Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim? |
Mətbuatdan oxudum ki, görkəmli ictimai xadim Həsən Seyiovun 85 yaşı tamam olmuşdur.
Yadıma keçmişin maraqlı xatirələri düşdü. Mən 1965-ci il noyabrın 10-da leytenant Şmidt adına zavodda tokar şagirdi işinə düzələndə Həsən Seyidov müəssisənin direktoru idi. O,hər iş günü sexləri gəzir,fəhlə və qulluqçuların problemləri ilə yerindəcə məşğul olurdu. İşlədiyim fontan armaturları sexi savod idarəsinin yanında olduğuna görə Həsən Neymət oğlunun ( biz ona o vaxtlar Гасан Нематович deyə müraciət edirdik. O vaxtlar ziyalılara MÜƏLİM yarlığı ilə müraciət etmirdilər.) ziyarət etdiyi sahə,adətən bizim sex olurdu. H.Seyidov çox ləyaqətli rəhbər idi.Hamını yaxşı tanıyırdı , 1970-ci ilin yazında iyunun 14-də keçiriləcək SSRİ Ali Sovetnəseçkilərə hazırlıq mərhələsi başlamışdı.Sex rəisində eşitdim ki.Həsən Seyidov deputatlığa namizəd kimi mənim adımı vermək istəyir.Sevindim,amma bilirdim ki, bu seçkilərdə 23 yaşı tamam olanlar namizəd kimi iştirak edə bilərlər. Mənim 23 yaşıma isə hələ iki ay qalırdı.H.Seyidov buna əlac edəcəyi haqqında düşünürmüş...Nə isə... Mexaniki sexin yığıcı çilingəri Qasımov Səməd Ələşrəf oğlunun namizədliyi irəli sürüldü. H.Seyidov məni deputat kimi tanıda bilməsə də, hiss edirdim ki,zavodda gənc fəhlələrin cərgəsində məni fərqləndirir. Mən o vaxtlar yaxşı tokar sayılırdım.Respublikanın yeganə universitetinin qiyabi filologiya fakültəsində ,demək olar ki,əla oxuyur, mətbuatda fəal çalışırdım.H.Seyidov rəhbər vəzifəyə gedəndən sonra da mənə göstərilən qayğı və sayğılar onun gənc fəhlələrə qayğı göstərmək nümunəsinin davamı idi. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan KP Nərimanov RK Müəssisə Siyasi Maarif Kabinetinin sabiq müdiri. 17.09.2017. Geri dön |