Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının əsəri nüfuzlu xarici jurnalda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının əsəri nüfuzlu xarici jurnalda

Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının əsəri nüfuzlu xarici jurnalda


AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının impakt faktoru 4,293 olan Tomson Reuters beynəlxalq bazada referatlaşdırılmış xarici jurnalda növbəti məqaləsi (İlhami Gulçin, Malahat Abbasova, Parham Taslimi, Zübeyir Huyut, Leyla Safarova, Afsun Sujayev, Vagif Farzaliyev, Şükrü Beydemir, Saleh H. Alwasel & Claudiu T. Supuran, Synthesis and biological evaluation of aminomethyl and alkoxymethyl derivatives as carbonic anhydrase, acetylcholinesterase and butyrylcholinesterase inhibitors, Journal of Enzyme Inhibition and Medicinal Chemistry, 2017, 32:1, 1174-1182, http://www.tandfonline.com/doi/full/10.1080/14756366.2017.1368019) dərc olunub.
Məqalə benzoksotion və 2-aminotiazolların aminometil və alkoksimetil törəmələrinin sintezinə və onların bioloji fəallığının tədqiqinə həsr edilib.
Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları 2015-ci ildən İtaliyanın Florensiya, Türkiyənin Atatürk və Səudiyyə Ərəbistanının Kral Səud Universitetinin əməkdaşları ilə birgə tədqiqatlar aparırlar. İndiyə qədər sintez etdikləri 50-dən çox yeni maddənin ilk dəfə canlı orqanizmdə fərqli metodlarla antioksidant, karbon anhidraz (CA) I, II izoenzimlər üzrə inhibitor, metal xelatlaşdırıcı təsirləri tədqiq edilib. Məlum olub ki, onlar yüksək fizioloji fəallığa malik olaraq hüceyrə və toxuma səviyyəsində baş verən bədxassəli şişlər, qıcolma, ağılzəifliyi, tənəffüs yolları və mədə-bağırsaq traktının kəskin iltihabı və başqa xəstəliklərə səbəb olan patoloji proseslərin qarşısını alır, bloklaşdırıcı xassə göstərirlər. Bəzi nümunələr indiyə qədər standart birləşmələr kimi tətbiq olunan a-tokoferol, troloks və sairdən 10 dəfə yüksək təsirə malikdirlər.
İndiyə qədər müştərək tədqiqatların nəticəsi olaraq bir monoqrafiya və yeddi məqalə dərc olunub.

Akademik Ə.M.Quliyev adına
Aşqarlar Kimyası İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Geri dön