Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Hüseyn Cavidin ölümündən altı ay öncə ailəsinə yazdığı məktub - Bu həm də onun son məktubu idi
Hüseyn Cavidin ölümündən altı ay öncə ailəsinə yazdığı məktub - Bu həm də onun son məktubu idi |
Hüseyn Cavidin sürgündən yazdığı məktubları bir-bir nəzərdən keçirdikcə adamın ürəyi sıxılır, sanki bir havasızlığa düşürsən, bu gen dünyada darıxırsan, nəfəsin kəsilir. İstər Hüseyn Cavidin ailəsinə yazdığı, istərsə də ailəsindən ona yazılan məktublar olsun, hər məktubda narahatçılıq və bir nigarançılıq var. Çünki onlar bir-birilərindən çox narahat idilər. Atanın fikri ailəsinin, balalarının yanında, ailəsinin də fikri onun yanında idi, səhhətindən narahat idilər. Buna görə də hər cümlənin təsirinə düşüb, onların keçirdiyi narahatçılığı hiss etməyə bilmirsən.
Hüseyn Cavid ailəsinə yazdığı bu məktubda hərdən yüzlərlə dustağın azad edildiyini və ona da növbə çatacağını qeyd edir. Lakin ona növbə çatmamış dünyadan köç edir. Özü də bu məktubu yazdıqdan altı ay sonra. Akademik Rəfael Hüseynov isə qeyd edir ki, “Bu son məktubdur, Hüseyn Cavidin Bakıya gəlib çatan son yazısıdır. Ancaq evdəkilər bundan xəbərsizdirlər. Xəbərsiz olduqları üçün də gözləyəcəklər. Çox, illərlə gözləyəcəklər. Bilməyəcəklər ki, Hüseyn Cavid bu məktubu yazandan altı ay sonra – 1941-ci il dekabrın 5-də dünyadan köçüb. Bunu bilməyəcəklər və gözləyəcəklər...” Enter.News Hüseyn Cavidin 1941-ci il mayın 27-də - ölümündən altı ay öncə yazdığı həmin məktubu təqdim edir: "Əziz Müşginaz! Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi, hər ay teleqrafla 50 ya 60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burada hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi. H.Cavid 27 may, 1941-ci il". Təqdim etdi: Rəşad Sahil Geri dön |