Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayil Safi: “Eurovision” yarışmasına ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > İsmayil Safi: “Eurovision” yarışmasına ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq”

İsmayil Safi: “Eurovision” yarışmasına ev sahibliyi Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq”


Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayil Safi ilə müsahibə:

- İsmayil bəy, bu gün Azərbaycanda keçirilən “Eurovision” yarışması Türkiyədən necə görünür?

- Açığını deyim ki, Türkiyədən gözəl üfüqlər görünür və bir türk vətəndaşı olaraq qürurlanıram. Hər şeydən öncə Azərbaycanın uğuru və nailiyyətləri bizi sevindirir və ürəkdən alqışlayırıq. Azərbaycanın uğuru, Türkiyənin uğurudur.

Bu gün Azərbaycanın “Eurovision” yarışmasına rəhbərlik etməsi, yalnız və yalnız onun beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. 20 illik müstəqil dövlət üçün bu böyük nailiyyətdir. Bu məsələdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və indi də onun siyasətini uğurlu davam etdirən Prezident İlham Əliyevin böyük əməyini qeyd etməliyik.

Ümumiyyətlə, son illər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahiblik etməsi, onun dünyada nüfuzunun artdığını təsdiqləyir.

- Yəni, fikirlərinizdən belə aydın olur ki, bu tədbirlər Azərbaycanın nüfuzunun artmasına səbəb olur?

- Təbii elədir. Bu yol Azərbaycanın düzgün yolda olduğunu təsdiqləyir. Düzgün və hesablanmış strategiya öz müsbət nəticəsini verməkdədir. Azərbaycan bu gün əkdiyi ağacın meyvələrini görməkdədir.

Fikir verin, hazırda dünyanın 40-dan çox ölkəsindən Azərbaycana on minlərlə insan gəlib. Xüsusilə, böyük sayda media mənsublarının Azərbaycana gəlişi və onların Azərbaycan haqqında hansısa yazılar yazması milyonlarla insanın ölkəniz haqqında fikirlərinin formalaşmasına səbəb olur. Bu əsl işdir və təbliğat strategiyasında Azərbaycanın on illərlə irəli düşməsi deməkdir.

- Bu həm də erməni diasporunun Azərbaycan haqqında beynəlxalq arenada apardığı yanlış təbliğatının dağılması demək deyilmi?

- Bəli, bu fikirlə tamamilə razıyam. Azərbaycana gələn turistlər ölkədə yüksək mədəniyyəti, tolerantlığı öz gözləri ilə görəcəklər. Media mənsubları bu faktora böyük önəm verəcəklər. Mütləq qələmə alınan məqalə və yazılarda bu faktor öz əksini tapacaq. Yəni, dünya görəcək ki, Azərbaycan sözün həqiqi mənasında tolerant və xalqların birgə azad yaşaması üçün əsl ideal ölkədir. Yarışmadan sonra da Azərbaycan bir müddət diqqət mərkəzində olacaq.

- Maraqlı olan odur ki, Ermənistan bu yarışmaya qatılmaqdan imtina etdi. Sizcə, bu nə ilə bağlı ola bilər?

- Ermənistan bir işğalçı ölkə olaraq Azərbaycanın uğurlarına qısqanır. Bu gün onun yarışmaya öz namizədini göndərməməsi bir daha bunu ortaya qoydu. Qısqanclıq və Azərbaycanın uğurları Ermənistanı narahat etməyə bilməz. Artıq, erməni ictimaiyyəti ayılır ki, bugünkü Azərbaycan 90-ci illərin əvvəllərində olan ölkə deyil. Güclü və beynəlxalq aləmdə söz sahibinə çevrilən ölkə olub.
Ermənistan bu 20 ildə nə qazandı sualına belə cavab vermək olar: Yoxsul və dünyadan təcrid olunmuş bir ölkə durumuna gəlib. Və 20 illik siyasətin analizi bunu tam şəkildə ortaya çıxartdı.

Elnur Eltürk

Geri dön