Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Vəfa Quluzadə: “Belə getsə, Azərbaycan anti-İran koalisiyasına qoşulacaq”
Vəfa Quluzadə: “Belə getsə, Azərbaycan anti-İran koalisiyasına qoşulacaq” |
Son zamanlar İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi hiss olunur.
İran din xadimlərinin Azərbaycana qarşı hədəli çıxışlarına Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sərt cavab verəndən sonra İranın Azərbaycandakı səfirinin təcili olaraq Tehrana müşavirəyə çağırılması iki dövlət arasındakı diplomatik münaisbətlərin bundan sonra necə inkişaf edəcəyini sual altında qoyur. Bəs görəsən İran-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsi necə inkişaf edəcək? Münasibətləri normallaşdırmaq üçün nə etmək lazımdır? Bu məsələ ilə bağlı “Üç nöqtə”nin suallarını cavablandıran politoloq (siyasətçi) Vəfa Quluzadə bidlridi ki, münasibətlərin bu səviyyəyə gəlib çatması onda təəssüf doğurur: “Bu münasibətlər əvvəl də yüksək səviyyədə olmayb və vaxtaşırı olaraq müəyyən gərginliklər müşahidə olunub. Amma düşünürəm ki, münasibətlər heç vaxt indi olduğu həddə çatmamışdı. Çox təəssüflənirəm, hesab edirəm ki, bunun qarşısını almaq lazımdır”. Vəfa Quluzadənin fikrincə, Azərbaycan və İran arasındakı narazılıqlar danışıq masası arxasında müzakirə olunmalı, qarşılıqlı razılaşma əldə edilməlidir. “İran Azərbaycana qarşı çox sərt mövqe tutur və müxtəlif vasitələrlə təzyiq etməyə çalışır. Düzdür, Azərbaycan tərəfindən də cavab verilir, amma bu, münasibətləri daha korlayır. Azərbaycan İranla münasibətləri qaydasına salmağa çalışsa da, İran tərəfi Azərbaycana qarşı qeyri-mümkün qoyur. Ən başlıca tələblərdən biri də, İsraillə münasibətləri kəsməkdir”. O vurğuladı ki, Azərbaycan müstəqil dövlətdir və İsraillə əməkdaşlığa haqqı var: “Çünki bu gün İsraillə əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir və bu, rəsmi Bakının öz işidir. Silah alır, siyasi-iqtisadi əməkdaşlıq münasibətləri inkişaf edir. Bu isə İranı narahat edir”. Politoloq hesab edir ki, münasibətlər belə davam etsə, Azərbaycan anti-İran koalisiyasına (etilaf) qoşulacaq. “İran özünü belə aparanda, Azərbaycan bunu edəcək. Bunu bilmək lazımdır. İran Azərbaycana qarşı aqressivlik (saldırqanlıq, mühacimlik) və hörmətsizlik nümayiş etdirir, Azərbaycan da cavab verir. Hər halda, o fikirdəyəm ki, Azərbaycan İran tərəfdən səslənən hər fikrə reaksiya (əksüləməl) verməməlidir. Bu, küçədə ədəbli uşağın ədəbsizə baş qoşaması kimi olmamalıdır. Açıq-aşkar görünür ki, İran Azərbaycanı daha sərt mövqe tutmağa təhrik edir. Azərbaycan tərəfi gərək sussun, cavab verməsin”. Geri dön |