Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ağız qoxusu, səbəbləri və çarələri
Ağız qoxusu, səbəbləri və çarələri |
Ağız qoxusu dünya əhalisinin hər beş adamdan birinin əziyyət çəkdiyi bir pozulmadır.
Bəzi hallarda belə hal insana o qədər narahatlıq verir ki, belə insanlar əsəb xəstəliyinə belə tutulurlar. Ağız qoxusu olan zaman nəyə diqqət etməli və harda bunun səbəbini axtarmalı? Birinci: Ağız boşluğundan başlamaq lazımdır çürük dişlər, metal keramika örtülü dişlər və ən çox da belə qapaqların boşalması zamanı ağızdan pis qoxu gələ bilir. Sonra ağız suyunun azalması (tüpürcək istehsalı). Deməli, az miqdarda çiy su içən adamlarda uzun zamandan sonra tüpürcək istehsalı azalır və ağızda bakteriyaların artıb çoxalması üçün yaxşı şərait əmələ gəlir. Deməli, gündə ən azı 2 litr çiy suyun içilməsinin ağız qoxusuna da təsiri varmış. İkinci: Ağızda problem olmasa badamcıqlara baxılmalıdır. Bəzən şişmiş badamcıqlar infeksiyalaşır və ağız qoxusuna səbəb olur. Bu zaman Adaçayı, Efkalipt, Teasept çayı, Palıd qabığı kimi bitkilərdən dəmləmə edib qar-qara edə bilərsiniz və ya stomanginol məhlulu ilə də qar-qara edə bilərsiniz. Üçüncü: Mədədə qastrit, qida borusunda ezofaqit (yəni səpmə yaralar) varsa bu da pis qoxuya səbəb olur. Belə ki, bu zaman mədə sfinktoru çox vaxt açıq qalır və mədə möhtəviyyatının iyi ağıza gəlməyə başlayır. Belə hallarda mədədə bakteriyalar da çoxalır. Məsələn, helikpobakter pilori bu zaman yeməkdən əvvəl teastomoin çayı, çaytikanı yağı və 20 faizli bərəmum məhlulu içilməlidir. Dördüncü: Ağ ciyərdən gələn iylər ola bilər, bunlara əsasən soğan, sarımsaq, pendir, balıq, köhnəlmiş yeməklər və sairə kimi yeməklər yeyildikdən sonra ağızdan iy gələ bilir, çünki belə yeməklər ağ ciyərdən buxarlanırlar və nəfəs yolu ilə ağızdan iy gələ bilir, bunlar daha çox yeməklərlə bağlı olduğundan keçicidir və müalicəyə ehtiyac yoxdur. Ağız qoxusunu gəlməməsi üçün tədbirlər: - Yeməkdən sonra ağıza mixək atmaq və ya cəfəri çeynəmək, cirə, zirə, razyana kimi toxumların istər çayından, istərsə də üyüdülmüş tozundan istifadə edə bilərsiniz. - Limon şirəsinin içinə təzə nanə yarpağı atın, blenderdən keçirin və yeməkdən sonra yarım stəkan için çox faydalıdır. - Yeməkdən sonra adi su ilə ağızınızı yaxalamağı vərdiş edin. Bu yemək qırıntılarını təmizləyir. - Yeməkdən əvvəl və sonra alma yemək ağız qoxusunu aparır. - Yatmazdan əvvəl heyva yeyin. - Təzə əməkömənci yarpaqlarını çeynəyin, suyunu udun, oduncağını tüpürün, əməkömənci həm ağız yaralarını sağaldır, həm də ağız qoxusunu götürür. - Gündə 2 stəkan Qafqaz kefiri için, kefir qıcqırmaları azaldır, patogen (xəstəlik törədən) bakteriyaları məhv edir. Kefir tapmasanız təzə qatıqdan da istifadə edə bilərsiniz. - Alkoqol və siqaret kimi pis vərdişlərdə ağızdan pis qoxunun gəlməsinə səbəb olur. Geri dön |