanı yenə hədəldi


İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə məxsus “Tabnak” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahı müsabiqəsi haqda yazı dərc edib.
Mayın 21-də dərc olunan yazıda İrandakı “Hizbullah Ənsarı” təşkilatının Təbriz qanadının “Avroviziya 2012” mahnı yarışması ilə bağlı bəyanat yaydığı bildirilir.

Yazıda deyilir: “Eşitdiyimizə görə, “Hizbullah Ənsarı” təşkilatının Təbriz qanadı Azərbaycan hökumətinin bu ölkədə “Avroviziya” mahnı müsabiqəsi ilə bərabər homoseksualların paradını keçirməsi haqda bəyanat yayıb. Bəyanatda vurğulanır ki, azərbaycanlı "dindarların" səbir kasası artıq daşıb və biz Təbrizin "qeyrətli" dindar qüvvələri olaraq qeyrətli Azərbaycan vətəndaşları ilə birlikdə homoseksualların paradı və “Avroviziya” biabırçılıq ləkəsini silmək üçün İlham Əliyev hökumətinin Təbrizdəki fəsad yuvasını ələ keçirərək onu Azərbaycanın sürgündəki hökumətinə tapşıracağıq”.

Geri dön